Cümə axşamı günü, 08 oktyabr 2026
     

"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Россия сегодня" telekanalına verdiyi müsahibə hazırda dünyada baş verən proseslərlə bağlı Azərbaycanın mövqeyini açıqlamaq baxımından kifayət qədər informativdir. Rusiya telekanalını maraqlandıran suallar sadəcə Azərbaycan - Rusiya münaibətlərinin mövcud durumu ilə məhdudlaşmadı.

Müsahibədə bu yaxınlarda ölkəmizdə böyük uğurla təşkil olunmuş COP-29 qlobal iqlim Konfransı, Azərbaycan - Ermənistan münasibətləri, Rusiya-Ukrayna müharibəsi, Azərbaycanın enerji siyasəti, qonşu Gürcüstanda baş verən hadisələr, Fransanın müstəmləkəçilik siyasəti və Azərbaycana qarşı qərəzli addımları kimi məsələlərə aydınlıq gətirildi. Prezident İlham Əliyev 2-ci dünya müharibəsindən sonra yaranmış qlobal balansın son onilliklər ərzində pozulduğunu və dünyanın tamamilə yeni, amansız və beynəlxalq hüquqa əsaslanmayan bir rəqabət dövrünə daxil olduğunu bildirdi.

Doğrudan da, Sovet İttifaqının süqutu ilə ikiqütblü dünya sisteminin sona çatması və bu fonda təkqütblü dünya sisteminin yaradılmasına edilən cəhdlər dünyanın bütün bölgələrində ciddi müqavimətlə qarşılaşır. Çin, Hindistan, Braziliya, Türkiyə kimi ölkələrin dünyanın idarə edilməsi prosesində rol almaq təşəbbüsləri köhnə dünyanın neo-imperialist düşüncəli siyasi sistemləri tərəfindən qısqanclıqla qarşılanır. Kollektiv Qərb təkcə öz ərazisində deyil, bütün dünya üzərində özünün dominantlığını rəsmən təsbit etmək və gələcək dövrlər üçün də qoruyub saxlamağa çalışır. NATO və AB-nin planlı şəkildə Şərqə doğru genişlənməsi də bu cəhdlərin praktiki təzahürüdür. Bu prosesdə Qərbdən asılı dövlətlərdən qonşu dövlətlərə qarşı təxribatlar törədilməsi və hibrid müharibələrin aparılması üçün geniş şəkildə istifadə olunur. Bu baxımdan, Cənubi Qafqaz regionunda Ermənistanın məhz bu məqsədlə Qərb tərəfindən xüsusi himayə altına alınmasını, xüsusilə Fransa, ABŞ və Hindistan tərəfindən Ermənistanın silahlandırılmasını, Qərbin "vətəndaş cəmiyyəti" adı altında şəbəkələndirdiyi təsisatlatlar vasitəsilə Gürcüstanda ictimai-siyasi sabitliyi pozmaq cəhdlərini Qərbin Şərq istiqamətində həyata keçirdiyi hibrid hücumlar kimi qiymətləndirmək daha doğru olar.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan – Fransa münasibətləri ilə bağlı suallara cavab verərkən Fransa prezidenti Makronun apardığı daxili və xarici siyasəti iflas siyasəti kimi xarakterizə etdi. Fransanın müstəmləkə ərazilərində aborigen xalqlara qarşı diskriminasiya siyasəti yürütdüyünü vurğulayan Prezident İlham Əliyev Fransa hökümətinin apardığı siyasətin beynəlxalq hüquq normalarına, insan azadlıqları və hüquqları barədə bütün dünya tərəfindən qəbul olunmuş hüquqi sənədlərin tələblərinə uyğun gəlmədiyini bildirdi.

Gürcüstanda baş verən hadisələrə münasibət bildirən ölkə başçısı bütün ölkələrin, o cümlədən Qərb dövlətlərinin digər ölkələrin daxili işlərinə qarışmamaq haqqında üzərinə götürdükləri öhdəlikləri xatırladaraq bildirdi ki, Gürcüstanda baş verən qarşıdurmalar məhz kənar müdaxilənin nəticəsidir.

Əlbəttə, Azərbaycanın strateji tərəfdaşı kimi Gürcüstanda baş verən hadisələrə ölkəmizdə xüsusi diqqət var və bu da təbiidir. Son onilliklər ərzində Azərbaycan höküməti tərəfindən həyata keçirilən regional və qlobal miqyaslı iqtisadi layihələrin, o cümlədən nəqliyat-logistika marşrutlarının məhz Azərbaycan – Gürcüstan – Türkiyə əməkdaşlıq formatında həyata keçirilməsi beynəlxalq və regional təhlükəsizliyə verilən böyük töhfədir. Bu kimi layihələr Qərblə Şərq arasında qarşılıqlı əməkdaşlıq zəminində bağlılığın təmin olunması baxımından bütövlükdə Avrasiya üçün həyati əhəmiyyət kəsb edir. Göründüyü kimi, bölgə ölkələri bu bağlılığı təmin etməyin yolunu məhz qarşılıqlı əməkdaşlıqda görür və müxtəlif layihələrə və formatlara qoşulmaqla bölgədə qarşılıqlı əməkdaşlığı təşviq edirlər. Qərb dövlətləri isə belə bir bağlılığın bölgə ölkələrinin suveren hüquqlarına məhəl qoymadan onları öz təsiri altına almaqla həyata keçirilməsinə üstünlük verirlər. Prezident Qərb dövlətlərinin və onların manipulyasiya alətləri olan bir sıra beynəlxalq təşkilatların Gürcüstanda sabitliyi pozmaq cəhdlərini "Qafqaz uğrunda döyüş" adlandırıb.

Faktiki olaraq 1991-ci ildən bəri bir sıra hallarda Qərbin maraqları baxımından "uğurla" həyata keçirilmiş "yumşaq güc" siyasətinin artıq işləmədiyi bir dövdə Qərb Şərqə qarşı diktat yolunu seçib və getdikcə diktat arealını genişləndirməyə çalışır. Prezident İlham Əliyevin müsahibəsindən gəlinən nəticə ondan ibarətdir ki, belə yanaşma beynəlxalq qanunlara ziddir və suveren dövlətlər və o cümlədən Azərbaycan tərəfindən qəbuledilməzdir.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin "Россия сегодня" telekanalına verdiyi müsahibə Azərbaycanın daxili və xarici siyasətinin əsas parametrlərini anlamaq və dünyada gedən siyasi-iqtisadi proseslərə Azərbaycanın münasibətinin öyrənilməsi və dəyərləndirilməsi baxımından kifayət qədər faydalı bir mənbədir. Prezidentin açıqlamalarını xaricdən ölkəmizin daxili işlərinə müdaxilə etməyə və Cənubi Qafqazda sabitliyi pozmağa cəhd göstərən qüvvələrə mesaj kimi də dəyərləndirmək olar. Azərbaycan lideri Cənubi Qafqazda gərginlik yaratmaq istəyən qüvvələr və ölkələrə öz mesajlarını verdi. Qalır nəticə çıxarmaq.

Cavanşir Feyziyev, 
Milli Məclisin deputatı




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ