Cümə axşamı günü, 08 oktyabr 2026
     

Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

Image



Müşfiq Ələsgərli: "Bu kontekstdə sosial media istifadəçilərinin, internet fəallarının maarifləndirilməsi, media savadlılığının artırılması  "feyk xəbər"lə mübarizə kontekstində mühüm vasitə kimi qəbul edilib" 

Biz gün ərzində bəzən onlarla saxta məlumatla rastlaşırıq. Əlbəttə, bir çoxlarımız saxta informasiyanı tanımaqda çətinlik çəkirik, elə o səbəbdən də belə yalan xəbərlərin "toruna" düşürük. Nəzərə alsaq ki, sosial şəbəkələrdə, bütövlükdə sosial mediada, hətta bəzi saytlarda da saxta xəbərlərə rast gəlirik, bu, sözün həqiqi mənasında ciddi problem kimi qarşımızda durur. 

Saxta informasiyanı necə müəyyənləşdirmək olar? Bunu necə müəyyən etmək mümkündür? Bunun hansı yolları, hansı üsulları var?

Ekspertlərə görə,  saxta xəbəri ayrıd etmək üçün ilk növbədə media savalılığına malik olmaq lazımdır. Media savadlılığı olmadan biz saxta xəbəri tanıya bilmərik. 

Ekspetlər hesab edir ki, hazırkı xəbər bolluğunda informasiyanın etibarlılığını yoxlamaq, müəyyənləşdirmək üçün media savadlılığı vacibdir. Media savadlılığına malik olan adam dərhal xəbərin mənbəyini araşdırır, onun hardan qaynaqlandığını öyrənir və bununla da o xəbərin doğru, yoxsa feyk olduğunu öyrənmiş olur.  

"Saxta xəbər"in yeni media sferasında yayılmasının qarşısını almaq üçün "Netiket", "Kodeks" və "Xartiya"larla yanaşı, texniki alətlərin tərtibinə də önəm verilir"

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, media eksperti  Müşfiq Ələsgərli baki-xeber.com-a şərhində bildirdi ki,   "Fake news" (saxta xəbər), "Misinformation", "Disinformation" və digər bu kimi terminlər ənənəvi olaraq,  sinonim qismində işlədilir. "Ümumi cəhətləri budur ki, cəm halında xəbərin yalan olduğunu, saxtalığını  ifadə edirlər. Amma müasir media nəzəriyyələri  bu  terminləri   bir-birindən ayırır. "Saxta xəbər"i   (Fake news)  yayılma şərtinə,  niyyət və məzmununa  görə növlərə bölürlər. Nəzərə almaq lazımdır ki, yanlışlığın xəbərə  təsadüfən, yaxud bilərəkdən daxil edilməsinin önəmi vardır. "Misinformation" üzrə təsnif edilən xəbərlərdə "yanlışlıq"  təsadüfi xarakter daşıyır, texniki amillərlə əlaqəli olur, qərəzli niyyət daşımır. Bir sözlə, "Misinformation" deyərkən, zərərli məqsəd, qərəzli niyyət güdmədən yayılmış "yanlış xəbərlər"  nəzərdə tutulur. "Saxta xəbər"in  (Fake news)  növləri arasında ən ziyanlı olanı "dezinformasiya"dır. Digərlərindən fərqli olaraq,  bu kateqoriya   "bilərəkdən saxtalaşdırılmış, qərəzli şəkildə  manipulyasiya edilmiş fakt və məlumatları" nəzərdə tutur. Ekvivalent olaraq "rəqib  tərəfdə təxribat törətmək məqsədilə düşməncəsinə yayılan saxta  məlumat" cümləsindən istifadə edilir. Elmi ədəbiyyatlarda qeyd edilir ki, "Dezinformasiya bilərəkdən saxtalaşdırılmış yalan məlumatdır, mahiyyətində mənfur motivlər vardır. Zərərli niyyətlər üçün yaradılmışdır"-deyə M.Ələsgərli qeyd etdi.

M.Ələsgərli bildirdi ki, növündən asılı olmayaraq, "saxta xəbər"in son illər ərzində kəmiyyət baxımından sürətlə artması ona qarşı mübarizə tədbirlərinin görülməsini zərurətə çevirir. "Feyk xəbər"lə mübarizə tədbirləri 3 istiqamət üzrə təsnifatlaşdırılır.  

İlk istiqamət maarifləndirmə və məlumatlandırma tədbirlərini ehtiva edir. Ehtimal olunur ki, yeni media alətlərinin inkişafı paralel olaraq "saxta xəbər"in çoxalmasını stimullaşdırır. Bu kontekstdə sosial media istifadəçilərinin, internet fəallarının maarifləndirilməsi, media savadlılığının artırılması  "feyk xəbər"lə mübarizə kontekstində mühüm vasitə kimi qəbul edilib. 

İnternet informasiya resurslarında etik prinsiplərin qorunması, yanlış xəbərlərin azaldılması  üçün "Netiket" adlandırlan qaydalar toplusu hazırlanıb. "İnternet Sosiety" Təşkilatı 1995-ci ildə internet istifadəçiləri üçün təkmilləşdirilmiş kodeksi  ("RFC-1855" Request for Comments) dərc edib. Bu kodeks  internet informasiya resurslarında şəxsiyyət əleyhinə təhqir, plagiat halları ilə yanaşı, yalan informasiyanı da yasaqlayır. Paralel olaraq, Web-2 konsepsiyanın müəllifi Tim Oreyli və Vikipediya"sisteminin yaradıcısı Cimmi Uels tərəfindən "bloggerin davranış Kodeksi" adlı xüsusi kodeks tərtib olunub. 7 bənddən ibarət olan bu Kodeks insanı təhqir və təhdid edən, üçüncü tərəfin şəxsi həyatına müdaxilə edən, müəllif hüququnu pozan  və nahəyət, yalan məzmun daşıyan kontentin yayılmasını   yolverilməz sayır.

Ötən illər ərzində "Netiket"lərlə yanaşı, "Etik xartiya"lar da  tərtib olunub.  Beynəlxalq Jurnalistlər Federasiyası (JBF-IFJ)  tərəfindən hazırlanan, 12 iyun 2019-cu ildən qüvvəyə minən  "Jurnalistlərin Beynəlxalq Etika Xartiyası" təkcə media subyektlərində dərc edilən məlumatları deyil, həm də internet informasiya resurslarında  yayılan məzmunu əhatə edir. Xartiya istənilən platformada yalan, saxta xəbərin tirajlanmasını pisləyir. 

"Saxta xəbər"in yeni media sferasında yayılmasının qarşısını almaq üçün "Netiket", "Kodeks" və "Xartiya"larla yanaşı texniki alətlərin tərtibinə də önəm verilir. Beləliklə, "Feyk xəbər"lə mübarizə tədbirləri yönündə 2-ci istiqamət, yəni texniki tətbiqlər  gündəmə gəlir. 

 Məşhur "fakt yoxla" (Fact-checking) platforması bu məqsədlə yaradılıb. Fakt yoxlayan veb-saytlar həm siyasi, həm də qeyri-siyasi mövzular haqqında faktların   yoxlanılmasına kömək göstərirlər. Platforma effektiv olduğu üçün inkişaf etdirilib və beynəlxalq şəbəkəyə çevrilib. "International Fact-Checking Network" bu sahədə nümunəvi örnəkdir. Bu platforma insanlara şübhəli yanaşdıqları informasiyaları araşdırmaq, yanlışlığı aşkarlamaq, həqiqəti bilmək üçün fürsət yaradır". 

M.Ələsgərlinin bildirdiyinə görə, Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutlar Federasiyası (IFLA) isə insanlara saxta xəbərləri tanımaqda kömək etmək üçün diaqram şəklində xülasə hazırlayıb. "Sənəddə əks olunmuş   14 bənddən 2-si xüsusilə diqqət çəkir.   Qeyd edilir ki,  "Feyk xəbər"i gerçək xəbərdən fərqləndirmək üçün öncə müəllifin, sonra da  istinad olunmuş  mənbənin legitimliyini yoxlamaq lazımdır. Yəni, əgər mənbə və müəllif legitimdirsə, onda xəbərin saxta olması yönündə şübhələr də azalır. 

Amma tətbiq edilən bütün bu proqramlar, texniki alətlərin tətbiqi və maarifləndirmə tədbirləri  saxta xəbərin qarşısını almaq üçün kifayət etmir. İndiki dövrün ən böyük problemi  odur ki, "Fake news" həm də legitim qurumlar tərəfindən yaradılır və yayılır. Legitim mənbə hesab olunan təsisatların özlərinin də bəzən dezinformasiya   yayıcısı rolunda çıxış etmələri   "feyk xəbər"i qarşısıalınmaz müşkülə çevrir. Problem qloballaşır və ona qarşı komleks proqramların hazırlanması, qanunvericilik müstəvisində mübarizənin təşkil edilməsi zərurəti yaranır. Beləliklə, "Feyk xəbər"lə mübarizə tədbirlərinin  3-cü  istiqaməti - hüquqi-inzabiti yolla tənzimləmə metodu  ortaya çıxır.   Bu baxımdan, ayrı-ayrı dövlətlər tərəfindən  təşəbbüslər göstərilir. Məsələn,  "Dezinformasiyaya qarşı mübarizə qanunu" formasında hüquqi aktlar tətbiq edilir"-deyə M.Ələsgərli vurğuladı. 

İradə SARIYEVA

 

 

 




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ