Bazar günü günü, 22 noyabr 2026
     

İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

Image


Dünya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə səsləndirdiyi fikirləri yaymaqda davam edir. Prezident İlham Əliyevin dünya gündəmini dərindən maraqlandıran, eləcə regionda böyük maraq doğuran məsələlərlə bağlı hərtərəfli təhlil və şərhləri ərəbdilli media qurumları tərəfindən də geniş işıqlandırılıb.

Birləşmiş Ərəb Əmirliklərinin "Nabd" portalında dərc olunan yazıda dövlətimizin başçısının Azərbaycan-Ermənistan münasibətləri haqqında fikirlərinə diqqət çəkilib. Bildirilib ki, Prezident İlham Əliyev Ermənistanla sülh sazişi ilə bağlı 15 bənd üzrə razılığa gəlindiyini, 2 bəndin isə razılaşdırılmadığını qeyd edib. Bildirib ki, sülh sazişinin imzalanması üçün sərhəddə başqa dövlətin nümayəndələri və ölkələrin bir-birinə qarşı ərazi iddiaları olmamalıdır.

Tunisin "News" nəşri qeyd edir ki, Azərbaycan Prezidenti Gürcüstanda baş verən hadisələrdə Makronun da əlinin olduğunu bildirib. Vurğulayıb ki, Makron öz ölkəsində rahat durmur və Gürcüstana da əl atır.

Ərəbdilli "Addiyar" portalı isə dövlətimizin başçısının Rusiya-NATO əlaqələrinə dair münasibətinə diqqət çəkib. Portalda Azərbaycan Prezidentinin NATO-Rusiya qarşıdurmasının dünya üçün çox fəlakətli nəticələrə səbəb olacağı barədə fikrini xüsusi vurğulayıb: "Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək". 

Əlcəzairin "Al Cazair Al Youm" qəzetində dərc olunan məqalədə Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makronun uğursuz siyasəti barədə tənqidi fikirlərinə xüsusi yer ayırıb. Dövlətimizin başçısının "...Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir" fikrinin sitat gətirildiyi məqalədə Prezident İlham Əliyevin diktatura adlandırdığı Makron rejiminin daxili siyasəti, eləcə də Mayotda və Yeni Kaledoniyada neomüstəmləkəçi addımlarını sərt tənqid etdiyi, Parisin böyük diplomatik uğursuzluqlar yaşadığını qeyd etməsi vurğulanıb.

Misirdə yayımlanan "Al Vasat Al Arabi" nəşri isə dövlətimizin başçısının Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq üçün Qərb dövlətlərindən, xüsusən ABŞ-dan siqnal gözləməsi, həmçinin Makronun uğursuz siyasəti ilə bağlı fikirlərinə yer verib.

Türkiyənin Anadolu Agentliyində, "Yeni Şafak", "Daily Sabah" qəzetlərində, "Turkish Minute" nəşrində İndoneziyanın "Islam Times", "Islam Today" portallarında, Krım Xəbər Agentliyində, İranın Mehr Agentliyində, eləcə də Stratfor Fondunun saytında, həmçinin "usmuslims.com", "eadaily.com portallarında yer alan məqalələrdə Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı barədə diqqət mərkəzində saxlanılıb. Məqalələrdə dövlətimizin başçısının iki qardaş ölkə arasında hərbi əməkdaşlığın ən yüksək səviyyəyə çatdığı, ölkələrimiz arasında Müttəfiqlik haqqında Bəyannamənin imzalandığı, Azərbaycan Ordusunun Türkiyə ordusu nümunəsində modernləşdirilməsi, birgə hərbi təlimlərin uğurla təşkil olunması barədə fikirlərinə geniş yer verilib. Bununla yanaşı, yazılarda Azərbaycan Prezidentinin ölkəmizin ərazisində Türkiyənin hərbi bazasının yaradılmasına lüzum qalmaması barədə fikri xüsusilə ön plana çıxarılıb.

Prezident İlham Əliyevin fikirləri Serbiya mətbuatının da diqqət mərkəzində qalmaqdadır. "Vaseljenska" saytı dövlətimizin başçısının Cozef Borreli Azərbaycandan uzaq durmağa çağırdığı, Ermənistanla bağlı, eləcə də Gürcüstandakı mövcud siyasi vəziyyətə toxunduğu, ölkəmizlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradıldığını vurğuladığı bildirilir.

Azərbaycan Prezidentinin Cozef Borrellə bağlı bu fikirlərinə yer verilib: "Borreldən sitat gətirmişəm ki, o, Avropanın çiçəklənən bağ, qalanların isə cəngəllik olduğunu bildirib. Mən isə dedim ki, əgər biz cəngəllikiksə, bizdən uzaq durun. Ümumiyyətlə, Borrelə gəldikdə, düşünürəm ki, o, bir neçə onillik əvvəl yaşasaydı, diktator Frankonun yaxşı xarici işlər naziri olardı. Onun, sadəcə, başqa zamanda yaşamaqla bəxti gətirməyib".

Həmçinin Prezident İlham Əliyevin Gürcüstandakı mövcud siyasi vəziyyəti Qafqaz uğrunda döyüşün tərkib hissəsi kimi qiymətləndirdiyi qeyd olunub: "Ermənistanın haraya getdiyi aydındır. O, mahiyyətcə KTMT-dən de-fakto çıxıb. Bizim yoxlanılmış məlumatlarımıza görə, onların de-yure çıxmamasının səbəbi hələ Dövlət Departamentindən təlimat almamalarıdır. Bunu alan kimi, onlar çıxacaqlar. Azərbaycan müstəqil aktordur və kifayət qədər ixtisaslaşıb, özünü müdafiə edə bilir. Ona görə də Gürcüstan Qafqaz uğrunda döyüşlərdə mühüm amildir".

"Centralasia.media" portalında və Malayziyanın "The Sun" nəşrində dərc olunan məqalələrdə dövlətimizin başçısının Azərbaycan-Ermənistan sərhədində Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində 40 nəfərlik məhdud kontingentinin olacağı məsələsinin razılaşdırıldığı, lakin sonradan Azərbaycanla razılaşdırılmadan bu missiyanın müddətinin uzadılması barədə fikrinə də yer verilib: "...arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu".

"Centralasia.media" nəşri Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində 17 mübahisəli məsələdən 15-nin artıq razılaşdırıldığını vurğuladığı qeyd olunub. Bundan başqa, Ermənistanın KTMT-dən çıxmaq üçün bəhanələr axtardığını və Vaşinqtondan siqnal gözlədiyini qeyd etməsi xüsusilə vurğulanıb.

"Ukraina.ru", "1tv.ge", "Dailymoscow.ru", "Sila-rf.ru", "Turkic.world" saytları Avropa İttifaqının xarici məsələlər üzrə nümayəndəsi Cosef Borrelin Avropanı çiçəklənən bağa, qalanlarını isə cəngəlliyə oxşatması barədə fikrini xatırladan Prezident İlham Əliyevin aşağıdakı fikrini sitat gətirib: "...Borrelə gəldikdə, düşünürəm ki, o, bir neçə onillik əvvəl yaşasaydı, diktator Frankonun yaxşı xarici işlər naziri olardı. Onun, sadəcə, başqa zamanda yaşamaqla bəxti gətirməyib".

Şərqi Avropa, Mərkəzi Asiya, Afrika və Yaxın Şərqin iqtisadi, siyasi həyatı ilə bağlı xəbərlər yayımlayan "IntelliNews" nəşrində dərc olunan məqalədə Prezident İlham Əliyevin müsahibədə Fransanın Ermənistanı silahlandırması, Qərb dövlətlərinin Cənubi Qafqazda sabitliyin pozulması ilə bağlı cəhdləri barədə fikirləri ətraflı təhlil olunub. Məqalədə Prezident İlham Əliyevin Azərbaycanda bəzi regionlarda nadir hal olan milli köklərə və ənənəvi dəyərlərə sadiqliyin güclü olması və bəşəriyyət üçün təhlükəli olan bu tendensiyanın qarşısının alınmasının vacibliyi barədə fikirləri diqqətə çatdırılıb: "Dünyada gördüyümüz tendensiyalar, o cümlədən Trampın Prezident seçilməsi məhz onu göstərən amildir ki, o, elə bizimlədir. Necə deyərlər, ənənəvi dəyərlərə münasibətdə bir qayıqdayıq. Zənnimcə, bəşəriyyət üçün fəlakətli olan tendensiyanı tərsinə çevirə biləcəyik, bax bu, pozğunluq, nümayişkaranə iblislik ki, biz onu Paris Olimpiadasının açılışında gördük. Bu halların qarşısı alınmalıdır".

Gürcüstanın "Civil.ge", "Sakartvelosambebi.ge", "Interpressnews.ge" portalları Prezident İlham Əliyevin Gürcüstanda baş verən hadisələrdə Emmanuel Makronun da əli olduğunu qeyd etməsi, hazırda qonşu ölkədə vəziyyətin sabitləşməsi barədə fikirləri geniş işıqlandırılır: "Gürcüstanda vəziyyət sabitləşir. Biz buna şadıq. Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır. Ona görə də Gürcüstanda sabitliyin pozulması və ya sabitliyin pozulması təhlükəsi Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir. Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin... Yaxşıdır ki, indi şərait artıq sabitləşməyə doğru gedir. Amma gördüyünüz kimi, yenə də Makronun qulaqları görünür. Adam öz ölkəsində otura bilmir. Mütləq Gürcüstana da əl uzatmalıdır".

"Moldova-news.com" portalı Prezident İlham Əliyevin müsahibəsində Azərbaycan-Rusiya əməkdaşlığı, rus dilinin dəyəri, NATO ilə Rusiya arasında müharibə ehtimalı, Fransanın neokolonializmindən, bölgədə vəziyyət, Ermənistan ilə sülh danışıqları və digər məsələlər barədə fikirlərini geniş işıqlandırıb.

"Biz.nv.ua" portalında dərc olunan məqalədə Prezident İlham Əliyevin zəngin enerji potensialına malik Azərbaycanın başqa enerji mənbəyinə ehtiyacı olmadığı barədə fikri diqqətə çatdırılıb. Buna baxmayaraq, dövlətimizin başçısının elmi məqsədlərlə kiçik reaktorların imkanlarının öyrənilməsi barədə tapşırıq verdiyi qeyd olunub.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ