Bazar günü günü, 11 oktyabr 2026
     

VƏTƏNİN MÜDAFİƏSİNƏ TƏLƏSƏN ŞƏHİD POLİS

Image




"Bu hadisələr baş verənə qədər elə bilirdim, Rasim yalnız bizim ailənin övladıdır, amma dəfn mərasimindəki izdihamı görəndə anladım ki, o, bütün Azərbaycan xalqının oğludur. Bir övlad kimi heç vaxt başımızı aşağı edən, utandırıcı hərəkəti olmayıb. Onun haqqında keçmiş zamanda danışmaq sadəcə, mümükün deyil..."

Şəhid polisin anası Xuraman müəllimə danışır, bizsə susuruq... Bu, 44 günlük Vətən müharibəsindən və 23 saatlıq antiterror tədbirlərindən sonra şəhid ailəsində ən ağır, üzücü görüşlərimdən biridir. Bütün sözlər "xərclənib", təsəlli tükənib, göz yaşları quruyub... Hamımız cansız heykələ dönmüşük sanki, otaqda bir boşluq, səhra tənhalığı və uğultu var, Qarabağdan, Xocavənddən əsən küləklərin səsidir elə bil... Bir də yuxu qovuşuğu, xəyali səadət, heç də uzaq olmayan ilğımvari görüntülərin qısaboylu sevinci – sanırsan ki, lap yaxındadır, əlini uzatsan çatacaq... Amma yox, sən gedirsən, o da uzaqlaşır, çevrilib baxır, gülümsəyir, qayıtmaq istəyir, sonra nədənsə fikrini dəyişir... Əlini yelləyir, sənə "gəlmə, geri dön" deyir, özü isə qayıtmır... Beləcə, bir ömür kino lenti kimi dolanıb keçir – Rasim doğulur, böyüyüb boya-başa yetir, ailə qurur, övlad sahibi olur, şəhidlik məqamına yüksəlir...

Şəhidin atası Oktay kişi təmkinli, ağır təbiətli, dünyagörmüş adamdır, bu ağır itki onu bir az da qaradinməz edib. Yenə də az danışdı, oğluyla evdəki sonuncu söhbətini dilə gətirdi: "Bundan əvvəl də 3-4 dəfə işğaldan azad olunmuş ərazilərə gedib. Axırıncı dəfə sentyabrın 19-da yola çıxmağa hazırlaşırdı. Getməmişdən əvvəl yanıma gəldi. Mən ona ürək-dirək verdim. Dedim, "qorxma, cəsarətlə get. Bu bizim son döyüşümüz olacaq, Xankəndiyə bayraq sancacağıq. Mərd ol, özünü qoru, sağ-salamat geri qayıt!" Onu belə yola saldım. Bir də axırıncı dəfə axşamüstü, saat 4-5 radələrində zəngləşdik. Dedi ki, "danışa bilmirəm, yoldayıq". Bu, sonuncu söhbətimiz oldu... Şəhid olandan sonra komandiri mənə söylədi, telefonda  göstərdi ki, necə dürüst, vətənpərvər, şən imiş, ətrafı ilə qayğıkeş ünsiyyət qururmuş. Mən hələ bu yaşacan oğlumun ətrafı ilə belə münasibətdə olduğunu görməmişdim. Özüm onu indi tanımağa başlamışam... Bunları gördükcə həm kədərlənirəm, həm də fəxr edirəm ki, Rasim bizə - öz valideynlərinə layiq övlad kimi böyüyüb. Daxili İşlər Nazirliyinin rəhbərliyinə və şəxsi heyətinə, ümumiyyətlə xalqımıza da minnətdarlığımı bildirirəm ki, belə çətin məqamlarda bizi tək qoymadılar".

"Mən daim şəhid ailələrini dəvət edib məktəbdə tədbirlər keçirmişəm. İndi həmin analar mənə dəstək olmağa, ürək-dirək verməyə gəlirlər" – deyə, Xuraman ana söhbəti davam etdirir: "Həmişə millətimizin balalarını sinəmə sıxmışam, onlara qayğı göstərmişəm. İndi oğlum öhdəmizdə çox ağır yük qoyub getdi -  iki övladı bizə yadigar qalıb. Rasimin qoxusunu, hərarətini onlardan almağa çalışıram..."

Şəhidin əmisi Aydın Məmmədov da qardaşına, qardaşının həyat yoldaşına bir daha təskinlik verməklə, bütün şəhidlərimizin valideynlərinə səbr, dözüm arzulamaqla söhbətə qoşulur, Vətən savaşında Azərbaycan gənclərində aşıb-daşan vətənpərvərlik duyğularının heyrətamizliyindən danışır. Düşmənin 30 iilik işğal dövründə Qarabağı unutdurmaq istəyinə, beynəlxalq güclərin bu istiqamətdə yeritdikləri siyasətə, olkəmizə qarşı ikili mövqeyə rəğmən, xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşərək haqq savaşına qalxdığını və tarixi Zəfərə imza atıldığını, eyni vəhdət, coşqu və müdafiə ilə də ərazi bütövlüyümüzü qoruyub saxlamağın vacibliyini vurğulayır.

Məmmədov Rasim Oktay oğlu 1987-ci il oktyabrın 8-də Bakı şəhəri Xətai rayonunda doğulmuş, 254 nömrəli məktəbdə oxumuşdu. Daha sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. Silahlı Qüvvələrimizin sıralarında həqiqi hərbi xidmət keçib. Hərbi xidmətini bitirdikdən sonra Azərbaycan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında xidmətə başlayıb. 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı Xocavənd rayonunda şəhidlik zirvəsinə ucalıb. Ertəsi gün Şüvəlan qəbiristanlığında torpağa tapşırılıb. Rüstəm və Rəsul adlı iki oğlu yadigar qalıb.

Evində yaradılmış guşədə şəhidin fotoları, əşyaları, forması var. Məzarından götürülmüş torpaq və şəhid olan anda dayanmış qol saatı da diqqət çəkir. Həyat yoldaşı Nigar Məmmədovanın bildirdiyinə görə, həmişə hər yerə tələsən Rasim sonuncu dəfə sentyabrın 18-də evə tələsik gəlib, lazım olan əşyalarını toplayıb, yalnız anası və övladları ilə sağollaşa bilib: "Çox yaxşı insan idi, yoldaş idi, ata idi. Yanımda olanda sanırdım dağa söykənmişəm, hər şey yaxşıdır, mənə heç nə ola bilməz. Bəzən gecə növbəsində qalırdı, elə bil, evdə nəsə çatışmırdı. 12 il evli olduq, bu müddət ərzində şirinli-acılı o qədər şeylər yaşadıq ki... Düz 12 ildir axşam saat 8-də işdən gəlirdi. İllərdir vərdiş etdiyim kimi hər saata baxanda gözümə 19:45 görünür. Düşünürəm ki, Rasim 15 dəqiqəyə çatacaq, hər şey hazır olmalıdır..." 

O, işğaldan azad olunan torpaqlara polis əməkdaşı kimi ezam edilmişdi. Və hər dəfə həmin müqəddəs ünvana - Azərbay Canımızın Qarabağ adlı bir parçasına böyük ruh yüksəkliyi ilə, sanki uça-uça gedirdi. Şübhəsiz ki, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün təmini nə qədər şirin, qürurvericidirsə, itkilərimizin açısı da o boyda ağrılı, yanğılı, təəssüf doğurandır. Vətən canımız, vücudumuz mərd, qorxmaz oğulların canı, qanı, bədənlərinin bir  hissəsi qurban verilməklə bütövləşdi, tamamlandı, azadlığa qovuşdu... 

Və mən həmişə xidməti borcunu yerinə yetirməyə tələsən onlardan – 2023-cü il sentyabrın 20-də Vətənin isti qucağına tapşırılıb aramlıq, rahatlıq tapan 8 şəhid polisdən biri,  Çevik Polis Alayının çavuşu Rasim Oktay oğlu Məmmədov haqqında söhbət açdım. Biz isə hələ çoxuq, Qorqud Atanın təbirincə desək, "qurtarmadıq, hələ varıq, olacağıq, qalacağıq..."

Xuraman xanım danışır ki, sonuncu səfərindən əvvəl gəldi, görüşdük. Ananın övladına ürək sözü nə ola bilər ki, tapşırdım, ehtiyatlı olun. Dedi, "neçə dəfə getmişik, bu dəfə də sağ-salamat qayıdacağıq, ürəyini buz kimi saxla". 

Oğlunun şəhadətindən sonra yuxusu ərşə çəkilib ağbirçək müəllimənin, hər gecə o ümidlə yatır ki, bəlkə onu röyasında görər: "Yatıram ona görə ki, bəlkə, yuxuma gələr. Hər səhər oyananda deyirəm, ay bala, yenə səni görə bilmədim. Qohumlardan kimin yuxusuna gəlibsə, hamısına "anam ağlamasın" deyib. Bəli, polis çavuşu Rasim Məmmədov həmişəki kimi, yenə də vədinə xilaf çıxmadı, verdiyi sözə sədaqət göstərib qayıtdı. Amma bu dəfə daha uca və şərəfli adla, müqəddəs Azərbaycan bayrağına bükülmüş pak Şəhid kimi...


Qurban CƏBRAYIL

"Mədəniyyət" jurnalının redaktoru




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ