çərşənbə axşamı günü, 28 aprel 2026
     

Cavanşir Feyziyev: Oljas Süleymenov ümumtürk mədəniyyətinin dəyəridir"

Image


Çağdaş qazax ədəbiyyatının, mədəniyyətinin görkəmli nümayəndəsi Oljas Süleymenovun "Tanrının təbbüsümü" kitabı Azərbaycanda işıq üzü görüb. Mahmud Kaşğari adına Beynəlxalq Fondun layihəsi əsasında çap olunan kitabın layihə rəhbəri Fondun Prezidenti, Milli Məclisin deputatı, Dr. Cavanşir Feyziyevdir. Türk dünyasının dəyərli alimi C.Feyziyev kitaba yazdığı ön sözdə Oljas Süleymenov yaradıcılığı fonunda Azərbaycan-qazax ədəbi-mədəni əlaqələrini geniş müstəvidə təhlil edir:

Cavanşir Feyziyev: Oljas Süleymenov ümumtürk mədəniyyətinin dəyəridir"

"Tanrının təbəssümü" kitabına Ön söz...
 

Oljas Süleymenov elmi, linqvistik, tarixi, fəlsəfi geniş əhatəli etnoloji, etnoqrafik, paleoqrafik, poetik, publisistik əsərləri ilə qazaxların və türk xalqlarının adını tarixin yaddaşına yazmağı bacaran zəngin dünyagörüş sahibi, həyata özünəməxsus baxışı olan mütəfəkkir şəxsiyyətdir. O, təkcə çağdaş qazax ədəbiyyatının deyil, ümumtürk mədəniyyətinin mənəvi dəyər vahididir.

Yaradıcılığına dürüst bir alim mövqeyi, milli-estetik kriteriyaların bənzərsiz formalarını tətbiq edən Oljas Süleymenov dünyanın bizə məlum olan, bəlkə də yeganə şairidir ki, təfəkkürü eyni zamanda, həm zəngin etnoqrafik potensiala, həm də müasir poetik "diplomatiya"ya malikdir - naturalizmlə analitizmin bu cür üzvü vəhdətini özündə ehtiva edən ikinci bir şairi təsəvvürə gətirmək xeyli çətindir. Oljas Süleymenov yaradıcılığı bu gündən həm keçmişə, həm də gələcəyə körpü salan milli-təəssübkeş bədii düşüncə sistemidir. O, bir tarixçi-alim, etnoqraf olmaqla yanaşı, həm də müasir qazax şeirinin usta qələmlərindəndir.

Yaradıcılığının ilk dövrlərindən başlayaraq "Yer, insana əyil!", "Az i Ya", "Arqamaklar", "Günəşli gecələr", "Gil kitab", "Yazının dili", "Tanrının təbəssümü", "Kəsişən paralellər", "Türklər tarixə qədər" və başqa əsərləri oxucular və ədəbi-elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Haqqında çoxsaylı qazax ədəbiyyatşünasları ilə yanaşı, rus Andrey Voznesenski, Rimma Kazakova və Lev Anninski kimi şairlər, qırğız xalq yazıçısı Çingiz Aytmatov, ukraynalı D.Pavlıçko kimi tanınmış tənqidçilər dəyərli fikirlər söyləmişlər.

Türk dünyasının əbədiyaşar lideri Heydər Əliyevin "Oljas təkcə qazaxlara deyil, bütün türk xalqlarının ədəbiyyatına gərəkli şəxsiyyətdir" kəlamı bu gün Qazaxıstanda böyük fəxrlə səsləndirilir. Oljas Süleymenov isə ulu öndərlə dostluq əlaqələrinin olduğunu daima ehtiramla xatırlayaraq "Bu dostluğu indi də qəlbimdə daşıyıram" - deyə, ümummilli lideri rəhmətlə yad edir.

Heydər Əliyevlə bağlı xatirələrini qələmə alarkən yazır ki, "Azərbaycanda olarkən gördüklərimi dünyadakı inkişaf standartlarını ötüb keçən rəqəmlərlə tutuşduraraq əmin oldum ki, Ustadın vəsiyyəti İlham Əliyevin komandası tərəfindən ardıcıllıqla yerinə yetirilir... Allah Heydər Əliyevə rəhmət eləsin, iyirminci əsrin heç bir siyasi liderinə iyirmi birinci yüzillikdə bu dərəcədə böyüklük mərtəbəsində qalmaq qismət olmamışdır. Bu, yalnız o şəxsiyyətlərə nəsib olmuşdur ki, vaxtilə müxtəlif orqanları vahid orqanizmdə birləşdirən sinir, qan damarları kimi xalqlar arasında ilgilər, "keçid dövrü"ndə qırılan çağlarda zəka ucalığını, iradə, xarakter qüdrətini saxlamış və faciəvi şəkildə parçalanan məkan və zamanların "yarımçıqlarını" birləşdirməyə çalışmışlar. Avrasiyada belə şəxsiyyətlər çox az idi. Odur ki, birincilər sırasında Heydər Əliyevin - zəmanəmizin qəhrəmanının adını çəkməyə haqqımız var.

"Az i Ya" araşdırmamın birmənalı rezonans doğurmadığı bir zamanda Heydər Əliyevin bəzi sovet akademikləri kimi yox, onu başqa cür qəbul etməsi mənim xoşbəxtliyim idi. Yaxşı yadımdadır, Nizaminin, Füzulinin yubileyləri ilə əlaqədar biz süfrə arxasında Azərbaycan və digər xalqların yazıçıları ilə birgə əyləşərkən o, mənə masa arxasından "qalx" işarəsi verib demişdi: "Oljas, sən nəinki mənə, nəinki bizə, nəinki qazaxlara lazımsan. Sən bütün insanlara lazımsan. Gəlin, badələrimizi bu şərəfə qaldıraq!". Bu mənə çox böyük qol-qanad vermişdi, çünki həmin vaxtlar mənim üçün heç də adi bir dövr deyildi.

Və mən görürdüm ki, Heydər Əliyevin mənə isti yanaşması bütün Azərbaycan xalqının mənim yaradıcılığıma olan münasibətini ifadə edirdi. Bu xalqın sevgisini hiss etdikcə onun bütün sevincini, kədərini də özümünkü kimi qəbul edir, özümünkü hiss edirdim.

80-ci illərin sonu - 90-cı illərin əvvəllərində mən SSRİ Ali Sovetinin deputatı idim. 1990-cı ilin 20 Yanvar faciəsi günlərində Moskvadakı "Moskva" mehmanxanasında 39 dərəcə temperaturla yatırdım. Gecə saat 3-də yaradıcılığına və şəxsiyyətinə çox hörmətlə yanaşdığım qardaşım Bəxtiyar Vahabzadə mənə zəng etdi. O, çox narahat idi. Xeyli danışdı. Onun danışığından başa düşdüm ki, Bakıda xoşagəlməz hadisələr baş verib. Bəxtiyar dedi ki: "Oljas, gəl, rus tankları şəhərə girib." Mən indi də sevinirəm ki, yaxşı ki, Bəxtiyara xəstəliyim barədə heç nə demədim. Desəydim, düz olmazdı... "Azərbaycanın xeyli dostlarına" zəng etdim, hadisəylə bağlı bildirdim, onlar gəlmədilər. Mən yığışıb aeroporta getdim. Onda mülki təyyarələrin Bakıya uçuşuna icazə vermirdilər. Öz deputat mandatımdan istifadə etməklə yarıhərbi təyinatlı təyyarə ilə Bakıya uçdum".

Bəli, görkəmli ədibin xatirələrində qələmə aldığı həmin tarixlərdə, soyuq qış günlərində SSRİ rəhbərliyi vətəndaşların sülh şəraitində keçirdikləri nümayişi gülləbaran edib, tankların tırtılları altında qoymaqla onların mübarizlik əzmini qırıb, gözünü qorxutmağı qarşısına məqsəd qoymuşdu. SSRİ rəhbərliyi buna nail ola bilməsə də, yüzlərlə heç bir günahı olmayan vətəndaşı qanına qəltan edə bilmişdi. Azərbaycanın şair, yazıçı və alimləri həmin dəhşətli hadisəylə bağlı SSRİ Ali Sovetinin deputatlarına Azərbaycan xalqına qarşı törədilən bu vəhşiliklə bağlı müraciət ünvanladığı zaman Oljas Süleymenov bu müraciətnaməni birinci imzalayanlar arasında idi. Bakıda Oljas Süleymenovun təkidi ilə Azərbaycan hakimiyyəti nümayəndələrinin iştirakı ilə növbədənkənar yığıncaq keçirilmişdi. O, mərkəzi televiziyanın operatoru və yerli müxbir qarşısında canlı yayım açaraq çıxış etmişdi. Mixail Qorbaçova imzaladığı nitqində çəkinmədən onun ünvanına cəsarətlə yazmışdı ki: "Axıdılan bu qədər qan sizin vicdanınızın üzərindədir".

Tarixin ən sərt imtahanında, ən ağrılı çağlarında Oljas Süleymenov Azərbaycan xalqının yanında olduğu kimi, Zəfərimizdə də eyni doğmalıqla sevincimizə şərik olduğunu ifadə etmiş, bütün yaradıcılığı boyunca Azərbaycan və qazax xalqlarının tarixi, etno-psixoloji, fəlsəfi-estetik dünyagörüşünə toxunarkən bu xalqların vahid mənəvi-mədəni məkanı birləşdirdiyini söyləmişdi.

Prezident İlham Əliyevin sərəncamı ilə Oljas Süleymenovun "Şöhrət" ordeni, daha sonra "Dostluq" ordeni ilə təltif edilməsi görkəmli qazax mütəfəkkirinin yaradıcılığına Azərbaycanda verilən dəyərin və ümumxalq sevgisinin parlaq nümunəsidir.

Ulu öndər haqqında xatirələrində qeyd etdiyi kimi, 1960-ci illərin əvvəllərindən onun "Köçərilər və Rus", "İqor polku haqqında dastan"da qaranlıq yerlər", "Az i Ya" (1975) kimi eposşünaslıq, mənbəşünaslıq, folklorşünaslıq və ədəbiyyatşünaslıq kimi sahələri çevrələyən kitabları yayınlanmışdı ki, həmin kitablar Moskvadakı akademik dairələrdə xeyli mübahisələrə səbəb olmuşdu. Mübahisələrin əsasını təşkil edən ən başlıca problem isə Oljas Süleymenovun türklərin digər dünya xalqları arasında adekvat yerini göstərib, onları dünyanın ən qədim mədəni xalqlarından biri kimi təsdiqləməsi, əsərin alt qatına enərək orada türklərə məxsus dil yaruslarını ortaya çıxarması ilə bağlı idi. İki hissədən ibarət olan, bütün məsələlərə elmi və milli-tarixi prinsiplər daxilində obyektiv münasibət bildirən "Az i Ya" kitabı həm də qədim tarixə malik türklərin milli-estetik dəyərlərini, ədəbi-mədəni tarixini öyrənmək, eyni zamanda Avro-Asiya məkanında yaşayan bir çox xalqların mədəni və siyasi tarixlərinin bəzi məqamlarına işıq salmaq baxımından maraq doğururdu.

2014-cü ildə alimin "Sözün kodu" adlı yeni kitabı nəşr olundu ki, bu kitabda əsasən o, türk mədəniyyəti ilə bağlı məsələləri araşdırmağı qarşıya məqsəd qoyurdu. 2015-ci ildə ədib ilk dəfə olaraq uşaqlar üçün "Ev ocağının sehirli nağılları" adlı kitabını nəşr etdirdi.

O.Süleymenovun əsərlərində fikir dərinliyi, genişlik, fəlsəfilik və polemiklik daha çox diqqəti cəlb edir. Hər bir əsərdə aydın ekspressiya, kamil obrazlılıq, incə yumor, islahedici satira, gözlənilməz poetik dövriyyələr və s. özünü yetərincə nümayiş etdirir. Əsərlərinin episentrində ən vacib məsələ qazax xalqının mənəvi dünyasının tərənnümü, qazax səhra ənginliklərinin vəsfi dayanmaqdadır.

Şairin çoxşaxəli yaradıcılığı, şeir və poemaları Azərbaycan dili ilə yanaşı, ingilis, fransız, alman, ispan, çex, polyak, slovak, bolqar, macar, rus, monqol, qırğız, özbək, Ukrayna, Belarus, türk və digər çoxsaylı dünya xalqlarının dillərinə tərcümə olunub. Bədii əsərləri ilə yanaşı, Oljas Süleymenovun elmi əsərləri də dünyada son dərəcə populyardır. Onun bu müstəvidə qələmə aldığı əsərlərində qədim insanın dilinin universal qrammatikasının tarixi-linqvistik təhlili yer alır ki, o, bu və ya digər şəkildə müasir dillərdə öz funksionallığını qoruyub saxlamaqdadır. Süleymenov onların genezisini ilk heroqlif qrafik yazının köməyi ilə ortaya qoymağa, onların raşşifrovkasını "Az i Ya", "Yazının dili", "Türklər tarixə qədər", "Sözün kodu", "Etimologiyaya giriş" və başqa bu kimi tədqiqatlarında açmağa, bəşər övladının təkamülünün geniş təbəqəsinin öyrənilməsindəki "ağ ləkələri" etimologiya, kulturologiya və paleolinvistikanın köməyi ilə görüb üzə çıxarmağa nail olub.

Təsadüfi deyildir ki, məhz bu keyfiyyətlərinə görə böyük mütəfəkkirin əsərləri oxucu və tənqidçilərin çox böyük rəğbətini qazanıb.

Çeşidli yaradıcılığa malik olan O.Süleymenovun ədəbi istedadı kinodramaturgiyada da yetərincə özünüifadə edə bilib. O, "Atalar torpağı", "Mavi marşrut", "Qış sahə işləri vaxtı deyil", "Adəmi qəbul edin", "Sonuncu keçid", "Qırmızı yovşan", XIX əsrin ünlü qazax şairi Məhəmbət Utəmisova həsr olunmuş "Məhəbbət", Cahangir xana həsr olunmuş "Ah, Peterburqda necə də maraqlı idi" və xeyli digər filmlərə ekran vəsiqəsi verib.

Onun əsərlərində türkün tarixi dünyasına səyahət və türk torpaqlarına ayaq basmağın həsrətini ifadə edən münasibət diqqəti cəlb edən xüsusi haldır. Daha doğrusu, müəllif əsərlərində "türk çölləri boyu Şərqdən Qərbə çapan bir qəhrəman türk atlısı rolunda" çıxış edir. O.Süleymenov gəzdiyi yerlərdə mənsub olduğu xalqın dünənindən və bu günündən söhbət açmağı özünə borc bilir.

O.Süleymenovun təfəkküründə şair Allah kimi dərk olunmaqdadır. Yəqin buna görə də o, "Şərq yoxdur, elə Qərbin özü də yoxdur... Yalnız Günəşin doğuşu və qürubu, bir də böyük söz - Yer var" deyir. Özünün erkən yaşda qələmə aldığı şeirlərindən birində ("Puşkin meydanında") "Şair gərək Allah kimi gözəl olsun bu dünyada" deyərək şairi Yaradanla müqayisə edən Süleymenov belə fikri sadəcə poetik metafora olaraq işlətmirdi. Bununla o, şairin cəmiyyətdəki yerini müəyyənləşdirməklə onu elə bir zirvəyə qaldırır ki, bununla özünü də həmin "yüksəkliyə məhkum edib" şairin uca adını daim böyük fəxarətlə daşıyacağına işarə edirdi.

O.Süleymenov hansı mövzuda yazır yazsın, onun lirik vüsəti özünün şəxsiyyəti kimi çoxtərəflidir. Ən adi söz və söz birləşmələri arasında onun son dərəcə həssas və rəngarəng bir dünya duyumu var. Təsadüfi deyildir ki, O.Süleymenovun yaradıcılığında, bir tərəfdən, A.S.Puşkin müdrikliyini görmək mümkündürsə, digər tərəfdən A.Blok, V.Mayakovski və V.Xlebnikovun yeniliyini, A.Voznesenski dərinliyini və mürəkkəbliyini, Məhəmbət Ütemisovun məğrurluğunu və canlılığını, Abay Kunanbayev poeziyasının fəlsəfi əzəmətini, A.Tvardovski epik yaradıcılığının, Rollan Seysenbayevin qeyri-adi prozaik ilmələrini sezmək mümkündür. Əslində, müxtəlif coğrafiyalarda yaşayan, fərqli janrda və üslubda yazan ədiblərin yaradıcılığının hər hansı konkret bir yaradıcı şəxsiyyətin təfəkküründə yer almasının özü son dərəcə əlahiddə, qeyri-adi və yeni əzəmətli keyfiyyətdir. Oljas Süleymenovun yaradıcılığı məhz qeyd etdiyimiz rakurslarda unikal və fenomenaldır.





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Rusiya ABŞ və Azərbaycana xoş gəlmək üçün Zəngəzur dəhlizini özü inşa etmək niyyətinə düşüb...

Xəzər dənizi fəlakətli dərəcədə dayazlaşır, su hövzəsinin xilası üçün vaxt daralır...

Latviya Bakı-İrəvan sülhünə böyük önəm verdi...

SON XƏBƏRLƏR

27.04.2026 / 23:57
Putinin uzun yaşamaq arzusu... Qocalmanın qarşısı alınır, 150 il yaşamaq mümkün olacaq...

27.04.2026 / 22:16
Prezident İlham Əliyev Andrey Babişin Azərbaycana səfəri ilə bağlı paylaşım edib

27.04.2026 / 22:12
Brüsseldə 5 min casusun gizli metodu ifşa edildi - küçə işıqları ilə AB prezidentini izlədilər...

27.04.2026 / 21:37
Bakı və Kiyev birgə hərbi-sənaye istehsalını gücləndirməyə qərar verdi...

27.04.2026 / 21:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Çexiyanın Baş naziri ilə görüşünün görüntüləri paylaşılıb - VİDEO

27.04.2026 / 21:12
Zelenskinin Bakı səfərinin mümkün iki nəticəsi - Rusiya ilə yeni gərginlik, ya...

27.04.2026 / 20:48
Münhendən sonra Bakıda görüşdülər - Əliyev-Zelenski görüşünün deyilməyən tərəfləri...

27.04.2026 / 20:32
İctimai mövqe və dövlətçilik: sabitlik, ləyaqət və sədaqətin çağırışı

27.04.2026 / 20:21
Rusiya rəsmiləri Bakıda Ukrayna ilə üçtərəfli görüşün təhlükəsizliyinə şübhə edir?...

27.04.2026 / 20:04
Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir

27.04.2026 / 19:52
Çexiyanın Azərbaycan üçün çox önəmli olduğu bu iki sahə də var...

27.04.2026 / 19:43
Vüqar Rəhimzadə: Azərbaycan-Ukrayna münasibətlərində yeni mərhələ

27.04.2026 / 19:33
İsrailin iki eks baş naziri Netanyahuya qarşı birləşir

27.04.2026 / 19:29
Prezident: "Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk"

27.04.2026 / 19:26
"Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir" - Prezident

27.04.2026 / 19:23
Bəhreyn 69 nəfərin vətəndaşlığını ləğv etdi - “İranı dəstəklədiyinə görə”…

27.04.2026 / 19:08
Avropa-Cənubi Qafqaz əməkdaşlığında Latviyanın rolu

27.04.2026 / 18:38
Merts Ukraynanın ərazisinin bir hissəsini itirilməsi ilə barışacağını deyir...

27.04.2026 / 18:22
Alman kanslerdən Trampı özündən çıxaracaq açıqlamalar - İran ABŞ-ı rüsvay etdi...

27.04.2026 / 18:04
Əli Əsədov benzin və dizel yanacağı ilə bağlı qərar imzaladı

27.04.2026 / 17:31
Zaxarova Aİ-nin "maliyyə monitorinqi" adı ilə Ermənistanda seçkiyə müdaxilə edəcəyini bildirdi...

27.04.2026 / 17:21
Alman deputat Əhməd Zakayevlə görüşdü – Moskva Berlinə nota verdi...

27.04.2026 / 17:06
Tramp Britaniyanı "Folklend adaları kartı" ilə vuracaq - NATO-ya qarşı planın şok detalları...

27.04.2026 / 17:04
Qlobal neft qiymətlərində yeni şok başladı...

27.04.2026 / 16:57
İran imtina etdi, Tramp isə ləğv etdi...

27.04.2026 / 16:56
Zavod direktorunun videosu Putin iqtidarını silkələdi - Solovyov efir qonağına "fahişə" dedi...

27.04.2026 / 16:50
Rusiya-ABŞ, Türkiyə-İsrail, İsrail-Suriya vasitəçiliyindən sonra Azərbaycan üçün yeni şans...

27.04.2026 / 16:40
Məzahir Pənahov yenidən MSK sədri seçildi...

27.04.2026 / 16:35
Ermənistanda seçki çəkişməsi qızışır - hakimiyyət sülh, müxalifət müharibə deyir...

27.04.2026 / 15:52
“Bərpa enerjisi olmayan binalarda kombiyə icazə verilməyəcək - MTK-ın bazarı öldü...

27.04.2026 / 15:48
Prezident İlham Əliyevin adından Çexiyanın Baş nazirinin şərəfinə rəsmi lanç verilib - FOTO

27.04.2026 / 15:45
Brüssel Rusiyaya görə Bişkeki cəzalandırdı, İrəvana "göz yumdu"...

27.04.2026 / 15:30
Ağdərədə “Prezident Kuboku” beynəlxalq reqatasına start verildi - FOTO

27.04.2026 / 15:21
ABŞ-da "terrorun" Trampın daxili və xarici siyasəti ilə bağlılığı...

27.04.2026 / 15:10
Qaçqın "şahzadə" müharibə istəyir - Rza Pəhləvi atəşkəsi pislədi...

27.04.2026 / 15:06
Yazıçılar Birliyinin mətbuat katibi qəzaya düşdü

27.04.2026 / 14:52
QMİ-dən Eçmiədzin Kilsəsinə tutarlı cavab - bunlara birdəfəlik son qoyulmalıdır...

27.04.2026 / 14:39
Tramp “ona güllə atanın İranla əlaqəsini” niyə xüsusi inkar edir?...

27.04.2026 / 14:27
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirildi - FOTO/YENİLƏNDİ

27.04.2026 / 14:11
Onlar artıq MSK üzvü deyillər...

27.04.2026 / 13:58
Fizik alim apellyasiya məhkəməsindən nə gözləyir?

27.04.2026 / 13:55
Milli Məclis Prezident İlham Əliyevi təbrik etdi

27.04.2026 / 13:49
Tramp ölüm hökmünü bərpa etdi-müxalifətçilər öldürüləcək?...

27.04.2026 / 13:45
"Milli enerji operatormuz Azərbaycandan təbii qaz almaq niyyətindədir" - Çexiyanın Baş naziri

27.04.2026 / 13:31
Paşinyan Ermənistan-Azərbaycan sərhədində dəyişikliklərin anonsunu verdi

27.04.2026 / 13:17
"Hərbi təyinatlı məhsulların birgə istehsalı ilə bağlı konkret layihələr üzərində danışıqlar gedir" - Prezident

27.04.2026 / 13:15
İstanbulda, İsveçrədə alınmadı, Bakıda alınar?...

27.04.2026 / 13:04
"Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir" - Prezident

27.04.2026 / 13:00
Prezident: "Azərbaycan və Çexiya energetika sektorunda çox etibarlı tərəfdaşlardır"

27.04.2026 / 12:59
"Çexiya ilə çox fəal siyasi dialoqumuz var" - Prezident

27.04.2026 / 12:58
Pentaqon rəsmisi tanışlıq saytında məlumat sızdırdı, işdən atıldı

27.04.2026 / 12:55
Prezident İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

27.04.2026 / 12:44
ABŞ FTB direktoru da postunu itirə bilər - alkoqol aludəçiliyi…

27.04.2026 / 12:41
Prezident İlham Əliyevin Çexiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO

27.04.2026 / 12:26
Trampın mətbuat katibindən sensasiya: "Bu axşam bir neçə atəş açılacaq?"

27.04.2026 / 12:08
Tramp oteldəki atışma zamanı təxliyəsini özü gecikdirib…

27.04.2026 / 12:05
Mərkəzi Seçki Komissiyasının yeni tərkibi müəyyənləşdi

27.04.2026 / 12:01
Məleykə Abbaszadə xarici dillə bağlı əvvəlki mövqeni səhv saydı - "Mikayıl Cabbarovun təkidi ilə..."

27.04.2026 / 11:53
Prezident İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTO

27.04.2026 / 11:41
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub - FOTO

27.04.2026 / 11:37
Trampdan barəsindəki rüsvayçı ittihama sərt reaksiya - “…pedofil deyiləm!”

27.04.2026 / 11:32
Dubay şirkəti hərəkətə keçdi - Hörmüz boğazına alternativ yol... “Birlik boğazı” layihəsi elan edildi...

27.04.2026 / 11:17
Prezident İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

27.04.2026 / 11:08
May ayında 14 gün iş olmayacaq...

27.04.2026 / 10:54
Amnistiya aktının icrası başa çatdı

27.04.2026 / 10:30
"COP29 zamanı Azərbaycan mediasına çoxsaylı istinad edilib" - Natiq Məmmədli

27.04.2026 / 10:22
Media nümayəndələri WUF13 çərçivəsində məlumatlandırılır

27.04.2026 / 10:07
İran Hörmüzlə bağlı ABŞ-a yeni təklif göndərdi - nüvə danışıqları təxirə salına bilər...

27.04.2026 / 09:52
İran Azərbaycanın sərhəd əməkdaşlığını alqışlayır...

27.04.2026 / 09:07
Ukrayna AB-dən 90 milyardı aldıqdan sonra “Drujba”nı yenidən bağlaya bilər - Slovakiya narahatdır...

27.04.2026 / 08:45
ABŞ ordusu narkotik daşıyan daha bir gəmini vurdu - 3 ölü...

26.04.2026 / 23:23
ABŞ-dan ŞOK iddia - İranın 11 tonluq “gizli kozırı”… 100 atom bombası hazırlaya bilərlər…

26.04.2026 / 22:16
Vaşinqton Hilton Otelindəki atışmanın detalları bəlli oldu

26.04.2026 / 21:53
Trampdan İrana təhdid kimi mesaj – partlayışa üç gün qaldı…

26.04.2026 / 19:35
İran ABŞ-a “yaşıl işıq” - Arakçi yenidən Pakistana qayıtdı...

26.04.2026 / 17:50
Nazir Vilayət Eyvazov Göyçayda vətəndaş qəbulu keçirdi - FOTO/VİDEO

26.04.2026 / 17:22
Gərginliyə baxmayaraq ABŞ-la İran arasında danışıqlar davam edir...

26.04.2026 / 16:04
Prezident: "Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır"

26.04.2026 / 15:56
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir" - Prezident

26.04.2026 / 15:53
Prezident "Sülh və Barışıq üçün Gernika mükafatı"nın təqdimolunma mərasiminin iştirakçılarına müraciət etdi

26.04.2026 / 15:21
Vaşinqtondakı Hilton Otellə bağlı ŞOK FAKT - Trampa atəş açılan oteldə 45 il əvvəl də ABŞ prezidenti güllələnmişdi...

Lobbiçilər müharibə canilərinin Bakıda mühakiməsini dayandıra bilmədilər...

XƏBƏR ARXİVİ