Meksikanın Tabasko ştatındakı həbsxanada qiyam baş verib. Bu barədə Meksika Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, hadisə dekabrın 19-da ictimai bərpa mərkəzində qeydə alınıb: "Yerli hüquq-mühafizə orqanları qiyamın yatırılmasına nail olub. Hadisə nəticəsində 7 nəfər ölüb. İğtişaşlar nəticəsində dördü polis olmaqla on nəfər yaralanıb".- Baş Prokurorluğun məlumatında deyilir.
Mətləb