şənbə günü, 10 oktyabr 2026
     

“Erməni xalqının tarixi” “Ermənistan tarixi” fənni ilə niyə əvəzləndi? - Paşinyanın dediyi və ermənilərə açıq deyə bilmədiyi...

Image


Məhərrəm Zülfüqarlı: "Erməni xalqı uzun illər "Erməni xalqının tarixindən", bu qondarma tezislərdən ciddi əziyyət çəkib, baş nazir onlara bunu izah etməyə çalışıb"

Qriqoryan kilsəsinin və bir sıra erməni alimlərinin uydurduqları, cild-cild cızmaqaraya, dərsliyə çevirdikləri "Erməni xalqının tarixi" artıq iflasa uğrayıb. Belə ki, Ermənistan hökuməti son iclasında "Erməni xalqının tarixi" məktəb fənni adının "Ermənistan tarixi" adı ilə əvəz olunmasına dair qətnamə qəbul edib. Baş nazir Nikol Paşinyanın sözlərinə görə, dərsliyin adı bu şəkildə dəyişdirilir ki, ictimai həyatın mərkəzində dövlət dayansın: "Mən "Erməni xalqının tarixi" ilə "Ermənistan tarixi" arasındakı fərqi necə görürəm? "Ermənistan tarixi" dövlətin, hətta mövcud olmadığı dövrlər də daxil, varlığı və inkişafının nəqlidir. Amma "Erməni xalqının tarixi" dövlətin mövcud olduğu dövrlər də daxil adamların tarixinin nəqlidir. Bu konseptual fərq mühüm əhəmiyyətə malikdir və bizim üçün əsas olanı dövlətin varlığı strategiyasıdır". 

Burada diqqət çəkən məsələ hökumətin son iclasında "Erməni xalqının tarixi" məktəb fənni adının "Ermənistan tarixi" adı ilə əvəz olunmasına baş nazir Paşinyanın necə izah verməsidir. 

Əslində Paşinyanın verdiyi bu izah Ermənistan cəmiyyətini yola verməkdən başqa bir şey deyil. Belə baxanda, onun dediklərinin ikisi də eynidir. Paşinyanınn mövqeyi düzdür. Bu mənada ki, "Erməni xalqının tarixi" başdan-başa cəfəngiyat və uydurmalardan, miflərdən ibarətdir.  Paşinyan bunu açıq deyə bilmir ki, bu xalqın qədim tarixi yoxdur, yazılanlar yalanlardan, quramalardan  ibarətdir. Paşinyan sətiraltı deyir ki, "Erməni xalqının tarixi" adı altında xalqa cəfəngiyat öyrədirsiz, millətə faciə gətirirsiniz. Bunu açıq deyə bilmədiyi üçün belə ritorik, yalançı məntiqin üstündə mülahizələr qurur.  

"Paşinyan xalqa çatdırmaq istəyir ki, illərdir öyrədilən, təbliğ edilən tarix saxtadır, Ermənistan dövlətinin tarixi isə gerçəkdir, belə bir dövlət ilk dəfə 1918-ci ildə yaradılıb"

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a şərhində bildirdi ki, Ermənistanın Baş naziri reallıqdan çıxış edərək belə bir fikir səsləndirib. M.Zülfüqarlı qeyd etdi ki, 44 günlük Vətən müharibəsindən sonra Paşinyan cəmiyyəti reallıqlarla barışmağa, uydurma, mifoloji yanaşmadan qaçmağa çağırır. "Tarixin saxtalaşdırılması, xalqa tarixin uydurma şəklində təqdim olunması məsələsi ən çox ermənilərə aiddir. Erməni xalqı uzun illər "Erməni xalqının tarixindən", bu qondarma tezislərdən ciddi əziyyət çəkib, baş nazir onlara bunu izah etməyə çalışıb. Əslində, erməni xalqının gerçək tarixi yoxdur, hər şey miflərdən ibarətdir. Paşinyan xalqa çatdırmaq istəyir ki, illərdir öyrədilən, təbliğ edilən tarix saxtadır, Ermənistan dövlətinin tarixi isə gerçəkdir, belə bir dövlət ilk dəfə 1918-ci ildə yaradılıb".

M.Zülfüqarlı hesab edir ki, "Erməni xalqının tarixi" dərsliyi şagirdlərə gerçəyi öyrətmirdi, amma "Ermənistan tarixi"ndə ermənilərin əsl tarixi, dövlətlərinin hansı dövrdə yaradıldığı yəqin göstərilib. 

"Mən 1984-cü ildə İrəvanda tələbə-inşaat dəstələri komandirlərinin  Cənubi Qafqaz seminarında iştirak edəndə bir məsələnin şahidi oldum. Bizi Matenadarandakı   muzeyə apardılar, muzeyin girişində dünya xəritəsinin iri maketi qoyulmuşdu. Həmin maketdə hər bir ölkənin üzərinə müxtəlif geyimli bir qadın, beş kişi fiquru qoyulmuşdu. Bələdçi bizə   izah edirdi ki, məsələn, filan dövrdə Rumınyada ermənilər belə geyinirdi, Argentinada `belə geyinirdilər və sair. Bunları göstərməklə özlərini "böyük xalq" kimi qələmə verməyə çalışırdılar. Həqiqət isə ondan ibarətdir ki, tarixdə üç xalqın dövləti olmayıb. Bunlardan biri ermənidir. Bu, qaraçılara da, yəhudlərə də aiddir. Onlar dünyada vətəni olmayan xalqlar kimi qəbul olunur. Ermənilər qədim dövrdən dünyaya yayılmağa başlayıblar. Ermənilər öz vəziyyətlərini anlamaq, gerçəyi axtarıb tapmaq, tarixdən nəticə çıxarmaq əvəzinə saxta xəritələr, saxta kitablar çap edirlər, mifik, qondarma "Böyük Ermənistan" şüarını irəli sürürlər. Əslində, Paşinyan onları bu yolla "Böyük Ermənistan" xülyasından ayırmağa, əsası olmayan bir ideyanın ardınca getməkdən çəkindirməyə çalışır.

44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı qələbədən sonra Ermənistanın bir sıra siyasiləri, səlahiyyətli nümayəndələri artıq bu ziyanlı və səhv yanaşmanı başa düşüblər, tarixə yenidən baxmağa, qonşulara qarşı ərazi iddialarından əl çəkməyə başlamaq istəyirlər. Paşinyan hökuməti konstitusiyanı da dəyişmək istəyir. Fikrimcə, "Erməni xalqının tarixi" məktəb fənni adının "Ermənistan tarixi" adı ilə əvəz olunmasına dair qətnamənin çıxarılması təsadüfi deyil, bununla konstitusiyanın dəyişməsinə zəmin yaradırlar. Çünki dərsliklərdəki cəfəng məsələlər, qonşu dövlətlərə ərazi iddiaları konstitusiyada əks olunub. Odur ki, Paşinyan hökuməti ilk dəyişikliyə dərslikdən başlayıb, ardınca bu dəyişiklik konstitusiyada əks olunacaq.  Bilirsiz ki, Ermənistanın gerbində Ağrı dağının təsviri var. Bu da qonşu Türkiyəyə qarşı ərazi iddiası deməkdir. Konstitusiyada Qarabağı da öz əraziləri kimi göstəriblər. Dəfələrlə Paşinyan da deyib ki, Qarabağ Azərbaycan torpağıdır. Bunu Putin də bildirib. Ermənistan Azərbaycanla və Türkiyə ilə münasibətləri düzəltmək üçün bu addımları atmalıdır. Bunun əleyhdarları çox olsa da, amma hökumət bu fikri xalqın beyninə yeridir ki, xəstə təfəkkürdən əl çəksinlər. Bu müsbət addımdır. Gələcəkdə proses güclənərsə qonşularla Ermənistan arasında yaxşı münasibətlər yarana bilər, saxta tarixdən erməni xalqının canı qurtarar, onun faciəsinə səbəb olan bu saxtakarlığa son qoyular. Bu, Qafqazda sülhün bərqərar olması üçün mühüm amildir. Biz də bu addımları bəyənirik"-deyə M.Zülfüqarlı qeyd etdi. 

İradə SARIYEVA  

 




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ