İranın Dini Ekspertlər Şurası Suriyadakı son hadisələrlə bağlı bəyanat yayıb. İran mətbuatının yazdığına görə, Şura üzvləri İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin Suriyadakı hadisələrlə bağlı açıqlamasını ümidverici və əhatəli olduğunu vurğulayıblar. Məlumata görə, Ekspertlər Şurası Suriyadakı hadisələrin və müqavimət oxunun aydın gələcəyinin izahında ali rəhbərin maarifləndirici və təşviqedici mövqelərinə görə minnətdarlığını bildiriblər.Bildirilib ki, şura İran və "müqavimət oxu" ölkələri gənclərini "islam və ədalət ideallarının müdafiəsi yolunda iman, bəsirət və öz vəzifələrinə" əməl etməyə çağırıb.
Mətləb