şənbə günü, 10 oktyabr 2026
     

İran kimi seçəcək: azərbaycanlı Məsudu, yoxsa fars Səidi? - ən şanslısı KİM?

Image


İranda keçirilən prezident seçkiləri gündəmin əsas mövzusuna çevrilib. Əsasən də region ölkələri üçün gələcək İran prezidentinin kim olacağı daha çox maraq doğurur. Həttda fars dini rejiminin hökmranlığı fonunda iran prezidentinin adi icraçıdan qəti fərqlənmədiyini hamı bilsə belə. Çünki dünyadakı hazırkı mürəkkəb proseslər fonunda hər kəs bu seçkilərdən sonra İranda yeni siyasət gözləyir. Sadəcə GÖZLƏYİR...

Artıq birinci turda prezident seçkilərinin nəticələrinin açıqlanması ilə Təbrizdən olan millət vəkili Məsud Pezeşkiyanın ən çox səs topladığı bəlli olub. Pezeşkiyan ikinci turda ikinci yeri tutan Səid Cəlili ilə yarışacaq. Rəsmi dövlət agentliyi İRNA-nın ölkənin seçki qərargahının sözçüsünə istinadən yaydığı açıqlamalara görə, ölkədə sandığa salınan 24,535,185 səsdən Məsud Pezeşkiyan 10,415,991 səs (42.45 faiz) toplayaraq, Sədid Cəlili isə 9, 473,298 səslə (38.61 faiz) ikinci turda yarışmağa haqq qazanıblar. İRNA ölkədə ümumi seçici fəallığının 40 faiz olduğunu bildirib.

Öncə qeyd edək ki, prezident İbrahim Rəisinin helikopter qəzası nəticəsində ölümündən sonra İranda keçirilən növbədənkənar prezident seçkiləri üçün 6 siyasətçinin namizədliyi nəzarət şurası tərəfindən təsdiqlənmişdi. Namizədlərdən Əlirza Zakani və Əmirhüseyn Qazizadə Haşiminin seçkilər günündən əvvəl kənara çəkilmələri ilə, cümə günü keçirilən seçkilərdə yarış yeganə islahatçı namizəd Məsud Pezeşkiyan və üç mühafizəkar namizəd Səid Cəlili, Məhəmmədbağır Qalibaf və Mustafa Purməhəmmədi arasında keçib.

İranda prezidentliyə namizədləri xalqdan - seçicilərdən əvvəl "elita" seçir, "saf-çürük edir", sonra isə sistem üçün təhlükəsiz hesab olunan namizədlər yarışa buraxılır. Seçici aktivliyinin hər zaman aşağı olması da məhz bundan qaynaqlanır. İnsanlar bilir ki, onların seçiminə verilən bütün namizədlər son nəticədə hazırkı düzənin qorunmasına və davamına xidmət edəcək, sistemdənkənar heç kim siyasi mübarizədə sadəcə olaraq YOXDUR, vəssalam!

Bununla belə, zaman-zaman teokratik İran hakimiyyəti islahatçı namizədlərin seçki platformasında müəyyən mötədil, yumşaq və nisbi liberal tezislərin yer almasına, xalqa müəyyən işıqlı vədlərin verilməsinə göz yumur, bəzən bunu təşviq edir ki, əhali seçkilərə gəlsin və insanların narazılığı, etiraz potensialı təbliğat-təşviqat dövründə müəyyən qədər realizə olsun. Obrazlı desək, qazan daşmamış qapağı qaldırılsın və buxar çıxsın.

Gəlin öncə seçkilərdəki aşağı səviyyəli seçici fəallığı barədə danışaq. Seçkilərdəki 40 faiz seçici iştirakı ilk növbədə artıq İran xalqının hazırkı molla rejiminə olan mənfi münasibətini ortaya çıxarır. Bu seçici göstəricisi həm də xalqın baş verənlərə laqeydliyidir. Heç nəyin dəyişməyəcəyinə olan inam deyərlər buna. Zaman-zaman İran xalqının fars rejiminə qarşı sərt etirazları bu seçkilərdəki aşağı faizli seçici "fəallığında" özünü aydınca göstərir. Seçki gündəminə gəldikdə, bu seçkilərdə İrandakı miqrantlar, xüsusən Əfqanıstandan olan qaçqınlar əsas müzakirə mövzularından birini təşkil edir. İran rəsmi orqanlarının məlumatına görə, ölkədə 5 milyondan çox əfqan miqrant yaşayır. Miqrant məsələsinin gündəmə daşınmasının səbəblərindən biri də İrandakı iqtisadi problemlərin və sosial-iqtisadi tənəzzülün öz pik həddinə çatması ilə bağlıdır. Artıq İran iqtisadiyyatındakı çöküş milli valyutanı da əməllicə "vurmağa" başlayıb. Qonşu ölkədəki dolanışıq elə bahalaşıb ki, əhali illər öncəki ucuz bazarlar və əlçatan ərzaq qiymətlərinin xiffətini çəkir. keçək İrandakı prezident seçkilərində ikinci tura qalan namizədlərlə yaxından tanışlığa.

İkinci tura qalan namizəd Səid Cəlili mühafizəkar camiədə kifayət qədər tanınmış və nüfuzlu şəxsdir. 1965-ci ildə Məşhəd şəhərində anadan olan Cəlili siyasi elmlər üzrə təhsil alıb, "Məhəmməd Peyğəmbərin (s) xarici siyasəti" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. İran-İraq müharibəsində iştirak edib, bir ayağını itirib. Buna görə də ona "canlı şəhid" deyirlər. Cəlili 90-cı illərdən müxtəlif dövlət və siyasi qurumlarda çalışıb. XİN-də işləyib, ali dini liderin ofisində planlama şöbəsinin müdiri olub, nüvə danışıqları heyətinə rəhbərlik edib. Dini liderin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi və Sistemin Məsləhətini Müəyyən edən Şuranın üzvüdür. 

Biz isə azərbaycanlı olduğu deyilən namizdə Məsud Pezeşkian üzərində dayanacaqıq. Bəs kimdir bu Məsud Pezeşkian? Qərbi Azərbaycan bölgəsində, Mahabadda dünyaya gəlmiş 70 yaşlı Məsud Pezeşkiyan azərbaycanlıdır. Təbrizdə tibb təhsili alıb, ixtisası kardioloqdur. Təbriz Tibb Universitetinin rektoru olub və bir neçə çağırış Təbrizdən deputat seçilib, parlamentin vitse-spikeri işləyib. Həmçinin prezident Məhəmməd Xatəminin birinci prezidentliyi dövründə səhiyyə nazirinin müavini, ikinci dövründə isə səhiyyə naziri işləyib.
M.Pezeşkiyan "islahat" cinahından olsa da, mühafizəkar qanadda düşmən olaraq görülmür, ən azı Xatəmi, Həsən Ruhani və ya Cavad Zərif qədər ciddi tənqid hədəfi deyil. Üstəlik yayılan xəbərlərə görə, dini rəhbərlik onun seçilməsinə normal yanaşdığına işarə edib. Mətbuat bu namizədin azərbaycanlı olması barədə israrla fikirlər yürüdərək, ifrat İran rejiminin prezidentlik kürsüsündə bir türkün oturmaq şansını qızğın müzakirə edir.

Onun özünün İran şərtlərinə görə cəsarətlə verdiyi açıqlamadan məlum olur ki, əslən Qərbi Azərbaycandan olan Məsud Pezeşkian sən demə öz uşaqlarına evdə türk dilindən başqa dildə danışmağa icazə vermirmiş. İran reallığında bu cür davranışlardan sonra belə bir adamın seçkilərə buraxılmasının özü inandırıcı görünmür. Çünki əsli-kökü türk olan, ən əsas da ictimai çevrəsində türkçülüyü müdafiə edən birisinə İran prezidenti olmaq şansının verilməsi siyasi reallıqla əks mütənasiblik təşkil edir. Yuxarıda sadaladığım faktları çox yəqin ki, İran xüsusi xidmət orqanları bilməmiş olmazlar. Artıq fars rejimi S.Cəlilinin xeyrinə daha çox işlər görməyə başlayıb. Çox güman ki, seçkilərdə üçüncü yürə yüksələn Məhəmmədbağır Qalibaf da öz elektoratını fars rejiminin basqısı ilə S.Cəliliyə səs verməyə çağıracaq. Artıq o dünən axşamdan bu istiqamətdə açıqlamalar verməyə başlayıb.

M.Pezeşkian seçkilərdə qalib belə gəlsə çox güman ki, Xameneinin qoyduğu siyasi cızıqdan qəti kənara çıxa bilməyəcək. Bu vaxta qədər əslən azərbaycanlı olan neçə prezident, yüksək çinli İran məmurları olub ki, heç biri siyasi cəsarət göstərib milli kimliyinə uyğun xırda bir addım belə ata bilməyib. Əlbəttdə, fars rejimi yetişdirdiyi kadrları siyasi mətbəxdə dəfələrlə "qaynadıb" sonra süfrəyə çəkir. Rejim öz uşaqlarını yaxşı tanıyır axı... 

İrandakı prezident seçkiləri barədə gələcəyimiz nəticə odur ki, hazırkı namizədlərdən kimin türk, kimin fars və ya başqa millətin nümayəndəsi olmasının heç bir önəmi yoxdur. Heç bir namizəd milliyətindən asılı olmayaraq dini rejimin qaydalarından və siyasətindən zərrəcədə də olsa kənara çıxmayacaq. Fars, türk və seçkilərdə şanslı olmaq heç nəyi dəyişmir çünki...

Mətləb Salahov

 




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ