şənbə günü, 10 oktyabr 2026
     

SAXUR XALQININ ŞƏHİD QIZI - FOTO

Image


Onun azad Azərbaycan adlı böyük bir arzusu və sevgisi vardı

Mən ancaq əlamətdar günlərdə Şəhidlər xiyabanına gələndə deyil, Badamdar istiqamətində yolum düşəndə, yaxınlıqdakı Alov qüllələrində keçirilən tədbirlərə qatılanda, Az.TV-də çalışan tələbə yoldaşlarıma baş çəkəndə də Sədaqətin qəbrini ziyarəti özümə borc bilirəm. Və həmişə - yayın bürküsündə, qışın şaxtasında bu müqəddəs məzar üzərində bir ədəd qərənfil var. Sanki gəncliyinin, subaylığının, nakamlığının simvoludur... İkinci qərənfili də qranit daşın üzərinə qoyuram, çiçəklər qoşalaşır – arzularımızın, dualarımızın, xoşbəxtliyinin rəmzinə çevrilir...     

Əslində, onun ruhunun şadlığını, yerinin rahatlığını iki fakt dəqiqliklə təsdiqləyir: uğrunda canını qurban elədiyi torpaqlar yağı caynağından amandadır və paytaxtın bu ali məkanındakı son məskənini özü vəsiyyət eləmişdi. Ağır döyüşlərin birində yaralanıb Bakıda hospitalda müalicə alarkən görüşünə gələn bacısı və əmisi qızına belə deyib: "Vətən uğrunda qəhrəmancasına vuruşub şəhidlik məqamına yüksəlmək və Şəhidlər xiyabanında uyumaq ən böyük xoşbəxtlikdir. Döyüşlərdə həlak olsam, məni də burada torpağa tapşırarsınız..."

Sədaqət Rəcəbova 1971-ci il yanvarın 27-də Zaqatala rayonunun Sabunçu kəndində dünyaya göz açmışdı. Valideynləri Abakər ata da, Səfiyyə ana da halal əməklə dolanan, zəhmətkeş, əliqabarlı insanlardı. Ailədə 5 övlad - 4 bacı, bir qardaş böyüyürdü. Sədaqət sonbeşik idi. Öz kəndlərindəki səkkizillik, qonşuluqdakı Yuxarı Çardaxlar tam orta məktəbini bitirmişdi. "Elsevər" imzası ilə məqalə və şeirlər yazırdı. Elə bizim tanışlığımız da ötən əsr səksənlərin sonu - doxsanıncı illərin başlanğıcında "Qırmızı Bayraq" adlanan "Zaqatala" qəzetinin redaksiyasında olmuşdu. Mən BDU-nun jurnalistika fakültəsində təhsil aldığım illərdə rayona qayıdanda, o isə əsrarəngiz dağ kəndində yaşayıb-yaradarkən tez-tez bu ünvanda yollarımız kəsişirdi. SSRİ-nin çöküşü ilə regionda vəziyyət xeyli mürəkkəbləşmiş, ümidsizlik, həyəcan, qarışıqlıq yaranmışdı. Ölkəmizdə də proseslər get-gedə nəzarətdən çıxır, ictimai-siyasi durum ağırlaşır, hakimiyyət kürsülərinə canatmalar zəminində hərc-mərclik, özbaşınalıqlar hökm sürürdü. Fürsətdən yararlanan xain dığalar, daşnakların şimalda və qərbdəki lobbiləri Azərbaycana qarşı çoxdan planlaşdırıb üstüörtülü şəkildə apardıqlar ərazi iddialarını açıq müstəviyə keçirmişdilər. Ermənistanın sonradan yiyələndiyi tarixi torpaqlarımızda yaşayan minlərlə soydaşımız ata-baba yurdlarından qovuldular. Əvvəl sərhədyanı bölgələrdə, tədricən Qarabağın içərilərində "qırmızı imperiya" qoşunlarının köməyi ilə xalqımıza qarşı qətliamlar törədildi. O zamanlar yenicə dövlət müstəqilliyi qazanmış ölkənin hələ nizami ordusu yaranmadığından könüllülər silaha sarılıb müdafiəyə qalxdılar. Məhz belə bir zərurət, mənəvi borc qarşısında cəsur, vətənpərvər qızımız da sakit dayana, kənardan seyrçi ola bilməzdi.     

Sədaqət əla qiymətlərlə oxumuşdu, yaradıcı gənc idi. Qələminin nəzm və nəsr məhsulları, məqalələri, müraciətləri, məktubları gələcəyin parlaq istedadından xəbər verirdi, özü də jurnalist olmaq istəyirdi. Lakin torpaqlarımızda gedən amansız müharibə ona bu haqda düşünüb-daşınmağa, sənədlərini hazırlayıb qəbul komissiyasına təqdimatına imkan vermədi. Vətənin dar günündə bu arzusunu ürəyində dəfn edərək, Birinci Qarabağ savaşına qatıldı, "inşəallah, ali təhsil almağım qələbədən sonraya qalsın" dedi.       

Beləliklə, Azərbaycanımızın milli-azadlıq hərəkatı, suverenliyi və ərazi bütövlüyü uğrunda mücadilələrə yüzlərlə qazi və şəhid vermiş qəhrəman saxur xalqının mərd, kişi qeyrətli qızının səngər həyatı, döyüş yolu başlandı. 1992-ci ilin martında Goranboy bölgəsinə gələrək, ilk günlərdən cəldliyi, qorxmazlığı, silahla davranışı, düşmənə nifrəti ilə cəbhə yoldaşlarının hörmətini qazandı, əsgər və zabitlərin qız qardaşı oldu. Hərbi texnikaya xüsusi həvəsi tezliklə müxtəlif silahlardan mükəmməl istifadə, hətta tankı sərbəst idarə etməsi ilə nəticələndi. Sonralar könüllülərdən ibarət Zaqatala batalyonunun tərkibində Ağdam, Ağdərə, Füzuli cəbhələrindən keçdi, həmişə ən qaynar nöqtələrə yürüdü. Qarabağ döyüşlərində böyük şücaətlər göstərən bu birləşmənin qazandığı qələbələrdə şübhəsiz ki, S.Rəcəbovanın da öz payı var. 

Müharibə bölgəsinə yardım aparmaq və səngərlərdən reportajlar hazırlamaq məqsədilə qarabağa mütəmadi ezamiyyətlərə gedən, uzun illər region mətbuatında müxbir, məsul katib, redaktor işləmiş ixtiyar yaşlı jurnalist Zenfira Nəsibova bir məqamı daim xatırlayır: "Biz Ağdama çatanda əsgərlər döyüşdən yenicə qayıtmışdılar. Hamısı gəlib əl sıxıb görüşür, "xoş gəldin" edirdi. Birdən sövqi-təbii ovcumdakı əlin kişi xeylağına məxsus olmayacaq qədər yumşaqlığını hiss edib diqqətimi topladım. Qarşımdakı şəxs gülə-gülə papağını çıxaranda saçları çiyninə töküldü. Dedi, müəllimə, düz tapmısınız, mən xanımam, 70 qardaşın bacısıyam. İnanın, elə sevindim, qürurlandım ki... Xeyli söhbətləşdik, onu dinləyəndə bir daha anladım ki, doğrudan da aslanın erkəyi, dişisi olmazmış. Valideynlərinin onun müharibəyə yollanması ilə razılaşmadıqlarını, mental dəyərləri əsas gətirdiklərini söylədi. Mən də yaşlı ata-anasının sözünü yerə salmamasını, bəlkə fikrini dəyişib geri qayıtması barədə düşünməsini istədim. Sanki gözlərində şimşək çaxdı, "yalnız qələbədən sonra!" cavabı ilə avtomatını götürdü vidalaşıb getdi..."      

Təbii ki, Zaqatala rayonunun Sabunçu kəndində yaşayan bir ailə - Rəcəbovlar rahatlıq tapa bilmirdilər. Nəhayət, böyük övladları Əminəni cəbhəyə - bacısının görüşünə göndərdilər ki, bəlkə xanım döyüşçünü fikrindən daşındırar. O isə cəmi bir neçə ay əvvəl ayrıldığı bacısını tanımaqda çətinlik çəkdi - Sədaqət bu müddətdə yenidən yoğrulmuş, mətinləşmiş, ad-san qazanmış, qəhrəman kimi hamının istəklisinə çevrilmişdi. Odur ki, evə nə vaxt dönəcəyi barədə bəlkə də mininci suala cavab belə oldu: "Nə vaxt vətən torpaqları azadlığa qovuşar, onda da üzüağ evə qayıdacağam!"

Lakin 1993-cü ilin 8 avqustundakı qanlı savaş Füzulidə ağır yaralanaraq müalicədən sonra yenidən erməni quldurları ilə qarşı-qarşıya dayanan Sədaqətin son döyüşü oldu və vəsiyyətinə uyğun şəkildə Bakıdakı Şəhidlər xiyabanında torpağa tapşırıldı. Onun Vətəni azad görmək arzusu isə 27 ildən sonra reallaşdı, amma Sədaqətsiz...    

Gözün aydın, dağlar qızı, əziz bacım, ruhun şad olsun!

Qurban CƏBRAYIL

"Mədəniyyət" jurnalının redaktoru





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ