İraq Prezidenti İrəvanda səfərdədir. Özü də Bakıda neçə gün qardaşlıq, dostluq bəyanatları səsləndirəndən sonra gedib Ermənistana. Qondarma "soyıqım abidəsi" önündə baş əyib, düşmən ölkə mediasında ermənilər barədə o ki var gözəl fikirlər səsləndirib. Əslində bunda qəribəlik yoxdur. Müstəqil ölkədir, özü bilər, dövləti bilər. Amma... hə bu ƏMMA nələr demir, nələr. Ermənistan elə ölkələrdəndir ki, 30 il müsəlmana zülm edən, müsəlman başını kəsib qanından içən, müsəlman məsçidlərində donuz saxlayan faşist bir ölkədir. Bakıda böyük hörmətlə qarşılanan, ömründə görmədiyi sayğı və rəğbət göstərilən bu İraq Prezidenti guya bilmirdimi ki, dünyanın öndə gələn müsəlman ölkələri - Türkiyə, Pakistan, həttda müsəlman olmayan İsrail dövləti Ermənistanla niyə münasibət saxlamır ya da məsafə saxlayır?? Əla bilirlər. Sadəcə onlar "protokol müsəlmanı"dırlar, başqa heç nə! İrəvanda "soyqırımı abidəsi" kimi qondarma tikili önündə baş əyib, sonra da erməniləri tərif eləmək Bakıda səsləndirdiyin "qardaşlıq şarkısına" düz gəlmir Abdul Lətif əmi...
Mətləb Salahov