şənbə günü, 10 oktyabr 2026
     

Sözümüzün polkovniki

Image


Yazıçı Tahir Kazımovun ölümünə elegiya


80 il əvvəl Cəbrayılın Soltanlı kəndində dünyaya gəlmişdi. Gidi dünya onu elə doğulan gündən qarabaqara izləməkdə, təqib etməkdə idi. Gözünü açanda bir kasıb daxmanın altında anası Xeyrənsəni, böyük qardaşı Qəzənfəri, bacısı Qərənfili görmüşdü. Atasının adı sənədlərdə Şirin qeyd olunsa da, ötən əsrin axırlarınacan soltanlılar onu Şirinkazım deyə xatırlayardılar. Şirinkazım müharibədən əvvəl Cəbrayıl maarifində işləyib. İndi də soltanlılar arasında Şirinkazımın düzlüyü, doğruluğu, həqiqətlərə sərt yanaşma ilə tabeliyi haqında rəvayətlər dolaşır. 

Müharibənin ilk illərində kəndin kasıblarına yardımların paylanmağında Şirin əsas sima olub. Kimin nəyə ehtiyacı olduğunu bilib və bildiyinə də əməl edib. Hətta 50-ci illərdə də hansısa bir kasıbın payı kəsiləndə deyərmişlər ki, Şirin ayıran payı kəsmək, Allahsızlqıdır.  Anası Xeyrənsə Şirinin mənəvi düsturunu övladlarının tərbiyəsində əsas götürmüşdü. 

Tale elə gətirib ki, Qəzənfər Kazımov – Azərbaycanın görkəmli alimi, mənim müəllimim olub, Tahirlə də həyatın gətirdiyi qanunauyğunluqla dostluğumuz bünövrə tapıb. Bacıları Qərənfil xanım Cəbrayılda qonşumuz idi.  Bu 3 Azərbaycan ziyalısının, bir ailənin üç övladının bütün böyümə məsuliyyəti hamısı bir ananın üzərinə düşmüşdü. Və artıq qeyd etdiyim kimi böyük Ana da övladlarını ömür-gün həmdəmi, İkinci Cahan Savaşının qəhrəman zabiti Şirinkazımın qoyduğu yola yönəldə bilmişdi. 

Tahirin ölüm xəbəri mənim ruhumdan, varlığımdan acı külək kimi keçdi. Axı onunla məni bağlayan yolların da başlanğıcı 40 ildən o tərəfə indi az qala unudulmaqda olan bir zamandan gəlirdi. Tahir bizim ailəyə elə o illərdən doğma olub. Qardaşım Əlibalaya da hələ Qaradağ rayonunda polis rəisinin müavini olduğu zamandan doğma və isti münasibət bəsləyirdi. 

1986-cı ilin söhbətidir. Bir gün də Cəbayılda məni tapıb bir tədbirə dəvət etdi. 30 ildən sonra orta məktəbdə birgə oxuduğu sinif yoldaşlarının görüşünü təşkil etmişdi. Xudafərin kafesi... Soltanlıda Elbrus Əhmədoğlunun kafesində yığışmalı olduq. Sözün həqiqi mənasında rayonun mənəvi mühitində kifayət qədər tanınan adamlar cəmlənmişdi buraya. Yaxşı yadımdadır, Əjdər həkim çıxışında mənim tədbirdə iştirak etməyimə işarə ilə bu görüşün bir yaddaş yazısı olacağını da dedi və, əlbəttə, bunun üçün Tahir Kazımovun xidmətlərini yüksək dəyərləndirdi. Səyavuş Sərxanlı da, mən də - qonaq qismində iştirak etsək də, çıxış elədik. Söz yox, çıxışlarımızda Tahir Kazımovun hüquq-mühafizə orqanlarındakı dəyərli xidmətlərini qeyd etsək də, onun "Ulduz" jurnalının bünövrə daşını qoyanlardan biri olduğunu da unutmadıq. 

Həmin tədbir haqqında yazım "Xudafərin" qəzetində dərc olundu, sonralar bildim ki, Tahir Kazımov həmin qeydləri öz kitablarından birinə də daxil etmişdi.  Sonra avtoqrafla "Qisas" adlı kitabını da verdi və həmin kitab haqqında "Qurd ağzından keçən yol" adlı bir yazı da qələmə aldım. Son illərəcən deyirdi ki, mənim haqqımda ilk yazını sən yazmısan. 

Tahirin "Müsibət" romanı haqqında silsilə yazılar da yazdım. Ayrı-ayrı vaxtlarda əsərlərini oxuyub fikirlərimi bölüşürdüm. Xüsusilə söhbət hara hərlənsə də, atasının məktubları ilə bağlı povestinin haqqında təəssüratım həmişə təzələnirdi. 

Tahir Kazımov çoxlu iri həcmli əsərlərin müəllifi idi. Xüsusilə ömrünün son illərində qələmə aldığı Azərbaycan tarixinin müharibə bahadırlarından və dövlətçilik sütunlarından biri kimi xatırlanan Uzun Həsən haqqında silsilə romanları ədəbiyyat salnaməmizin ən dəyərli nümunələri kimi həmişə oxunacaq yaşarı bir əsərdir. 

Tahir Kazımov sağlam bir ailənin başçısı idi. Hüquq-mühaifzə orqanlarındakı xidməti ilə polkovnik rütbəsinəcən gəlib çatmışdı. 

... və mən ona həmişə ədəbiyyatımızın polkovniki deyirdim.

Dövlətimiz onu qüsursuz xidmətlərinə görə dəfələrlə təltif etmişdi. Ədəbiyyat, mədəniyyat tariximizdəki xidmətləri də unudulmamış, ona "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilmişdi. Oğlu Şirin Amerikada tibb təhsili almışdı və təhsil uğurlarına ABŞ prezidentinin fəxri mükafatına layiq görülmüşdü.

Süleymana qalmayan dünya Tahiri də cismən saxlamadı, amma onun mənəvi həyatı Azərbaycan təbiəti ilə, türk ruhu ilə, Uzun Həsən ömrü ilə bundan sonra da davam edəcək. Əbədiyyat sakini, ruhun aram olsun... Cəbrayılda adınla, sanınla, şöhrətinlə görüşənədək.

Əli Rza Xələfli 

15.03.2022




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ