"Fransanın prezidenti Makron möhkəm çətinliyə düşüb.Avroparlament seçkilərində rüsvayçı məğlubiyyətdən sonra öz ölkəsində parlamenti buraxdı və ardınca Avropa parlamentinin özü kimi sağ mərkəzçi ideologiya daşıyan qüvvələrinə gecikmədən birləşməyi təklif etdi . Az qala haray çəkdi ki, birləşməsək Avropa üçün fəlakət olacaq. Makronun fəlakət deyəndə nəyi nəzərdə tutduğu bizlər üçün o cəhətdən maraqlıdır ki, "yaxınlaşan fəlakət" sırf Makronun özü ilə bağlıdır.( Yadıma Leninin məşhur " Yaxınlaşan fəlakət və onunla necə mübarizə etməli?" məqaləsi düşdü. Makronun çıxış yolu deyəsən oturub Lenini oxumaqdan keçir) . İfrat sağçı partiyalar Avropa parlamentini təsir altına salmaq üzrədirlər. Makronun yuxusunu qaçırdan şey də budur."
Bu fikirlər "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyevin öz Facebook səhifəsində paylaşdığı statusunda yer alır. A.Quliyev daha sonra yazır: "Makron Avroparlamentin bütün sağ mərkəzçi qüvvələrini toplantıya yığdığı vaxt onun tam əksinə olan ultra sağ qüvvələri də ayrıca toplantıya gəlmişdilər. Həm də bu günkü Avropanın ən böyük ultra millətçisi olan fransız Bardella bəyan etdi ki, Makronun dövrü bitdi və 2- ci Dünya müharibəsindən sonra ilk dəfə ultra sağçılar Fransada hakimiyyətə gələ bilər. Makronun yuxusunu qaçıran isə tək bu deyil. Həm də odur ki, Avroparlamentin ultra sağçı qüvvələri Avroparlamentə seçilmiş "mühafizəkar və islahatçılar" fraksiyasını da özlərinə cəlb edərək super blok yaratmaq istəyirlər. Bilirsinizmi bu nə deməkdir? Bu 58+ 76 = 134 deputat deməkdir. Daha konkret odur ki, Avroparlamentdə bu gün ən çoxsaylı sayılan Xalq parlamentinin, yəni sağ mərkəzçilərin, yəni Makronfasonların 181 səsi var. Uktrasağçıjar birləşsə, Makrona qarşı sayca 2- ci blok yaranacaq- 134 səs.
Heç təsadüfi deyil ki, artıq indidən Avroparlamentin "sağlaşdığını", yəni antiMakron qüvvəyə çevrildiyini deyənlər var. Haqlı da deyirlər. Makron" at qılından " asılıb.
Bir ovuc erməninin əlində " matroşkaya" çevriləndə bilmirdi ki, son belə olacaq?!..."
Mətləb