“RİA Novosti” xəbər verir ki, bunu Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev deyib. "İrəvan Qərbin rəğbətini qazanmaq üçün əlindən gələni edir. Ermənistan parlamenti hətta Aİ-yə üzvlüklə bağlı rəsmi qərar da qəbul edib", - bu fikirləri Juravlev İrəvanın KTMT-nin maliyyələşdirilməsi ilə bağlı sənədi imzalamaqdan imtina etmək qərarını şərh edərkən dilə gətirib. Xatırladaq ki, daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyi qeyd etmişdi ki, Ermənistan tərəfi KTMT Katibliyinə “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamaqdan və müvafiq olaraq, təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina etməsi barədə rəsmi məlumat verib.
Surxay Əliyev