şənbə günü, 10 oktyabr 2026
     

Qərbin “demokratiya cəngavərləri” və onların yerli “marionet kuklaları”nın nəzərinə

Image


Ölkənin siyasi nəbzini, eləcə də siyasi münasibətlərin məzmununu xarakterizə edən tədbirlər təkcə daxili auditoriyanın deyil, eyni zamanda, mütləq şəkildə xarici dövlətlərin də diqqət mərkəzindədir. Əksər kütləvi informasiya vasitələrinin önəm verərək geniş yer ayırdığı daha bir tədbir siyasi gündəmin növbəti əlamətdar ictimai-siyasi hadisəsi kimi dəyərləndirilə bilər. Bu il mayın 16-da keçirilən "Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanununun tətbiqi məsələləri" adlı tədbirin şərhi peşəkar yanaşma ilə yanaşı, yüksək siyasi və vətəndaşlıq məsuliyyətinin nümayişini də zəruri edir. Bilavasitə Prezident Administrasiyasının təşkilatçılığı, Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, habelə Ədliyyə və Maliyyə nazirliklərinin iştirakı ilə keçirilmiş tədbirlə bağlı əsas və prinsipial məsələ ondan ibarətdir ki, sözügedən tədbirdə adıçəkilən rəsmi dövlət qurumları ilə yanaşı, ölkədə fəaliyyət göstərən 25 siyasi partiyanın nümayəndələri də iştirak etmişdir. Bununla da deyə bilərik ki, Azərbaycan ictimaiyyəti növbəti dəfə ölkədə yaşanan real siyasi dialoqa şahidlik etmiş oldu. AZƏRTAC xəbər verir ki, bu fikirlər politoloq A.Adilin "Qərbin "demokratiya cəngavərləri" və onların yerli "marionet kuklaları"nın nəzərinə" sərlövhəli məqaləsində yer alıb.

Tədbirlə bağlı rəsmi mətbuat orqanlarının informasiyalarında qeyd olunub ki, onun əsas strateji təyinatı siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsidir. Əslində sözügedən siyasi məqsəd özündə demokratik münasibətlərin əsas məğzini ehtiva edir. Odur ki, bu cür tədbirlərdə iştirak demokratik münasibətlərdə fəal iştirak etmək deməkdir. Buna görə də heç təəccüblü və təsadüfi deyil ki, təşkil olunmuş bu tədbirdə iştirak etməyən yeganə partiya məhz AXCP oldu. Onlar bu tədbirdə iştirak etməməklə bir daha nümayiş etdilər ki, "inkişaf", "tərəqqi", "sağlam münasibətlər", "demokratik ənənələr", "həmrəylik", "konstruktiv mövqe" və "əməkdaşlıq" kimi demokratik məfhumlar sahib olduqları radikal təfəkkürə zidd anlayışlardır.

Müxtəlif informasiya resurslarında sözügedən tədbirlə əlaqədar verilmiş məlumatlarda qeyd olunur: "Görüşdə çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və həmrəylik mühitinin təşviq olunduğunu bildirib". Əslində, Administrasiya rəsmisinin bu sözləri Prezident İlham Əliyevin daxili siyasət kursunun mahiyyətini əks etdirir. Belə ki, rəsmi məlumatlarda qeyd olunur: "Şöbə müdiri siyasi partiyaların cəmiyyətdə artan rolunu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi xüsusi vurğulayaraq təşkil olunmuş görüşün, həmçinin siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib".

Prezident Administrasiyasının şöbə müdirinin çıxışında müraciət etdiyi ifadələrə bir daha ayrı-ayrılıqda diqqət yetirək: "müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq", "sağlam siyasi dialoq və həmrəylik mühiti", "siyasi partiyaların cəmiyyətdə artan rolu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementidir", "siyasi partiyalarda olan potensialın ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi" və s. Ölkənin sıravi vətəndaşı olaraq bu cür ifadələri məhz dövlət rəsmisindən eşidəndən sonra boşboğaz demaqoqlardan soruşmaq istəyirsən: "Açıq və demokratik münasibətlərin mövcudluğu, habelə cəmiyyətdə birlik və həmrəylik mühitinin yaşanması sizin siyasi fəaliyyətinizin hədəfi deyilsə, siyasətdə nə işiniz var? Məqsədiniz nədir?" Təəssüf ki, radikalları siyasətdə saxlayan onların xəstə və maniakal ambisiyaları, habelə öz xalqına və dövlətinə qarşı xain xislətləridir. Məhz elə ona görə də qeyd olunan suallar hər zaman cavabsız qalır.

Tədbirlə əlaqədar mətbuatda yayımlanan məlumatlarda vurğulanır ki, görüşdə iştirak etmiş müxtəlif dövlət orqanlarının nümayəndələri çıxış edərək "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələlər barədə təmsil etdikləri orqanların aidiyyəti üzrə gördüyü işlər barədə məlumat veriblər. Təkcə bu fakt hesabatlılığın göstəricisi deyilsə, bəs nədir? Xatırladaq ki, "hesabatlılıq" bilavasitə demokratik siyasi quruluşlara xas olan keyfiyyət meyardır.

Məlumatlarda o da qeyd olunur ki, tədbirdə siyasi partiyaların nümayəndələri çıxış edərək müzakirə olunan mövzulara münasibətlərini və konkret təkliflərini də bildiriblər. Beləliklə, Azərbaycan hökuməti siyasi partiyaların inkişafına verdiyi dəstəklə, əslində, cəmiyyəti narahat edən məsələlərin həlli üçün siyasi mövqeyindən asılı olmayaraq ölkənin bütün vətənpərvər və intellektual qüvvələrinin səfərbər olmasına da dolayısı ilə xidmət etmiş olur. Əsl ictimai saziş və milli konsensus budur. Demokratik siyasi dialoqun fəlsəfəsi də elə bundadır: dövlət və cəmiyyət naminə əməkdaşlıq. Təəssüflə xatırlatmalıyıq ki, bəziləri tərəfindən siyasi dialoqu hər vəchlə inkar etməyin səbəbi də məhz sahib olduqları radikal təfəkkürdür.

Görüş ilə əlaqədar mətbuatda verilmiş məlumatlarda o da bildirilir ki, tədbirdə müvafiq dövlət orqanlarının təmsilçiləri tərəfindən siyasi partiya nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb və müxtəlif məsələlərlə əlaqədar geniş müzakirələr aparılıb. Xatırlayaq ki, cəmi bir neçə ay bundan öncə "Siyasi partiyalar haqqında" yeni Qanunu az qalmış apokalipsis kimi təqdim edən radikallar niyə sözügedən tədbirdə iştirak etmədilər və öz "dahiyanə" suallarını vermədilər? Çünki onlar yalnız öz sifarişçilərinin oyunlarını oynayırlar, çünki sabitlik və həmrəylik onların marağında deyil. Çünki onların siyasi fəaliyyətinin əsasını emosional situasiyaların və təxribatların törədilməsi təşkil edir. Qərəz, populizm və demaqogiya isə radikal ritorikanın başlıca xüsusiyyətləridir.

Yaxşı deyək ki, bizim bu bəla-siyasətciklərimiz ilə hər şey aydındır, onlar hər dəfə özlərini ifşa edirlər və əlbəttə ki, onları ciddi qəbul etmək belə artıq mümkünsüzdür. Bəs Qərbin "demokratiya cəngavərləri" haradadır və niyə susublar? Hanı onların Azərbaycan hökumətinin bu cür demokratik məzmunlu təşəbbüslərini təqdir edən "alovlu" şərhləri? Bəyəm onların "qarınlarının ağrısı" demokratik münasibətlər, açıq və şəffaf dialoq deyilmi? Yoxsa həmrəyliyə və milli birliyə xidmət edən təşəbbüslər onlar tərəfindən ayrılan qrantların əsas mövzularına uyğun gəlmir?

Marionet kuklalarla Azərbaycanda hər hansı siyasi tamaşanın göstərilməsi artıq mümkünsüzdür. Çünki cəmiyyətdə dialoq mühitinin yaşanması üçün hər hansı vasitəçiyə ehtiyac yoxdur. Dialoq mühiti Azərbaycanda formalaşan yeni siyasi konfiqurasiyanın əsas göstəricilərdindən biri, sağlam siyasi partiyalar isə həmin konfiqurasiyanın əsas həlqələridır. Prezident İlham Əliyevin mayın 10-da Şuşa şəhərinin sakinləri ilə görüşündə səsləndirdiyi fikirləri bir daha xatırlamaq və unutmamaq lazımdır: "Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz". Bu, Qərbin "demokratiya cəngavərləri" və onların yerli "marionet kuklaları"na ən tutarlı cavabdır.




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ