Cümə axşamı günü, 08 oktyabr 2026
     

Vladimir Putin - Rusiyaya verdikləri və Rusiyadan aldıqları...

Image


Vladimir Putin... Dəqiq yadımdadır ki, 1999-cu ilin 31 dekabrında Boris Yeltsin xalqa müraciətindən sonra sarışın, bəstəboy Baş naziri kabinetinə dəvət edib hakimiyyətin açarını ona verdi. Həmin axşam Rusiya ilə yanaşı bütün bəşəriyyət Vladimir Putin adı ilə əməllicə tanış oldu.
Yadıma gəlir, artıq idarəolunmaz hala gələn Boris Yeltsin 1999-cu ilin son dekabr gecəsində kabinetini balacaboy Vladimir Putinə təhvil verəndə gözləri yaşarmışdı. Kremldə nostalji anlar yaşandı o məqamda. Yeni ili qarşılamaq üçün süfrə axasında "vodka"nı qucaqlayan ruslar, əsl şok yaşayırdı. İllərin araq düşkünü olan Boris Nikolayeviç sanki kabinetini deyil, axirət evini V.Putinə hədiyyə edirdi...
 Çeçenistan müharibəsində əməllicə dağılıb bataqlıqda boğulan, əksər federasiya subyektlərində müstəqillik çağırışlarının hər gün baş qaldırdığı, dünya siyasətində Kremlin etibardan və nüfuzdan düşdüyü bir zamanda Rusiya üçün leninqradlı KQB generalı əsl xilas kimi görünürdü. ən əsas da böyük dövlətin ipini əməllicə çəkmək lazım idi və V.Putin bunu bacardı. Çeçen mücahidləri meşələrdən belə qovub çıxaran, özbaşınalıq və xaosa sürətli şəkildə son qoyan V.Putin, Rusiyada əvvəlcə dəmir idarəçilik, sonrakı illərdə isə hakimiyyət fironluğu yaratdı. Artıq 2000-ci illərin sonundan başlayaraq Rusiyada despot idarəçilik o həddə çatmışdı ki, hüquq ən sonda gəlirdi....

Ukrayna batağlığından salamat çıxıb yeni, modern Rusiya qurmaq leninqradlı çekistin işi deyil...

Kimdir V.Putin, hakimiyyətə gəldikdən sonra Rusiya üçün nə etdi, Rusiyanı və rusları hardan hara gətirdi?. Kremldə 25 ilə yaxınlaşan hakimiyyəti zamanı Rusiya balacaboy V.Putindən nə qazandı, nə itirdi?. Bu suallara cavab tapmaq üçün hazırkı Rusiyanın görkəminə nəzər salmaq kifayətdir məncə. V.Putin tarixi baxımdan xarizmatik liderdir, burası mübahisəsiz belədir. O, SSRİ-nin süqutundan sonra dünya siyasətində qapazaltı vəziyyətinə düşən Rusiyanın dünyadakı imicini özünə qaytaran və daha da gücləndirən şəxsdir. O, Çeçenistan müharibəsi zamanı dağılmaqda olan Rusiyanın ipini yığıb dövləti qorudu. O, Rusiyanı əyyaş B.Yeltsinin zamanındakı qapazaltı dövlət imicindən xilas edib, hazırda dünyada əsas güc sahiblərindən birinə çevirdi.
 V.Putinin özü o dərəcədə gücləndi ki, hətdda ABŞ-dakı seçkilərə barmaq uzadacaq qədər güc nümayiş etdirdi. Bu, sözün əsl mənasında Rusiya üçün Putinin kimliyini göstərən tarixi pasportdur.Amma tarixi baxımdan ruslar daha V.Putinin despot idarəsi altında yaşaya bilmirlər. Rusiya cəmiyyəti sözün əsl mənasında despot idarəçiliyin yumruğu altında boğulur, vəssalam. Həm də indiki vaxtda Rusiya üçün yenilik etmək, Ukrayna batağlığından salamat çıxıb yeni, modern Rusiya qurmaq leninqradlı çekistin işi deyil. V.Putin həm də siyasi ierarxiyası və şəxsi hikkələri üçün Rusiyanı - iqtisadiyyatı, mədəniyyəti, zəngun rus ənənələrini qurban verdi...

Rusiyanı bürüyən cinayətkar məmur şəbəkəsi, iqtisadi böhran, sosial partlayış həddinə çatan ürəkağrıdan vəziyyət artıq V.Putinlə bu cür davam etmənin mümkün olmayacağının siqnalını verir. Bu il Rusiyanın özünü şoka salan "Vaqner" qiyamı, Yevgeni Priqojinin silahlı dəstələrinin Moskva yaxınlığına qədər irəliləməsi, Ukraynadakı əzablı müharibə gərginliyi, almanların Ukrayna uniforması altına Belqoroda qədər irəliləməsi Rusiyada V.Putin dönəminin finniş xəttinə yaxınlaşdığına işarədir. V.Putinin 25 ilə adlayan "dəmir yumruğu" ilə rusları bundan sonra da ovutmaq belə görünür ki, mümkünsüz məsələdir.
 Bütün günü tutuquşu kimi V.Putini zəhlətökən şəkildə tərifləmək, ona yaltaqlanmaq üçün ən həyasız cildlərə girən Marqarita Simonyanlar, Vladimir Solovyovlar, onlardan geri qalmayan rusiyalı ekspert və analitiklər, Rusiya telekanallarının səhərdən axşama qədər Kreml sahibinə rus çarı kimi tərif yağdıran şablon "verilişləri" artıq rusların özlərinə belə çox iyrənc görünür. Bir zamanlar Dostoyevskinin, Puşkinin, Lermantovun əsərləri ilə qidalanan, bütün dünya ədəbi düşüncəsində hegemoniya yaradan Rusiya ədəbiyyatı artıq ancaq xatirələrdə yaşayır. Yoxdur artıq elit və intellektual Rusiya cəmiyyəti, getdi işinin dalınca. Rusiya cəmiyyəti, bu gün sərxoş, ac və ümidsiz insan toplumunun faciəsini, əvəzində bundan fərqli olaraq harınlamış cinayətkar məmur elitasının harınlığını izləyir, vəssalam!
V.Putin Rusiyanı faktiki dağılmaq və parçalanmaq təhlükəsindən xilas etdisə də, əvəzində düşünən rus ictimai fikrini, dərin köklərə sahib rus ədəbiyyatını, yüksək intellektual televiziya proqramlarını kökündən məhv etdi. V.Putin bununla həm də ilk növbədə Rusiyanın gələcəyini əlindən aldı! Rusiyanın Ukrayna böhranından hansı halda çıxacağı məlum deyil. Amma tək məlum olan odur ki, tükənən, yorulan və gələcəyə ümidi olmayan rus cəmiyyəti var ortada. V.Putin Rusiyadan hər şeyini aldı, kompassız gəmi dənizin ortasında necədirsə, ümidsiz rus cəmiyyəti də bu gün o durumdadır.V.Putinin Rusiyadan aldıqlarını geri qaytarması artıq mümkün deyil, - çünki qaytarılası heç nə qalmayıb...

 Mətləb Salahov

 




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ