Cümə axşamı günü, 08 oktyabr 2026
     

"Ortaq Türk Keçmişindən Gələcəyinə Doğru: Ümumtürk Əlaqələrinin Güclənməsində Ortaq Əlifbanın Rolu"

Image


"Ortaq Türk Keçmişindən Gələcəyinə Doğru: Ümumtürk Əlaqələrinin Güclənməsində Ortaq Əlifbanın Rolu" mövzusunda Beynəlxalq Elmi-Praktik konfrans keçirilib

Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun təşkilatçılığı ilə "Ortaq Türk Keçmişindən Gələcəyinə Doğru: Ümumtürk Əlaqələrinin Güclənməsində Ortaq Əlifbanın Rolu" mövzusunda Beynəlxalq Elmi-Praktik konfrans keçirilib. Özbəkistanın Nəvai İnnovasiyalar Universitetinin, Qazaxıstanın Dil Qurumunun, Türkiyə Milli Komisyonunun tərəfdaşlığı ilə gerçəkləşən bu tədbirdə Türk dünyasının müxtəlif yerlərindən olan olan alimlər, araşdırmaçılar ortaq türk dili, əlifbası və imlasına dair geniş elmi müzakirələr aparıblar.

Moderator.az xəbər verir ki, millət vəkili, fəlsəfə doktoru Cavanşir Feyziyev respublikamızın ən qabaqcıl universitetlərindən olan Xəzər Universiteti rəhbərliyinin belə bir aktual mövzuda konfrans təşkil etməsini yüksək qiymətləndirib: "Bu gün bütün türk dövlətlərinin xarici siyasətində aparıcı istiqamətə çevrilməkdə olan türkçülük ideologiyası dövlət siyasəti statusu qazanmaqdadır. Bu ilin 23 sentyabrında 7-ci Çağırış Milli Məclisin açılış sessiyasında çıxış edən Prezident İlham Əliyev demişdir: "Bu, bizim üçün prioritetdir, ... indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır." Bu çıxış bütün türk ölkələrinin siyasi – iqtisadi qurumları ilə bərabər həm də bu ölkələrin mədəni-elmi dairələri üçün birliyə çağırışı idi. Bu ortaq tarixi, mədəni və elmi-ədəbi irsimiz əsasında bütün türk xalqlarının xoşbəxt gələcəyini birlikdə qurmağa çağırış idi.

 Bu gün bizim Türk dünyası, Türk birliyi adına keçirdiyimiz bütün görüşlər bu çağırışın uğurlu əməli nəticələrindən sayıla bilər. Cavanşir Feyziyevin sözlərinə görə, 2024-cü ilin iyulun 6-da Türk Dövlətləri Təşkilatının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə qəbul edilmiş Qarabağ Bəyannaməsinin ardınca Bişkekdə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının 11-ci sammitinin yekunları üzrə təşkilatın ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, iqtisadi inteqrasiya, təşkilatın gələcəyi və TDT çərçivəsində təhlükəsizlik məsələləri ilə bağlı imzalanmış bir sıra böyük siyasi və iqtisadi əhəmiyyətli sənədlər, "Yaşıl düşüncə: davamlı gələcək naminə birliyin qəbul edilməsi" devizini ehtiva edən Bişkek bəyannaməsi, TDT-nin daimi nümayəndələri haqqında əsasnamə və s. getdikcə daha sıx birləşməkdə, genişlənməkdə və güclənməkdə olan türk dünyasının həmrəyliyinin bariz ifadəsidir.

 Türk Dünyası Xartiyasının və qurumun yeni bayrağının qəbul edilməsi haqqında tarixi qərarların türk xalqlarını birləşdirən ortaq tarixi və mədəni dəyərlərin tanınmasına, çoxtərəfli əməkdaşlığın, qarşılıqlı tərəqqinin və birliyin gücləndirilməsinə mühüm töhfə olduğunu xüsusi diqqətə çatdıran Cavanşir Feyziyev bildirmişdir ki, ortaq əlifba məsələsinin gerçəkləşdirilməsi Türk dünyasının inteqrasiyası istiqamətində mühüm ideoloji addımlardandır.

 Onun fikrincə, ümumi kökə və mədəniyyətə sahib olan türk xalqlarının bir-biri ilə sürətli inteqrasiya proseslərinin getdiyi müasir mərhələdə bu xalqların ortaq əlifba və imlaya sahib olmaqlarının müstəsna əhəmiyyəti var. Ortaq türk ədəbi dilinə aparan yolda vahid imla qaydaları və əlifbanın mövcudluğu ilkin şərtlərdəndir.

 Elmi-təcrübi əsası Mirzə Fətəli Axundzadə tərəfindən hələ XIX əsrdə qoyulan yeni ortaq əlifba problemi 20-ci əsrin əvvəllərində bir daha aktuallaşdı və türk xalqları arasında birinci olaraq 1922-ci ildə Azərbaycanda ümumtürk səciyyəli latın əlifbasına keçid reallaşdı. Az sonra türkdilli xalqların böyük əksəriyyəti bu əlifbanı qəbul etdi. Hətta 1926-cı ildə I Türkoloji Qurultayda məsələ gündəmə gətirilsə də, siyasi səbəblərdən bu layihəni tam həyata keçirmək mümkün olmadı. Sovet liderlərinin repressiya siyasəti latın qrafikalı ortaq türk əlifbasına münasibətdə də özünü göstərdi. Heç 20 il keçməmiş sovetlər birliyinin daxilində yaşayan türk xalqlarının əlifbası məcburi surətdə rusların istifadə etdiyi kiril əlifbası ilə əvəz edildi. Sovet hakimiyyətinin mövcud olduğu bütün dövr ərzində ümumtürk əlifbası və imlası problemi öz aktuallığını saxlamaqda davam etdiyindən imperiya dağılan kimi bu ideya yenidən aktuallaşdı və bir çox türkdilli dövlətlərdə ortaq türk əlifbasına qayıdış baş tutdu. Sevindirici haldır ki, bu ideyanı ilk dəfə gerçəkləşdirən Azərbaycan dövləti və xalqı oldu.

 Keçmiş Sovetlər Birliyi tərkibində olan türkdilli respublikalar müstəqillik qazandıqdan sonra türk dillərinin orfoqrafik və orfoepik problemlərinin, fonetik, leksik-semantik və qrammatik qatlarının diaxron və sinxron planda, müqayisəli-tipoloji müstəvidə araşdırılmasına maraq artmış və bu sahədə bir sıra tədqiqatlar aparılmışdır. Türk xalqları arasında ortaq əlifba ideyasının gerçəkləşməsi bu gün türkologiya elmi üçün olduqca önəmli siyasi-ictimai əhəmiyyət daşıyır. Ortaq əlifba məsələsinin öz həllini tapması türk xalqları arasında ortaq ünsiyyət dili və ortaq imlanı yaratmaq istiqamətində cığırlar açmış olur.

 Türk ədəbi dilləri daxili linqvistik strukturuna görə bir-birindən o qədər də ciddi şəkildə fərqlənmir. Həm genetik, tipoloji, həm də qrammatik quruluşları, əsas lüğət tərkiblərinin ümumilikləri onların bir dil ailəsində - türk dilləri ailəsində birləşməsinə səbəb olmuşdur. Məhz bu xüsusiyyətinə görə türk dilləri ailəsinə mənsub olan oğuz, qıpçaq, qarluq dil qruplarına daxil olan dillərin, demək olar ki, hamısı bir-birini elə bu ümumiliyə görə rahat şəkildə başa düşə bilirlər.

 Türk ədəbi dillərinin qrammatik quruluşu çox uzun və zəngin bir inkişaf yolu keçmiş, zaman keçdikcə təkmilləşmiş, cilalanmış, həm qohum və həm də qeyri-qohum dillərin qarşılıqlı əlaqə və təsiri altında formalaşmışdır. Müasir türk dillərinin fonetik sistemində ümumi cəhətlərlə yanaşı, çoxlu fərdi xüsusiyyətlərin varlığı məhz bu tarixi inkişafın qanunauyğunluqlarının məhsuludur.

 Uzun illər idi ki, türk dövlətləri arasında ortaq əlifbanın yaradılması məsələsi türkologiya elminin gündəmində idi və bu gün məsələnin müsbət mənada həllini tapması tarixi məzmun və ideoloji məna daşımaqdadır. Millət vəkili əminliklə qeyd edib ki: "Ortaq Türk Əlifbasının yaradılması Türk xalqları arasında qarşılıqlı anlayış və əməkdaşlığı möhkəmləndirməklə yanaşı onların dillərinin qorunmasına da öz töhfəsini verəcəyinə inamımız tamdır.

Tarixə nəzər salsaq, XX əsrin əvvəllərində ortaq türk dili və ortaq türk əlifbası ideyalarının təbliğ olunması ilk növbədə bu dövrdə türkçülük hərəkatının böyük vüsət alması ilə bağlı idi. Həm Türkiyədə, həm də digər türk xalqları arasında milliyyətçi qüvvələr türkçülüyü böyük bir hərəkata çevirdilər. XX əsrin 90-cı illərində türkdilli xalqların ictimai-siyasi həyatında baş verən çox böyük tarixi dəyişikliklər bütövlükdə türk dünyasının daha da yaxınlaşması və milli təməllər uğrunda birləşməsinə zəmin yaratdı. 70 il davam ideoloji əsarətdən sonra müstəqillik dövründə ortaq türkçülük ideyalarının davamçıları bu hərəkatı daha da genişləndirərək əməli fəaliyyətə başladılar.

 Hazırda türkoloji dilçilik elmini ayrı-ayrı türk dillərinə dair məsələlərlə yanaşı, bütün türkdilli xalqların vahid ünsiyyəti üçün ümumi olan problemlər daha çox maraqlandırır. Bunlardan biri də türklər arasında ortaq ünsiyyət dilinin yaradılmasıdır. XIX əsrin sonları - XX əsrin əvvəllərində "dildə birlik, fikirdə birlik, işdə birlik" məfkurəsini həyat qayəsinə çevirən İsmayıl bəy Qaspıralı və onun nəşr etdirdiyi "Tərcüman" qəzeti ortaq türk ədəbi dili ideyasının yayılmasında müstəsna tarixi rol oynamışdır. Ümumiyyətlə, ortaq ədəbi dil mövzusu hər zaman türk dövlətləri və xalqları arasında gündəm olmuşdur.

 Qohum xalqlar üçün ortaq ünsiyyət dili yaratmaq onların siyasi-ictimai həyatında xüsusi əhəmiyyət kəsb edir. Ortaq ədəbi dil elmi, mədəni, iqtisadi və siyasi əlaqələrin yaranıb genişlənməsində əvəzsiz vasitədir. Başqa xalqlar kimi, türk dünyasını təmsil edən hər bir xalqın da tarixən öz doğma, zəngin ədəbi dili yaranıb formalaşmışdır. Bu çoxsaylı türk ədəbi dilləri, təbii olaraq, bir-birindən az-çox dərəcədə fərqlənir. Həmin fərqlər dillərin bütün komponentlərində xüsusilə də lüğət tərkibini təşkil edən dil vahidlərində özünü daha qabarıq şəkildə göstərir. Yaşadığımız dövrdə türk xalqları üçün ortaq türk ədəbi dilinin yaradılmasına böyük ehtiyac duyulur. Bu gün təməl daşları qoyulan ortaq türk əlifbasının bünövrəsi əsasında sağlam ideoloji dayaqlara söykənən ortaq ədəbi dil yaratmaq artıq zamanın tələbidir. Ümidvarıq ki, ortaq türk əlifbasının açacağı cığırlar yaxın gələcəkdə bizi ortaq türk dilinə aparan yola qovuşduracaq" - deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ