Cümə axşamı günü, 08 oktyabr 2026
     

Prezident İlham Əliyevin son müsahibəsi dünya mediasının diqqət mərkəzindədir

Image


Prezident İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın "RİA Novosti" Agentliyi üçün "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə səsləndirdiyi fikirlər dünya mətbuatı tərəfindən geniş işıqlandırılıb.

Rusiyanın TASS agentliyi Prezident İlham Əliyevin rəsmi Bakının Qarabağın bərpasında Rusiya şirkətlərinin iştirakını və Rusiyadan investisiyaların yatırılmasını alqışlaması barədə dediklərini oxucularına çatdırıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti xarici investisiyalar üzrə birinci layihənin Rusiyaya məxsus olduğunu vurğulayıb.

"News.ru" nəşri Azərbaycan Liderinin Avropa İttifaqının xarici məsələlər üzrə nümayəndəsi Borrel barədə söylədiklərini önə çəkib. Bildirilib ki, Prezident İlham Əliyev COP-da çıxışlarının birində Borreldən sitat gətirərək, onun Avropanı çiçəklənən bağa, qalanlarını isə cəngəlliyə oxşatdığını deyib. Materialda, həmçinin dövlətimizin başçısının "Borrelə gəldikdə, düşünürəm ki, o, bir neçə onillik əvvəl yaşasaydı, diktator Frankonun yaxşı xarici işlər naziri olardı. Onun, sadəcə, başqa zamanda yaşamaqla bəxti gətirməyib" fikirləri yer alıb.

"RBK" nəşri Prezident İlham Əliyevin Gürcüstanda son günlər baş verən hadisələrə münasibətindən yazıb. Qeyd edilib ki, Azərbaycanın dövlət başçısı Gürcüstanda baş verən iğtişaşlarda Fransa Prezidenti Emmanuel Makronun əli olduğunu, öz ölkəsində rahat durmadığı və Gürcüstana da əl atdığını vurğulayıb.

"Tatarstan-online" qəzeti isə dövlətimizin başçısının Qarabağın bərpasına ilk investisiya layihəsinin Tatarıstan tərəfindən həyata keçirilməsi barədə fikirlərinə diqqət çəkib. Qeyd olunub ki, Azərbaycan Prezidenti Cəbrayıl rayonunda "KamAZ" xidmət mərkəzinin açılışını xatırladıb. O vurğulayıb ki, bu, xarici investisiyalar üzrə birinci layihədir.

"İnterfaks" agentliyi Prezident İlham Əliyevin Ermənistandakı Avropa İttifaqı müşahidəçilərinin NATO missiyasına çevrilməsi barədə fikirlərini sitat gətirib. Bildirilir ki, Azərbaycan Lideri "Avropa müşahidəçiləri" pərdəsi altında Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradıldığını diqqətə çatdırıb. Bundan əlavə, agentlik Azərbaycan Prezidentinin Ermənistanın Fransa, Hindistan və ABŞ tərəfindən silahlandırılması məsələsinə də münasibət bildirdiyini yazıb.

"Qazeta.ru" nəşri qeyd edir ki, Prezident İlham Əliyevin rusiyalı həmkarının komandasına sanksiya siyasətinin mənfi nəticələrini minimuma endirmək üçün gələcəkdə də bütün tədbirləri görməyi, öz gücünə, qətiyyətinə inam diləyib. Rusiya cəmiyyətinin hər hansı bir cəmiyyət kimi ağır dövrdə birləşdiyini xatırladan Azərbaycan Lideri bu konsolidasiyanın gələcək də davam etməsini arzulayıb.

Türkiyənin Anadolu Agentliyinin, "Cumhuriyet" qəzetinin, "BengüTürk" telekanalının xəbərlərində vurğulanır ki, Prezident İlham Əliyev müsahibəsində Türkiyə ilə Azərbaycan arasında təhlükəsizlik sahəsində müttəfiqlik münasibətləridən bəhs edərək, hər il ölkələrimizin 10-dan çox birgə təlim keçirdiyini, bunun Qafqazda sabitlik üçün mühüm amil olduğunu bildirib.

"HaberGlobal" telekanalının saytında yayımlanan yazıda dövlətimizin başçısının Ermənistanla sülh danışıqlarında razılaşdırılmayan iki bəndin qaldığını, bunların "tərəflərin bir-birinə qarşı beynəlxalq iddialar irəli sürməməsi" və "sərhədlərdə başqa dövlətlərin nümayəndələrinin yerləşdirməməsi" olduğunu bəyan etdiyi diqqətə çatdırılıb.

"Star" qəzeti isə Prezident İlham Əliyevin jurnalistin Türkiyənin Azərbaycanda hərbi bazasına ehtiyacın olub-olmaması ilə bağlı sualına cavabını dərc edib: "Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir".

"Başka" qəzeti və "CUMHA" xəbər agentliyi isə dövlətimizin başçısının Fransanın və digər ölkələrin Ermənistanı silahlandırması ilə bağlı fikirlərini oxuculara çatdırıb. Qəzet dövlətimizin başçısına istinadla yazıb: "Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır və Azərbaycan üçün təhlükə yaradır. ...Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Biz bacardığımız qədər orada baş verənləri izləyirik".

"Artı Gerçek" portalı isə bildirib ki, Azərbaycan Prezidenti ölkədə Türkiyənin hərbi bazasının yaradılması planı ilə bağlı yayılan xəbərləri "siyasi spekulyasiya" adlandırıb və belə bir bazanın yaradılmasına ehtiyacın olmadığını vurğulayıb.

"Gazete Kritik" nəşri isə dövlətimizin başçısının Rusiya ilə Qərb arasında davam edən qarşıdurmaya münasibət bildirdiyini yazıb. Prezident İlham Əliyevin bu fikirləri sitat gətirilib: "NATO-nun və Rusiyanın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək".

Şimali Kipr Türk Respublikasının "Türk Ajansı Kipr" xəbər agentliyinin və "Kıbrıs Türk" qəzetinin informasiyalarında oxucuların diqqətinə çatdırılır ki, Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın Türkiyə ilə təhlükəsizlik sahəsində müttəfiqlik münasibətləridən də danışıb. Türkiyə ilə hərbi əlaqələrin müstəqilliyimizin ilk günlərindən davam etdiyini, rəsmi Ankaranın Azərbaycan Ordusunun modernləşdirilməsində və yüksək standartlara çatmasında böyük rol oynadığını vurğulayıb.

Rumıniyanın qabaqcıl media orqanlarıda Prezident İlham Əliyevin müsahibəsindəki fikirləri geniş yayılıb.

"AGERPRES" milli xəbər agentliyi, "digi24.ro", "stirileprotv.ro", "adevarul.ro", "capital.ro", "financialintelligence.ro" portalları, "Prima Pagina", "Ziarul Amprenta" kimi qəzetlər və digər nəşrlər xəbərlərində Prezident İlham Əliyevin müsahibəsində Azərbaycandan Avropaya elektrik enerjisi nəql edəcək sualtı kabelin texniki-iqtisadi əsaslandırılmasının yaxın vaxtlarda tamamlanacağını bildirdiyini qeyd ediblər. "İlkin mərhələdə bu, 4 min meqavatdır, amma Avropa ölkələrinin enerjiyə tələbatını nəzərə alaraq, hətta onların özünün çoxlu investisiya qoymaları baxımından biz bilirik ki, onsuz da bunlara tələbat olacaq", - deyə media resursları dövlətimizin başçısına istinadla vurğulayıblar.

Əlcəzairin "al24news" nəşri Prezident İlham Əliyevin müsahibəsində Fransanın Mayot və Yeni Kaledoniyanın qanunsuz işğalını kəskin tənqid etdiyini bildirib. Portal dövlətimizin başçısının Yeni Kaledoniyada iğtişaşlar zamanı 13 insanın qətlə yetirilməsini, 100-dən çoxunun yaralanmasını, 1000-dən artığının isə həbs olunmasını kəskin şəkildə pislədiyini və bunlara görə Fransa hökumətini günahlandırdığını qeyd edib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev bunun Makron diktaturasının nəticəsi olduğunu və Yeni Kaledoniyanı dəstəklədiyinə görə rəsmi Parisin Azərbaycanı ittiham etdiyini vurğulayıb.

"Euromedia24" portalı bildirir ki, Prezident İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Rusiya ilə NATO arasında qorxulu müharibə ssenarisinin baş verməməsi üçün müdrikliyin kifayət etdiyini diqqətə çatdırıb. Portal dövlətimizin başçısının bununla bağlı bu fikirlərini sitat gətirib: "Mən düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin".

Bolqarıstanın "Zemya" xəbər portalında dərc olunan "Prezident İlham Əliyev ABŞ-dakı "Sorosçuları" Ermənistana silah göndərməməyə çağırdı" sərlövhəli yazıda, eyni zamanda, "Fokus" xəbər agentliyi müsahibə ilə bağlı materialında dövlətimizin başçısının ABŞ-dakı "Sorosçuları" Ermənistana silah göndərməməyə çağırdığını, bu addımın yeni müharibəyə səbəb ola biləcəyinə işarə etdiyi bildirib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti bununla bağlı bəyan edib: "...erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın".

Saytlar yazır ki, dövlət başçısı, həmçinin Azərbaycanın adekvat tədbirlər görməyə məcbur qaldığını, 2025-ci ildə hərbi büdcənin rekord məbləğ olacağını söyləyib.

Bu ölkənin "Faktı", "Classa" və "NetNews" Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə hərbi, strateji müttəfiqlik əlaqələrinə, habelə Rusiyanın azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə investisiya yatırması ilə bağlı fikirlərini oxucularına çatdırıb.

Yunanıstanın "EL" portalı isə yazıb ki, Prezident İlham Əliyev müsahibəsində Türkiyənin Azərbaycanda hərbi baza qurmasına ehtiyacın olmadığını bildirib. Azərbaycanın dövlət başçısı bununla bağlı yayılan xəbərlərin "siyasi təxmin" olaraq qiymətləndirib. Vurğulayıb ki, Şuşa Bəyannaməsi iki ölkə arasında qarşılıqlı hərbi dəstəyi təmin edir

Portal, həmçinin Azərbaycan Prezidentinin NATO ilə Rusiya arasında müharibə ehtimalı ilə bağlı fikirlərini də yayımlayıb. Dövlətimizin başçısına istinadla qeyd olunub ki, Rusiya ilə NATO arasındakı gərginlik bir çox ölkələrdə narahatlıq doğurur. NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir.

Gürcüstan mediası da Prezident İlham Əliyevin "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində yar alan fikirləri diqqət mərkəzində saxlayıb.

"Qafqazturk.com" dövlətimizin başçısının Azərbaycan-Gürcüstan münasibətlərinə dair bu fikirləri oxucularına çatdırıb: "Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. …Ona görə də orada vəziyyətin sabitliyinin pozulması hər iki ölkə üçün eyni dərəcədə zərərlidir". Xəbərdə qeyd olunub ki, Azərbaycan Prezidenti, həmçinin Fransa Prezidenti Emmanuel Makronun Gürcüstana da əl uzatdığını vurğulayıb.

"İnterpressnews.ge" portalı Prezident İlham Əliyevin Fransa Prezidenti Makronun Gürcüstana da əl uzatmasına münasibət bildirdiyini qeyd edərək yazıb: "Yaxşıdır ki, indi şərait artıq sabitləşməyə doğru gedir. Amma gördüyünüz kimi, yenə də Makronun qulaqları görünür. Adam öz ölkəsində otura bilmir. Mütləq Gürcüstana da əl uzatmalıdır".

"Sputnik-georgia" isə dövlətimizin başçısının Türkiyə ilə əlaqələr, Azərbaycanda Türkiyənin hərbi bazası ilə bağlı suala cavabını oxucularının diqqətinə çatdırıb. Bildirilib ki, Azərbaycan Türkiyə ilə müstəqilliyini bərpa etdiyi ilk illərdən hərbi əməkdaşlıq edir və bu əməkdaşlıq davam edir.


"Biz Parisdə Məryəm Ana kilsəsindəki mərasimdə nəyin şahidi olduq? Papa Fransisk mərasimdən imtina etdi, o, əlbəttə, Makrona bu Olimpiya rüsvayçılığını bağışlamadı. Düzgün də etdi. O, Korsikaya yollandı. Necə deyərlər, sanki müəyyən bir yerindən tutaraq ağrıtmaq üçün". Dövlətimizin başçısının bu fikirləri isə "aktual.ge" portalında yayımlanan məqalədə dərc olunub.

"Aktual.ge" portalı, həmçinin "realnews.ge", "24news.ge" saytları Prezident İlham Əliyevin Azərbaycanın Gürcüstanla dostluq və tərəfdaşlıq münasibətlərinə, bu ölkədəki vəziyyətə dair fikirlərinə geniş yer ayırıb.

Qazaxıstanın "tengrinews" portalı yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Makronun Gürcüstandakı nümayişlərə müdaxilə etdiyini açıqlayıb. Dövlət başçısı bununla bağlı qeyd edib: "Yaxşıdır ki, indi şərait artıq sabitləşməyə doğru gedir. Amma gördüyünüz kimi, yenə də Makronun qulaqları görünür. Adam öz ölkəsində otura bilmir. Mütləq Gürcüstana da əl uzatmalıdır". Sayt Prezidentin Gürcüstanda fəaliyyət göstərən və xaricdən maliyyələşən QHT-lərlə bağlı fikirlərinə də geniş yer ayırıb.

"Toppress" saytı isə Azərbaycan Prezidentinin USAID-ın fəaliyyətinə dair fikirlərinə toxunub. Sayt dövlətimizin başçısının bu fikirlərini təqdim edib: "Onlar təkidlə kömək etmək istəyirlər. Amma biz, necə deyərlər, yetkin insanlarıq, hər şeyi başa düşürük. Ona görə də bütün bunları qaydaya saldıq. Məsələn, Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz. Bunu edə bilməz. Nə üçün? Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin".

"Ustinka" portalı isə qeyd edir ki, Prezident İlham Əliyev Azərbaycanın Rusiyadan Qarabağa investisiyaların qəbul edilməsinə hazır olduğunu vurğulayıb. Bildirib ki, ilk investisiya layihəsini Tatarıstan həyata keçirib. " Beləliklə, biz həm investisiyaları gözləyirik, həm də iş icraçılarına şad olardıq", - deyə dövlət başçısı əlavə edib.

Qeyd edək ki, müxtəlif ölkələrin informasiya resursları dövlətimizin başçısının müsahibədə müxtəlif mövzularla bağlı səsləndirdiyi fikirləri yaymaqda davam edir.




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ