şənbə günü, 10 oktyabr 2026
     

Uzaq, yaxın Nuru Əsgərov

Image


Təcrübəli müstəntiq, bacarıqlı psixoloq, peşəkar jurnalist, ən əsası yaxşı insan haqqında qısa xatirələr


"Bir həftəyə yaxındır ki, Əhmədovlar ailəsi dəhşətli bir faciənin üzüntüsü, qəm-qüssəsi, hüznü içərisindədir. Arzuları yarı yolda qalmış balaca, nakam Samirin müxtəlif oyuncaqlar, rəngli karandaşlar və kağızlarla dolu otağına kimsə ayaq basa bilmir. Səhər, günorta və şam yeməkləri zamanı masa ətrafında onun boş qalmış yeri önünə də boşqab, stəkan-nəlbəki, çəngəl-qaşıq qoyulur... Bu ağır itkidən qamətləri əyilmiş, dərddən qovrularaq qısa müddətdə 30-40 il qocalmış ata-ana, baba-nənə də daim həmin boşluğa boylanır, boğazlarından bir tikə çörək, bir içim su keçmədən göz yaşlarına boğulurlar.

Artıq faciə baş verib, həyatını itirən körpə balanı da geri qaytarmaq mümkün deyil! Lakin 7 yaşlı uşağı maşınla vurduqdan sonra ona kömək etmək, ilkin tibbi yardım göstərmək, xəstəxanaya çatdırmaq əvəzinə, qan içində qoyub namərdcəsinə qaçan sürücünün qanun qarşısında cəzalandırılması haqq-ədalətin bərpası ilə yanaşı, zərərçəkənlərin də dərdini yüngülləşdirə, biçarə valideynlərə təskinlik verə bilər...

Hörmətli oxucular! Mümkün deyil ki, sizlərdən kimsə həmin məşum hadisə anında oradan keçməyəsiz, uzaqdan da olsa maşının rəngini görməyəsiz... Elə isə redaksiyanın və milis idarəsinin telefonlarına zəng vurun, qorxmayın, sizin şəxsiyyətiniz gizli saxlanılacaq."

Bu müraciət düz 38 il öncə - 1986-ci ildə Zaqatala rayonunun "Qırmızı Bayraq" qəzetində dərc olunmuş və aydın səmada şimşək, ildırım effekti yaratmışdı. Birincisi, ona görə ki, güc strukturları ilə xalq kütlələri arasında yeni münasibətlərin başlanğıc nöqtəsi idi - təsəvvürlərdəki yekəpər, rezin dəyənəkli sovet milisi kabusu tədricən humanist, mənəvi dəyərlərə söykənən asayiş keşikçisi obrazı ilə əvəzlənirdi. İkincisi, həmişə sadə insanlara yuxarıdan aşağı baxan hüquq-mühafizə orqanları bu dəfə "qara camaatı" bir az kobud da səslənsə, adam yerinə qoyub onlardan kömək istəyirdi. Üçüncüsü, mətn sanki bir nəfər yox, bir qrup tərəfindən - əsl hüquqşünas-əməliyyatçı, təcrübəli psixoloq, həm də peşəkar jurnalistin iştirakı ilə hazırlanmışdı. Təsirli sözlərlə durumun real təhlili, cümlələrdəki aydın məqsəd, səmimiyyət və kövrək notlar müraciətin cavabsız qalmayacağına əminlik yaradırdı... Və elə belə də oldu, o zaman 18-20 min tirajla yayılan qəzet abunəçilərə yetişən kimi redaksiyaya zəng gəldi: "Mən azyaşlının hansı maşınla vurulduğunu bilirəm, amma adım məxfi saxlanılsın!" 

Və mən – Muğanlı məktəbinin IX sinif şagirdi, 15 yaşlı uniforma həvəskarı, rayon və respublika mətbuatında kiçikhəcmli yazıları işıq üzü görən bir yeniyetmə üçün həmin məqalənin sonundakı imza, daha doğrusu, poqonlu müəllifin təmsil etdiyi ümumittifaq yaradıcılıq təşkilatının adı çox maraqlı gəldi: Nuru Əsgərov, Zaqatala rayon Daxili İşlər Şöbəsinin baş müstəntiqi, milis kapitanı, SSRİ Jurnalistlər İttifaqının üzvü.

"Qırmızı Bayrağ"ın ştatdankənar müxbiri olduğumdan ayda 3-4 dəfə redaksiyaya baş çəkir, həm yazı təqdim edir, həm də mövzu seçimində məsləhətlər, tapşırıqlar alırdım. Bir dəfə baş redaktorumuz, gözəl ziyalı, indi artıq haqq dünyasında olan Sevil Sadıxovadan həmin şəxsin kimliyini soruşdum. "Yaxşı, savadlı, dünyagörüşlü yoldaşlardandır, müstəntiq vəzifəsinə Bakıdan təyinatla gəlib, əvvəl jurnalistika üzrə oxuyub, mətbuatda işləyib, sonra ali hüquq təhsili alaraq DİN sisteminə keçib" dedi. 

Milis idarəsinin qalın, xoflu divarları arasındakı fəaliyyətindən xəbərim olmasa da, qəzetdə Nuru müəllimin məqalələri mütəmadi şəkildə dərc olunur və oxucular tərəfindən maraqla qarşılanırdı. "Hüquqşünasın tribunası" rubrikasında mövzu eyni – sovet insanının tərbiyəsi, qanunlara tabeçilik, cinayətdən və cinayətkarlıqdan uzaqlıq, halal zəhmətlə dolanışıq olsa da, problemə yanaşma rakursu, yazı manerası fərqli idi. Müstəntiq-yazar xüsusən gənclərin düz yoldan sapmamaları, zərərli vərdişlərdən çəkinmələri, sağlam cəmiyyətdə, mühitdə vətənə, xalqa layiqli övladlar səviyyəsində böyümələrindən ötrü çalışır, yorulmadan qələm çalırdı. Biz sonralar rayon səviyyəli tədbirlərdə görüşdük, müzakirələrə qatıldıq, yaxından həmsöhbət olduq. Deyirlər, insanın adı ilə xarakteri arasında müəyyən bənzərlik, oxşarlıq var, onun da çöhrəsinə, daxilinə bir nur, işıq yayılmışdı. İctimaiyyətə açıq məmur idi – jurnalist ünsiyyətcilliyi milis qapalılığını, özünütəcridi yaxına buraxmamışdı.

Zaqatala mühiti Əsgərovların xoşuna gəldiyindənmi, ya təsadüfdən Nurunun bacısı Bahar müəllimə də rayonumuza təyinat almışdı, məktəbimizdə kimya fənnini tədris edirdi. Ciddi, istedadlı, tələbkar pedaqoq idi. Bahar xanımın həyat yoldaşı (təəssüf ki, adını unutmuşam) tikinti trestlərinin birində iş icraçısı kimi çalışırdı. Asudə vaxtlarında əla stolüstü tennis oynadığı xatirimdə qalıb...

Ucqar rayonun milis şöbəsindəki iş şübhəsiz ki, Nuru Əsgərov səviyyəli bir mütəxəssis üçün xeyli kiçik, bir təcrübə, tramplin idi. Gənc kapitanda tezliklə respublikanın hüquq-mühafizə orqanlarının rəhbər vəzifələrinə yüksəlmək biliyi, bacarığı, potenasialı vardı. Amma təəssüf ki, bu arzular da ömrü kimi başa yetmədi, faciəli məlumat – onun məzuniyyətdə olarkən Bakıda dənizdə boğulub həyatını itirməsi xəbəri ailəsi, doğmaları ilə bərabər, bütün tanış-bilişləri də sarsıtdı.

...Mən neçə illərdir ki, bu məqaləni yazmaq, mərhum dostumuz qarşısındakı mənəvi borcumu ödəmək üçün vurnuxuram. Hətta Zaqatala polisi ilə əlaqə saxlayıb bəlkə kartotekada bir məlumat, fotoşəklin qalması ilə maraqlandım, aradan xeyli vaxt keçib, təəssüf ki, köməklik göstərə bilmədilər. Amma yalnız onun barədə yox, ümumiyyətlə yazılmayan məqalələri yekunlaşdırmaq lazımdır, çünki alnımıza yazılan yazılar da var, artıq 54-dəyəm, hər gün ömürdən gedir, dünyanı tutub durmayacağıq ki... 

Uzun müddət bu sistemdə çalışan, hazırda isə təqaüddə olan ixtiyar yaşlı polis mayoru Ağabala Nəsirovla görüşəndə adıçəkilən şəxs və mövzu ətrafında söhbətləşdik. Ağabala müəllim mərhum kapitanı peşəkar hüquqşünas məqamında xarakterizə edərək, bağlı qalan bir çox işlərin onun təyinatından sonra açıldığını, cinayətkarların tapılıb məsuliyyətə cəlb edildiklərini, hətta iki nəfər günahsız şəxsin şübhə kolpaqından çıxaraq məsuliyyətdən azad olunduqlarını söylədi. 

Nurunun dostluq elədiyi məmurlar sırasında o zaman Mühafizə şöbəsinin rəhbəri Maarif müəllimi və Yanğınsöndürmə idarəsinin rəisi Xanlar İsmayılovu təxmini bilirdim, amma onlar da çoxdan xidmətlərini başa vuraraq Zaqataladan gediblər. Bəlkə bu yazıdan sonra əlaqə saxlayarlar və növbəti dəfə daha geniş material hazırlanar.     

İndi isə qoy bu kiçik qeydlər Azərbaycan polisinin 106-cı ildönümündə hər halda vəzifə başında olmasa da, işi ilə əlaqədar dünyasını dəyişmiş şəhid müstəntiqin pak ruhuna bir hədiyyə olsun! 

Bir də... Bir də Əsgərovlar ailəsi mənim doğma, qədirdan, füsunkar Zaqatalamı təkcə övladlarının ömrünün qırıldığı yer deyil, həm də cismani yoxluğunun 38-ci ilində belə, fikrən xoş xatirələrlə baş-başa qaldığı bir məkan kimi qəbul eləsinlər...


Böyük sevgi və ehtiramla, Qurban CƏBRAYIL

"Mədəniyyət/Culture" jurnalının redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ