şənbə günü, 10 oktyabr 2026
     

Vüqar Rəhimzadə: Bütövləşən müasir müstəqil Azərbaycan hər birimizin qürur mənbəyimizdir

Image


Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin  yaradılmasının 106-cı ildönümü tamam olur. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları 1918-ci il mayın 28-də istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini bütün dünyaya nümayiş etdirdilər.  Bununla da Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratmış oldu. Müstəqil, azad, demokratik respublika qurmağı qarşıya məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti çoxəsrlik  dövçlətçilik ənənələrinə malik olan xalqımızın köləlik zəncirini qırıb atmağa,  öz müqəddaratını təyin etməyə qadir olduğunu özünün əməli fəalihyyəti  ilə sübuta yetirdi.  Cəmi 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti sonrakı tarixi mərhələlərdə müsəlman Şərqində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu, demokratiya ənənələrinin formalaşmasına böyük təsir göstərdi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Yenicə fəaliyyətə başlayan çoxpartiyalı sistem əsasında formalaşmış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyimizin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində müstəsna  rol oynadı. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi.

Cəmi 23 ay ömür  sürən Azərbaycan Xalq Cümhuriyyəti qısamüddətli fəaliyyətindən sonra məlum səbəblərdən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan dövlət müstəqilliyini təxminən 70 il sonra - 1991-ci ildə  bərpa edə bildi. Müstəqilliyimizin bərpasının ilk günlərində Azərbaycan dövləti özünü Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi elan etməsinə baxmayaraq,  əsl müstəqilliyimiz  Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başladı.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə bu mühüm məqamı xüsusi  qeyd edib ki, hələ müstəqilliyimizin bərpasından xeyli əvvəl - 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin   təşəbbüsü və rəhbərliyi ilə  Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sessiyasında Azərbaycan  Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırıldı və Naxçıvan MR-nın dövlət bayrağı kimi rəsmiləşdirildi,  Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıldı.

YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini  bərpa etməsindən sonrakı ilk illərdə yaşanan faciələri, müstəqilliyimiz üçün yaranan real təhlükələri xatırladaraq  bildirib ki, həmin illərdə respublikaya rəhbərlik edənlərin idarəçilik təcrübəsinin yoxluğu, ən əsası dövlət maraqlarını öz şəxsi ambisiyalarına qurban vermələri ölkəni ağır vəziyyətə salmışdı. Ölkədə xaos, anarxiya, özbaşınalıq, siyasi və iqtisadi böhran  hökm sürürdü. Başqa sözlə, Azərbaycanın parçalanması, vətəndaş qarşıdurmasının yaşanması həmin dövrün reallıqları idi. Yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqı belə bir son dərəcə  çətin vəziyyətdə özünün əzəli xilaskarına- Ulu Öndər Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyətin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində yeni bir dövrün başlanğıcı oldu. Müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirən  Ümummilli Lider dövlətin sükanı arxasına keçdiyi ilk gündən onu qorumağın hər kəsin vətəndaşlıq borcu olduğunu bəyan etdi. İlk olaraq bu çağırışı etdi ki, suverenliyimizi daimi etmək, müstəqilliyimizi qorumaq üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları vahid amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməlidir. Ulu Öndərin zəngin idarəçilik təcrübəsi, ürəyində kök salmış sonsuz Vətən, xalq sevgisi Azərbaycanı  ağır vəziyyətdən xilas etdi. Dahi rəhbər yeni Azərbaycan qurdu. O Azərbaycan ki, bu gün möhtəşəm qalibiyyəti, tarixi zəfərləri ilə dünyanın diqqətindədir. O Azərbaycan ki, bu gün üçrəngli Dövlər  Bayrağı azad Qarabağ və Şərqi Zəngəzurda əzəmətlə dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi,  biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!   

Vüqar Rəhimzadə vurğulayıb  ki, Ümummilli Lider xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanın dövlət müstəqilliyini əbədi, dönməz və sarsılmaz etdi. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl sonrakı dövrdə Azərbaycanın davamlı uğurlarını şərtləndirdi. 2003-cü ildən başlayaraq Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı yeni zirvələrə yüksəltdi. Ötən 20 ildən artıq müddətdə dünyaya təkmil inkişaf modelini təqdim edən Azərbaycanın sözünün imzası qədər dəyəri artdı. Hər sahədə inkişaf, tərəqqi geniş vüsət almağa başladı. Hər bir ölkənin inkişafında vacib amil olan iqtisadi inkişafın təmin edilməsi Azərbaycanda dövlət siyasətinin əsasına çevrildi. Ümummilli Lider Heydər Əliyevin  böyük uzaqgörənliklə atdığı addımların uğurlu nəticələrini bugünkü Azərbaycanın reallıqlarında görürük. Bu gün artıq əminliklə söyləyə bilirik ki, dahi şəxsiyyətin müəllifi olduğu neft strategiyası Azərbaycana möhtəşəm  uğurlar qazandırıb və bu proses uğurla davam etməkdədir.  Həm də onu əminliklə vurğulaya bilirik ki, təbii resurslarımızdan səmərəli istifadə Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu qlobal enerji layihələrinin icrasında özünün aydın ifadəsini tapır. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan etibarlı tərəfdaş kimi dünyanın diqqətindədir.  "Əsrin müqaviləsi"nin imzalanmasından 23 il sonra, 2017-ci ildə "Yeni əsrin müqaviləsi"nin imzalanması Azərbaycana diqqət və marağın, ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin göstəricisi oldu. Fərəhli haldır ki, əvvəlcə regional çərçivədə başlanan əməkdaşlıq 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması ilə çoxtərəfli çərçivədə uğurla davam etdirildi.  2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin tam tərkibdə icrasının başa çatması ilə Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin karbohidrogen ehtiyatlarının dünya bazarına nəqlində yeni mərhələ başladı. Həmçinin Ümummilli Liderin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu bu gün neft gəlirlərinin idarə edilməsində şəffaflığı qorumaqla ölkəmizin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqyisadi layihələrin uğurlu icrasını təmin edir. Azərbaycanın iqtisadi imkanlarının artması siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır.

YAP Xətai rayon təşkilatının sədri uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizdən böyük qürur hissi ilə bəhs edib. Vurğulayıb ki, 1993-cü ildən başlanan yol Azərbaycanı 30 il işğal altında qalan torpaqlarına qovuşdurdu, tarixi ədalət bərpa edildi. Müstəqilliymizin, suverenliyimizin qarantı olan ordumuzun gücü, qüdrəti, tarixi ədalətə, beynəlxalq hüquqa söykənən siyasətimiz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizdə öz sözünü dedi. Çoxəsrlik tarixinin ən qürurverici  dövrünü yaşayan Azərbaycanın tarixi Zəfəri  son üç ildə bu şanlı Qələbənin davamı ilə müşayiət olunur. 2023-cü ildə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ilə Azərbaycanın həyatında yeni dövr başladı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində Dövlət Bayrağımızı ucaltdı. Son üç ildən artıq dövr  azad olunmuş ərazilərimizin bərpası, yenidən qurulması, soydaşlarımızın  Böyük Qayıdış ilə diqqətdədir. Bayramlarımızı, tarixi günlərimizi  bu gün bütün ölkə ərazisində qeyd etməyimiz hər birimizi qürurlandırır. Bu xoşbəxt günləri bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin digər bayramlarımız kimi, Müstəqillik Gününü də işğaldan azad edilmiş ərazilərimizdə qeyd etməsi xalqımızın bayram sevincini ikiqat artırır.  Bu gün Ağdam rayonuna səfər edən Prezident İlham Əliyev bir neçə kəndin təməlini qoyub. Ötən il isə dövlətimizin başçısı Laçın və Kəlbəcər rayonlarında oldu, Laçın şəhərinə qayıdan əhali ilə görüşdü və onlara evlərin açarlarını təqdim etdi. Laçınlılarla görüşündə Prezident İlham Əliyev bildirdi ki, bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir. Bu gün Laçın şəhərinin yeni siması müstəqil dövlətimizin nə qədər güclü olmasını bir daha göstərir.

Son bir ildə həm işğaldan azad edilmiş ərazilərimizin bərpası işində, həm də soydaşlarımızın qayıdış ünvanlarının sayında böyük yeniliklər var. Bütün bunlar uğurlu və düşünülmüş siyasətin nəticəsidir. Azərbaycan xalqı bu il  28 May - Müstəqillik Gününü ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi fonunda bayram edir. Bu il 28 May-Müstəqillik Günü ərəfəsində Qazaxın 35  ilə yaxın düşmən tapdağı altında olan 4 kəndinin bir güllə atılmadan Azərbaycana qaytarılması  Cənubi  Qafqazda yeni reallıqlar yaradan qüdrətli Azərbaycan dövlətinin, onun qətiyyətli Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin  daha bir möhtəşəm Zəfəridir. Bütövləşən müasir müstəqil Azərbaycan hər birimizin qürur mənbəyimizdir.




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ