"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində maraqlı paylaşım edib.
A.Quliyev yazır:
"Fransanın hələ də müstəmləkə əsarətində saxladığı qaradərili Mayoti adasında əsil genosid mühiti yaradılıb.100 minlərlə insan aclıq və susuzluq çəkir. İşıq, qida və içməli su aylardı ki , yoxdur. Makron özü də dünən adaya uçdu. Yerli əhali sözün həqiqi mənasında Makronun "gözünü tökürdülər". "Bu hansı ədalətdir" deyə üstünə bağırırdılar. Makronu kiritmişdilər....
Fransanın 1978- ci ildən bu yana adanı qanunsuz müstəmləkə əsarətində saxlaması bir yana, xalqın haqlı tələbinə zidd olaraq onlara azadlıq verməməsi bir yana, üstəlik genosid mühiti yaradıb. 1978- ci ildə BMT Afrikanın Qəmər adalarının Fransadan müstəqillik haqqı barədə qətnamə çıxarsa da, Fransa həmin adalardan biri olan Mayotini hələ də əsarətdə saxlamaqdadır. Adını da qoyublar ki, guya bu adanın xristian əhalisi üçün müsəlmanlardan təhlükə var. Absurddur....
Daha absurd odur ki, 2020- 23- cü illərdə Dağlıq Qarabağda ermənilərin suyu, işığı, ərzağı, hər şeyləri yerində olduğu halda, dünya, Avropa parlamenti, elə bu Makronun özü "özlərini cırıb tökürdülər ki, Azərbaycan Qarabağ ermənilərinə genosid mühiti yaradıb"....harada genosid var? Mayotidə, ya Qarabağda?
Hətta Avropanın Evronyus televiziyası da Mayotidəki genosid mühitini gizlətmir, xalqın az qala barmaqlarını Makronun "gözlərinə soxa- soxa etiraz etmələrini " büyün dünyaya yayır...
Mayoti xalqı düz deyir- Hardadı ədalət?...."
Mətləb