Futbol üzrə Türkiyə Superliqasında 16-cı tura yekun vurulub. Turun son matçında lider "Qalatasaray" öz meydanında "Trabzonspor"u qəbul edib. 7 qolun vurulduğu dramatik qarşılaşmada sevinən tərəf İstanbul klubu olub. "Cim- bom" Trabzon təmsilçisi üzərində 4:3 hesablı qələbəyə sevinib. Bu qələbə sayəsində xallarının sayını 41-ə çatdıran "Qalatasaray" liderliyini möhkəmləndirib. "Sarı-qırmızılılar" hazırda ən yaxın izləyicisi "Fənərbaxça"nı 6 xal qabaqlayır. "Trabzonspor" isə 16 xalla 15-ci pillədə qərarlaşıb. Digər bir İstanbul təmsilisi olan "Beşiktaş" isə sədərdə "Adana Demirspor"la qarşılaşıb. "Qara-qartallar" bu qarşılaşmadan 1:2 hesablı məğlubiyyətl ayrılıblar.
Mətləb