Bazar günü günü, 16 avqust 2026
     

Kadr və milli təhlükəsizlik – Cavid İSMAYIL yazır

Image


Hər bir dövlətin daima var olmasında,  dinamik inkişaf etməsində,  ümumilikdə dövlətin təhlükəsizliyinin təməlində yer alan ən vacib məsələ  kadr məsələsidir. Elə bu baxımdan heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasında diqqət peşəkar milli işçi qüvvəsinin formalaşmasına  yönəldilib. 

Əfəndilər, diqqət edin!  AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ TƏHLÜKƏSİZLİK KONSEPSİYASI!

Beləliklə yaxın keçmişimizə qısaca olaraq ümumi nəzər salaq. Əsrlərdir bəzi dövlətlər,  Türk düşmənləri   Azərbaycanı parçalayaraq öz təsir dairəsinə salmaq uğrunda öz aralarında daim rəqabət aparmış,  məqsədlərinə çatmaq üçün birləşərək Azərbaycan türklərini qan gölündə boğmuş,  zaman-zaman xalqımıza sarsıdıcı zərbələr vurmuşlar.  

1918-ci il mayın 28-də qurulan və müsəlman Şərqində ilk demokratik cumhuriyyətimiz olan Azərbaycan Xalq Cümhuriyyətinin  süqutundan sonra 28 aprel 1920-ci ildə  Azərbaycanda sovet hakimiyyəti qurulur. İlk vaxtlar  müvəqqəti İnqilab Komitəsi və XKS-nin tərkibinə əsasən azərbaycanlılar daxil olsalar da, az sonra işğalçı Rusiya Cənubi Qafqazı Azərbaycan türklərindən təmizləmək siyasətini məqsədli olaraq həyata keçirməyə başladı. İşğalçı Rusiya Azərbaycanı ruslaşdırma siyasətini tam mexanizmlə işə saldı və milli kadrları mühüm vəzifələrə yaxın buraxmadı. Dövrün rəsmi statistikasına nəzər salsaq görərik ki, sistemli  aparılan həmin məkrli siyasətin nəticəsi olaraq 1931-ci ildə Bakı Sovetinin məsul işçilərinin yalnız 16 faizi türklər idi. Böyük əksəriyyətini- 45 faizini  ruslar, 17 faizini isə yarı dilənçi, vətənsiz olan ermənilər təşkil edirdi. Və diqqətçəkən məqamlardan biri də odur ki, həmin dövr Azərbaycanda fəaliyyət göstərən 12 ali məktəbdən ancaq birində - o zaman yeni yaradılan Pedaqoji İnstitutda tədris türkcə aparılırdı. Qalan 11 ali məktəbdə tədris yalnız və yalnız işğalçının dilində-rus dilində aparılırdı.

Təbii ki, məkrli xislət sahibləri ilbəil Azərbaycanda güclü ruslaşdırma siyasətini intensivləşdirdiklərindən  bütün idarə və təşkilatlarda kargüzarlıq işləri yalnız rus dilində aparılırdı. İmperiyanın türksüz Ön Qafqaz - Azərbaycan siyasətinin əsas istiqamətlərindən biri də, ruslarla ailə quran azərbaycanlıları müəyyən işlərdə irəliyə çəkmək, erməni millətindən olan qadınları xüsusən katibə-köməkçi işlərinə cəlb etmək idi.

1925-ci ildə Azərbaycan Kommunist Partiyasının I katibi təyin edilmiş Ruhulla Axundov 1 ildən az  fəaliyyət göstərdi. Səbəb? Milli ruha, dədə kökə bağlı olan Ruhulla Axundov  Azərbaycanda latın əlifbasına keçidin ən nüfuzlu təşkilatçısı və tərəfdarı idi.

Onun təşkilatçılığı və rəhbərliyi ilə 1926-cı ildə Bakıda türkoloji qurultay keçirildi. O, bu qurultayda çıxışı zamanı latın əlifbasına keçidin mühüm əhəmiyyətini və bu addımın təkcə Azərbaycan üçün deyil, bütün Şərq üçün mühüm əhəmiyyət kəsb edəcəyini  vurğulayıb. Eyni zamanda dövrün hüquqi statusunda qeyd edilən ana dilimizin - türk dilinin təmizliyinin, saflığının, zənginliyinin qorunması uğrunda sözün əsl mənasında qətiyyətlə mübarizə aparırdı. Onun ana dilimizdə dərsliklərin, lüğət ədəbiyyatının yaradılması məsələləri də bizlərə bəllidir. O, 1928-ci ildə Azərbaycan aşıqlarının I qurultayının çağırılmasının təşəbbüskarı olmaqla yanaşı, milli ədəbiyyatımızın, klassiklərin öyrənilməsində böyük xidmətlər göstərmiş və "Koroğlu" dastanının ən nadir əlyazmasının tapılıb Azərbaycana gətirilməsində də fəal rol oynamışdır.

Cənubi Qafqazı Azərbaycan türklərindən təmizləmək siyasətini yürüdən rusların yeni modeldə qurulan sovet imperiyası, dədə kökə, milli dəyərlərə bağlı olan və bu istiqamətdə ardıcıl işlər aparn fikir adamını bağışlayarmı? Təbii ki, yox. Və bağışlamadı da. Rəsmi sənədlərdə vəfat etdiyi qeyd edilsə də, Ruhulla Axundovu rus imperiyası məhv etdi.

 Beləliklə 1921 -1925-ci illər Azərbaycan Kommunist Partiyası MK rəhbəri olmuş qəddar-qaniçən Sergey Kirovdan sonra bir türkü, Ruhulla Axundovu (1925-1926 ) hakimiyyətə gətirən mərkəz səhv etdiyini anlayaraq 1 il fəaliyyəti təzəcə tamamlanmasına baxmayaraq onu kənarlaşdırır və yerinə əzəli türk düşməni olan erməni, amansız qaniçən Levon Mirzoyanı təyin edir. 

Onu da qeyd edim ki, Mirzoyan Qazaxıstan KP MK-nın birinci katibi vəzifəsində işlədiyi dövrdə qazax türklərinin kütləvi qırılmasına əmr vermişdi. O dövr 1930-cu illərdə 5 milyon qazax türkü məhv edilib və ya bir parça çörəyə möhtac qoyaraq aclıqdan öldürülüb. 

Belələiklə 10 dekabr 1933-cü il tarixə qədər Azərbaycana rəhbərlik edənlər qeyri azərbaycanlılar olmuşdular.

Təbii ki, bu illər içində, mərkəz içimizdə milli dəyərlərdən uzaq olan, öz tiryəki ilə zəhərlədiyi kadrlar-düşmən toxumları yetişdirməkdə idi. Həmin düşmən kadrları vasitəsi ilə xalqımıza qarşı yeni mərhələdə qırğın törətmək üçün növbəti kadrını Azərbaycana təyin etdi.

Beləliklə adı bizdən olsa da, millətə-millətin düşünən beyinlərinə qənim olan, millətin milli ruhunun inkişafına təsir edə biləcək fikir babaları, milli dəyərlərə bağlı olan, düşünən beyinlərimizi, o cümlədən, Hüseyn Cavid,  Əhməd Cavad, Salman Mümtaz, Mikayıl Müşfiq, Vəli Xuluflu, Yusif Çəmənzəminli, Bəkir Çobanzadə və yüzlərlə vətən oğullarımızı məqsədli olaraq  məhv edən qəddar  bolşevik - Mir Cəfər Bağırov (1933-1953) təyin edildi.

İmperiya məqsədli olaraq Azərbaycanın düşünən beyinlərini, dədə kökə bağlı, milli mənəvi dəyərlərə sadiq olan insanlarımızı məhv etməklə bərabər, paralel olaraq, türk düşməni olan imperiya, yenə də məkrli planlarını icra etməsi üçün içimizdə adı özümüzdən olan böyük bir düşmən toxumu-kadrlar yetişdirməyi daha da intensivləşdirdi. Bu dönəmdə elmlər doktoru adı almaq üçün belə, erməni olan elmi rəhbərinin xahişinə görə dədələrimizin qanı ilə suvarılan Sovet Azərbaycanının -Vətən torpaqlarından müxtəlif adlarla əzəli türk yurdu olan Qərbi Azərbaycanda qurulan sovet Ermənistanına peşkəş çəkən də oldu. 

Yenə qısa bir müddət, 17.02.1954-10.07.1959 cu illərdə Azərbaycan MK-nın rəhbəri olmuş görkəmli alim, akademik İmam Mustafayev Stalinin ölümündən sonra nisbətən  mülayim şəraitdən istifadə edərək Bakı şəhərinin milliləşdirilməsinə cəhd edirdi. Və o da, imperiyanın maraqlarına cavab vermədiyi üçün, 1959-cu ilin iyul ayında "bacarıqsızlıq" bəhanəsi ilə vəzifəsindən azad edilmiş və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvlüyündən çıxarılmışdır.

Naxçıvandan doğan günəş - Heydər Əliyev.

Ən ağır və təhlükəli zamanın burulğanından, özünün fitri istedadı, analitik düşüncə-təhlil etmək qabiliyyəti, zəngin zəkası hesabına formalaşaraq sıravi əməkdaşdan ən yüksək rütbəyə-General rütbəsinə qədər yüksələn Heydər Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyinin rəhbərliyindən Respublikanın Mərkəzi Komitəsinin 1-ci katibliyinə gəldiyi dövrdən DTX-də olduğu kimi ilk olaraq milli kadrların yetişdirilməsi, təhsil məsələlərinin inkişaf etdirilməsini əsas xətt olaraq müəyyən etdi. Hələ DTX-ya rəhbər təyin olunanda barmaqla sayılan azərbaycanlıların saylarını artırmağa nail oldu.

Mərkəzi komitənin katibi kimi fəaliyyəti zamanı, Heydər Əliyev Azərbaycanın şəhər, kənd və qəsəbələrində ümumilikdə 770-ə qədər məktəb binası istifadəyə verilməsinə nail oldu. Respublikada fəaliyyət göstərən ali məktəblərin sayının 12 dən 17-ə qaldırmaqla yanaşı, xeyli sayda məktəbəqədər müəsissələr, peşə təhsili məktəbləri, müxtəlif sahələr üzrə xüsusən də konstruktor sahəsi üzrə dərnəklərin yaradılmasına nail oldu. Bütün bunlarla yanaşı, o zaman üçün mümkünsüz olsa da, Moskvadan güclü təzyiqə baxmayaraq 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında Naxçıvanski adına Hərbi məktəbin də Azərbaycanda qurulmasına nail oldu.

Ulu Öndərin uzaqgörənliklə qəbul elədiyi mühüm qərarlardan biri də, Azərbaycanda vacib tələb olunan ixtisaslar üzrə azərbaycanlıların keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə göndərilməsinə nail olması idi. Bu istiqamətdə rəsmi məlumatlara nəzər salsaq görərik ki, keçmiş SSRİ-nin ümumilikdə 50-dən artıq böyük şəhərinin 170-dən çox ən reytinqli ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15000-dək azərbaycanlı gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yarandı.

Bəli, müdrük strateq çox yaxşı bilirdi ki, zaman gələcək Azərbaycan müstəqil dövlət olacaq. Bunun üçün də Azərbaycan SSR-nin inkişafına nail olmaq və bu istiqamətdə milli kadrların hazırlanması və dayanıqlı kadrların bütün sahələr üzrə yetişdirilməsinin vacib olduğunu yaxşı bilirdi.

Eyni zamanda Ulu öndər onun da şahidi oldu ki, Qorbaçov hakimiyyəti vaxtı onun üzərinə bütün istiqamətdə həmlə edənlər yalnız Qorbaçov və ermənilər olmadı. Əfsuslar olsun ki, onun əleyhinə, hətta onun fiziki məhvinə qədər əl atanların içində özünün vaxtı ilə dayaq olduğu, onun hesabına karyera pillələrini sürətlə qalxan azərbaycanlılar da az deyildi. Yaxşı yadımdaır, ötən əsrin sonlarında Ulu öndər məlum hadisələrdən sonra Moskvadan Vətənə qayıtdığı andan həyatına qarşı sui qəsdlərə cəhd edilmişdi. Azərbaycan parlamentinə Naxçıvandan seçilən deputat Əliyevə qarşı özünü  ayaqlarını yerə döyür, ona qarşı qeyri etik hərəkətlər edirdi. Bir sözlə Ulu Öndər demiş, zamanında onun pencəyini saxlamağı özlərinə şərəf bilənlər ona qarşı qəti - radikal düşmənə çevrildilər. 

Müdrik millət atasının yaşadıqları bir daha göstərdi ki, kadrların savadlı- peşəkar olması ilə bərabər, mütləqdir ki, Vətənə bağlı, Dövlətçiliyə sədaqətli və milli dəyərlərə bağlı olsun.

Elə bu baxımdan Cənab prezident İlham Əliyev kadrları təyin edərkən yerlərdə milli dəyərlərə - dövlətçiliyə bağlı-sadiq olan insanların qabağa çəkilməsini rəhbərlərə tapşırır. Çünki milli dəyərlərə və dövlətçiliyə bağlı olan insan, heç vaxt məkrli xarici qüvvələrə xidmət etməz və xəyanət yolunu tutmaz.

Bəs bu gün, cənab Prezidentin tapşırığına ümumilikdə əməl edirlərmi?

Elə əsas məsələ də budur. Hər kəs anlamalıdır ki, əgər bu gün hər hansı bir dövlət qurumuna kadr seçimi üçün keçirilən imtahandan iddiaçı keçid balı toplayırsa, 2-ci mərhələdə xüsusi komissiya müəyyən məkrli maraqlara görə, onu işə qəbul etmir və əksinə olaraq kiminsə adamı olduğundan, teatrlaşdırılmış səhnəcik quraraq ZUM PROQRAMI  İLƏ MƏSAFƏDƏN seçərək və ya konkret qurumda nəzərdə tutulmasa da, qanunvericiliyə zidd olaraq hər hansı bir Xidməti məruzə ilə yaramaz, təcrübəsiz olmaqla yanaşı qeyd edilən dəyərlərə bağlı olmayanları əmək fəaliyyətinə qəbul edirsə, bunun adı xəyanət deyil?

Əgər bir təşkilata rəhbər təyin olaraq, həmin təşkilatda illərin təcrübəsini qazanmış və həmin istiqamətdə Vətənə təmənnasız xidmət edənləri bir imza ilə işdən kənarlaşdıraraq "öz komandasını" yığan və həmin komandada qeyri peşəkar, Vətənə, Dövlətçiliyə bağlı olmayanları yerləşdirirlərsə, bu Vətənə xəyanət deyil?

Əgər yaramaz birinə sıradan bir işçiyə xüsusi imtiyazlar tanınırsa, onun ətrafındakı illərin peşəkar mütəxəssisləri mənən əzilirsə, bu Vətənə xəyanət deyil?

Əgər bir təşkilatda aparılan daxili strurktur istiqamətləri ölkənin siyasi kursuna ziddirsə, bu Vətənə xəyanət deyil?

Bir təşkilatda aparılan struktur daxili islahatlar ona qədər aparılan islahatlar nəticəsində min bir əziyyətlə əldə edilən  nailiyyətləri darmadağın edirsə, bu Vətənə xəyanət deyil?

Dəfələrlə eşitmişik, cənab prezidentin dövlət məmurlarına "Mən prezident olaraq xalqın xidmətçisiyəm, bəs siz kimsiniz?" müraciətinə məhəl qoymayanlar, Vətənə, Dövlətə, Dövlətçiliyə, Heydər Əliyev siyasətinə xəyanət etmir?

Bu gündə, işğalçı Moskvanın yazdığı və zamanında sapı özümüzdən olan baltalara yazdırdığı saxta tarixlərə istinad edərək bu gün müstəqil Azərbaycanda da, bu xislətə xidmət edərək elmi adlar alınarsa, elmi əsərlər yazılırsa - bu Vətənə xəyanət deyil?

Vətənin şərəfini təmizləyən, işğal altında olan torpaqlarımızı qanı ilə işğalçılardan təmizləyən bir qazinin qanuni hüququ tapdalanarsa, bu Vətənə xəyanət deyil?

Azərbaycanın Dövlət müstəqilliyini həzm edə bilməyən məkrli, xəbis qara qüvvələr, çox əsrlik içimizə səpdikləri satqın toxumları, sapı özümüzdən olan baltaların-5-ci kolonu zaman-zaman aktivləşdirərək daxildən, məqsədli olaraq Dövlətçiliyimizi hədəfə alırlar.

Bəli, Tarixi xronologiyaya qısa nəzər salarkən düşünürəm, sonsuza qədər Allah eləməsin Azərbaycan bir daha 90-ci illərin əvvəli vəziyyətinə qayıtsın. Lakin, milli dəyərlərə, Dövlətçiliyə bağlı olmayan, lap xaricdə ən yüksək reytinqli ali məktəb bitirmiş olan, bir neçə xarici dil bilən olan şəxs Vətənin həmin ölümlü-qalımlı, ağır zamanı olsa, sinəsini Vətən naminə irəli verərmi? Dövlətinin, Dövlətçiliyinin, Prezidentinin yanında qətiyyətlə sona qədər durarmı? ...

Əfəndilər!

Zənnim məni yanıltmırsa 1996-cı ildə qaçqın şəhərciyinin birində qaçqınlarla görüşü zamanı ümummilli lider Heydər Əliyev çıxış edərək insanlarımızın çəkdiyi əziyyəti, dədə - baba torpaqlarından qovularaq bütün mülklərini, dədə-baba məzarlarının düşmən tapdağı altında olduğunu yaxşı başa düşdüyünü, Vətənin bu gün ağır vəziyyətdə olduğunu qeyd etməklə əminliklə bildirmiş, indi çox ağır siyasi proseslərin içində olduğumuzu və heç bir səhvə yol verilməsinə haqqımızın olmadığına diqqət çəkmişdi. Sadə dillə izah edərək bildirmişdi ki, böyük uçurumun üzərindən, bir təpədən digər təpəyə qıldan incə bir körpünün üzərindən keçirik, müdrik siyasətçi körpünü qüsursuz, ağılla keçəndən sonra Azərbaycanın  qüdrətli və dünyada söz sahibinə çevriləcəyini əminliklə bildirdi.

Bəli, Müzəffər Ali Baş komandan müdrik liderdən tarixi estafeti alaraq, həmin yolu qüsursuz keçdi və bu gün Azərbaycan dünyada söz sahibinə çevrilib. 44 günlük şərəfli zəfər savaşından sonra qardaş Türkiyə ilə birgə regionda yeni geosiyasi reallıq yaratdı.

Elə bu yerdə Müzəffər Ali Baş komandanın "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" sözünü xatırladım. Və mən əminəm ki, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan sağlam təməlin üzərində yeni tələblərə cavab verəcək, milli dəyərlərə, dədə kökə bağlı, Türkün tarixi dövlətçilik irsinə uyğun olan, yeni ideoloji xəttə tam keçidin ərəfəsindəyik! 

Dövlətçiliyə xəyanət yolu tutanların isə aqibəti bəllidir. Onlar, tarixin iy verən səhifəsində əbədi olaraq dəmir yumruqla gömüləcəklər. Və onlar unutmasınlar ki, "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir"!

 




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ