çərşənbə axşamı günü, 28 iyul 2026
     

Bu gün Azərbaycanda Novruz bayramıdır!

Image


Bu gün Azərbaycanda Novruz bayramıdır. Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqı Novruzu Qələbə sevinci ilə qeyd edir. Artıq suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın hər yerində Novruz bayramı böyük təntənə və Qələbə sevinci ilə keçirilir. Hər bir azərbaycanlı Novruzu bütövləşmiş Azərbaycanın vətəndaşları kimi qürurla, fəxarətlə, sevinclə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyimizin tam bərpasından sonra Novruz tonqalları ölkəmizin hər yerində qalanır.

Bu il Azərbaycana yaz fəsli martın 20-si saat 13:01-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq.

Türklərin ən qədim təbiət bayramı – Novruz

Azərbaycanlıların Novruz, qırğızların Nooruz, özbəklərin Növroz, başqırd türklərinin Nevruz, tatarların Navruz, çuvaşların Naurus, Krım türklərinin Nevrez, Qərbi trakiyalıların Mevris adlandırdıqları bu bayram Şimal yarımkürəsinin bir çox ölkələrində hər ilin mart ayında el bayramı kimi geniş qeyd olunur.

Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər qədimdir. Elmdə Novruzun mənşəyinə dair iki fikir mövcuddur. Birinciyə əsasən, Novruz türklərin ən qədim təbiət bayramı hesab olunur. Çin mənbələrində hunların martın 21-də bahar şənlikləri təşkil etdikləri barədə qeydlərə rast gəlirik. Uyğur türklərinin də müasir adətlərlə eyniyyət təşkil edən yaz mərasimləri olub. Qobustan qayaüstü rəsmlərində isə daha qədim çağlara aid ilin dəyişməsi ayini təsvir olunub. Türklərin “Ərgənəkon” dastanında əski yurda dönüş yazın ilk günü ilə əlaqələndirilir.

İkinci istiqamət əsasən İran əfsanələrindən törəyən mərasimlər toplusudur. XI əsrin yazılı abidələrində, xüsusilə Firdovsinin “Şahnamə”sində “Novruz”dan bəhs edilir. Farslarda məhz bu zamandan sonrakı çağlara aid ədəbiyyatlarda ondan geniş danışılır.

Novruz bayramı Əhəmənilər dövründə eramızdan əvvəl 350-ci ildən qeyd olunsa da, tarixi kökləri zərdüştlükdən əvvələ gedib çıxır. Bayramın bütün əlamətləri — tonqal qalamaq, səməni cücərtmək, Kosa-keçəl tamaşaları, günəşi çağırış, qodu ilə qapıları döymək, umu-küsülüyə son qoymaq, dünyadan köçmüşləri yad etmək, yumurta boyamaq, yumurta döyüşdürmək, yeddi növ nemətdən xonça hazırlamaq, evdə, həyət-bacada təmizlik işləri görmək, ocaqda qazan qaynatmaq, papaq atmaq, bacadan xurcun sallamaq, ocağın başına toplaşmaq, qulaq falına çıxmaq təbiət-insan qarşılaşmasının rituallaşması və bayramlaşmasıdır.

Novruz gününə aparan yol dörd mərhələdən - çərşənbədən keçir

Novruz gününə aparan yol dörd mərhələdən - çərşənbədən keçir. Bunlar Su, Od, Yel və Torpaq çərşənbələridir. Həmin günlərdə, eləcə də bayram günündə hava qaralana yaxın tonqal qalanır, hər kəs onun üzərindən tullanır və söyləyir: “Ağırlığım, uğurluğum burada qalsın”, “Dərdim, bəlam odda yansın”.

Bu bayramın tarixindən bəhs edərkən miflərin rituallaşmasını qeyd etmək yerinə düşər. Kosa-keçəl mifi xüsusi anlam kəsb edir. Qədimdə insanlar hər şeyi kortəbii şəkildə təbiətdən hazır şəkildə götürürdü. Onlar yaz, yay, payız aylarının səmərəsini görür, qışın isə hər şeyi dondurub yoxa çıxardığı qənaətinə gəlirdilər. Deməli, qədim insanların təsəvvüründə qış təbiəti yoxsullaşdırdığı, kosalaşdırdığı üçün düşmən idi. Məhz təbiətin fəlakətlərindən xilas yolları axtarmaları onları rituallara gətirib çıxarıb.

Ritual-mifoloji sistemin aparıcı obrazlarından biri Xızırdır (Xıdır İlyas, Xızır Nəbi). Xızır dirilik, oyanma, bolluq, bərəkət, səadət, xoşbəxtlik gətirən ilahi varlıq statusunu alıb. Bu, türkdilli xalqların, o cümlədən azərbaycanlıların təfəkkürünün məhsuludur. Azərbaycan xalqı müxtəlif funksiyaların daşıyıcısı olan mifik obrazı daha çox xeyirxahlığı ilə fərqləndirib, yardımı əsirgəməyən övliya kimi yaddaşlarda saxlayıb. Lakin son nəticədə ulu ərənlərimiz nəvə-nəticələrinə üz tutub, hər kəsin ancaq özünə güvənməsini tövsiyə ediblər: “Nə dərin suya gir, nə də Xızırı çağır”.

Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi var. Sovet dövründə Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız onu həmişə qeyd etməyə can atıb. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

Dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunan bayram

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində bu bayram UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.

Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, Novruz Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiyada, Yaxın Şərqdə və digər regionlarda qeyd edilir.

Mübaliğəsiz demək olar ki, Novruz bir çox türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır. Bayramınız mübarək olsun!



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Bankı ləğv edilən Mehdiyev nələrdən oldu?..

Rusiya gizli görüşü danır - Belə də Putinin inanılmış adamı müharibədən 2 həftə sonra Bakıya niyə gəlmişdi?

Azərbaycan Türkiyədən S-400 raketlərini almalıdırmı?..

SON XƏBƏRLƏR

27.07.2026 / 23:20
Tərəkəmə/Köçəri mədəniyyətin Başkənd yurd ocaqları və tarixi-coğrafi səciyyəsi...

27.07.2026 / 22:47
Rumıniya bir rus diplomatını ölkədən qovdu, Moskvadakı səfirini isə geri çağırdı…

27.07.2026 / 22:25
Putin Paşinyandan tələb etdi - AİB-lə bağlı referendumu mümkün qədər tez keçirin…

27.07.2026 / 22:08
Bakının maliyyələşmə təklifinə ciddi baxmasa, Avropa qışda qaz tapmayacaq - anbarlar boşdur...

27.07.2026 / 21:51
Xəzərdə müharibə gedir - İran Avropanı və Ukraynanı hədələdi...

27.07.2026 / 21:36
Rusiya Ermənistanı tam çökdürür, fermerlərin narazılığı artır...

27.07.2026 / 21:22
Səfir ABŞ-ın İrana qarşı quru əməliyyat planını (?) açdı...

27.07.2026 / 21:20
Husilər Səudiyyənin neft zavodlarını məhv edəcəklərini açıqladı...

27.07.2026 / 21:09
Ermənistan şirkətləri də faktiki olaraq geosiyasi vəziyyətin girovuna çevriliblər...

27.07.2026 / 21:03
Husilər Səudiyyənin liman şəhərində neft obyektlərini bombaladı…

27.07.2026 / 20:55
Ermənistanın yeni enerji dəhlizi ABŞ və Rusiyanın xoşuna gələcəkmi...

27.07.2026 / 20:40
BMT və NATO-da Rusiyaya qarşı 2 gediş - Putin hələ də Trampı “tumarlayır”... niyə?

27.07.2026 / 20:27
Moldova separatçı Dnestryanı problemini su və Ukrayna vasitəsilə həll etməyə çalışır

27.07.2026 / 20:18
Zelenski İranla münasibətlərin pisləşməsinə münasibət bildirdi – birinci onlar bizə hücum edib…

27.07.2026 / 20:10
ABŞ İranda yenidən iğtişaşlar yaratmaq istəyir

27.07.2026 / 19:56
Neft sənayesinə zərbələr və Ukrayna ssenarisi: ruslar Qazaxıstanı seçim qarşısında qoyur...

27.07.2026 / 19:40
Ukrayna səfiri Hindistan Xarici İşlər Nazirliyinə çağırıldı

27.07.2026 / 19:26
Tramp və İrandan ziddiyyətli açıqlamalar – biri “danışıqlar aparırıq” deyir, digəri “heç bir danışıq aparılmır” deyir…

27.07.2026 / 19:11
Fransa səfiri İran XİN-ə çağırıldı - üzr istəməlisiniz…

27.07.2026 / 18:53
34 yaşlı xanım baş direktor Putinin ən böyük kabusu oldu – HHM sistemləri çökdü, Kremlin bütün planları alt–üst oldu…

27.07.2026 / 18:30
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxış edib

27.07.2026 / 18:02
Ermənistanın eks-ombudsmanı TRİPP-i aparıb Bjezinskiyə bağladı

27.07.2026 / 17:45
Zelenski Britaniyada dron zavodu qurmaq fikrindədir

27.07.2026 / 17:38
Üç düşmən ölkə Türkiyəyə qarşı ittifaq qurdu - “Axilles qalxanı”...

27.07.2026 / 17:10
ABŞ vitse-prezidenti İran kampaniyasının genişlənməsindən niyə narahatdır?..

27.07.2026 / 17:03
Lerikdə saxlanan şübhəli şəxsin maşınından 9 kq narkotik çıxdı - VİDEO

27.07.2026 / 16:55
Tramp Netanyahu ilə görüşdən imtina etdi - "İsrail ABŞ-ın planını pozur" iddiaları...

27.07.2026 / 16:48
Maşını cərimə meydançasına aparılan sürücülərə ödənilən pul bu hallarda geri qaytarılacaq...

27.07.2026 / 16:38
MEDİA-dan İranın AzTV qərarına sərt reaksiya - "Səhər" TV və "Mehr"in Azərbaycanda fəaliyyəti qanunsuz elan edildi

27.07.2026 / 16:32
Türkiyənin turizmi ABŞ-da nüfuzlu mükafatlar qazandı

27.07.2026 / 16:27
“Sərdarı, Bünyadı var” - sovetin ideoloji qalıqları olan mahnılar...

27.07.2026 / 15:56
Qazaxıstan prezidentinin Putinə "ana mesajı" - "vasitəçilik ermək istəmirəm, müharibəni özünüz dayandırın"...

27.07.2026 / 15:37
ABŞ Mərkəz komandanlığı Trampın İran əməliyyatlarına qarşı çıxdı...

27.07.2026 / 15:25
Ukrayna donanması rəsmən NATO strukturuna daxil edildi...

27.07.2026 / 15:10
Ukrayna Udmurtiyada Rosrezerv neft bazasını vurdu…

27.07.2026 / 14:52
Avropanın böyük ölkələrinin Aİ-ni ələ keçirmək planı… Gürcü spiker üsyan etdi – “artıq üzvlüyün nə mənası var?”

27.07.2026 / 14:26
İran ABŞ-a açıq bir mesaj göndərdi - buna icazə vermədik və verməyəcəyik…

27.07.2026 / 14:11
Hörmüz boğazında gecə gərginliyi - İran 6 gəmini saxladı, biri qəzaya uğradı...

27.07.2026 / 13:47
Husilər Səudiyyənin neft zavodlarını məhv edəcəklərini açıqladı...

27.07.2026 / 13:39
Prezident Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzaladı

27.07.2026 / 13:33
İstanbul şəhərinə yeni baş konsul təyin edildi

27.07.2026 / 13:31
Azərbaycanın Qars şəhərindəki baş konsulu dəyişdi

27.07.2026 / 13:29
Azərbaycanın İstanbuldakı baş konsulu geri çağırıldı

27.07.2026 / 13:11
Tramp İranla bağlı üç mümkün ssenarini nəzərdən keçirir...

27.07.2026 / 12:57
Laçında bir tondan çox çətənə kolu məhv edildi

27.07.2026 / 12:43
Ukrayna Rostovda ixrac terminalını, Yaroslavl və Udmurtiyada neft obyektlərini vurdu - VİDEO

27.07.2026 / 12:11
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı ilə bağlı qalmaqal – Pentaqon sayı azaltdı...

27.07.2026 / 11:57
Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

27.07.2026 / 11:43
İki gündə 76 cinayətin üstü açıldı, 57 şübhəli saxlandı...

27.07.2026 / 11:38
Putin orduya vur emri verdi – bunu edən ölkələr Rusiya ordusu ilə qarşılaşacaq...

27.07.2026 / 11:25
Ağdamın Kəngərli və Papravənd kəndlərində baş verən yanğınlar söndürüldü

27.07.2026 / 11:12
Azərbaycanın dövlət borcu açıqlandı

27.07.2026 / 11:04
ChatGPT-in böyük təhlükəsi ortaya çıxdı - istifadəçilərə bioloji silahların necə yaradıldığını öyrədir...

27.07.2026 / 10:23
İrandan Ukraynaya təhdid - gəmiyə hücumun qisası alınacaq...

27.07.2026 / 10:03
ABŞ İsraildən ordusunu Qəzza, Suriya və Livandan çıxarmasını tələb etdi...

27.07.2026 / 09:55
DİM magistraturaya ixtisas seçiminin vaxtını uzatdı

27.07.2026 / 09:29
Moskva və Dəməşq Suriyadakı rus bazalarının gələcək taleyini müzakirə edir...

27.07.2026 / 09:10
Türkiyədə hakim partiyanın üzvü, oğlu və qardaşı oğlu güllələndi

27.07.2026 / 07:46
Konqo Demokratik Respublikasında ölü sayı 1405-ə çatdı - Eboladan…

27.07.2026 / 07:22
Rəsmi Bakının iradəsi Qüds Erməni Patriarxlığını özündən çıxardı

27.07.2026 / 07:04
Hindistanda “Tarakanlar partiyası” qalib gəldi - nazir istefa verdi

27.07.2026 / 06:44
Tramp deyilənləri inkar edir - “ehtiyac duyduğumuzdan daha çox sursatımız var”

26.07.2026 / 20:17
ABŞ İranda "hərbi tarixdə ən mürəkkəb əməliyyata" hazırlaşır – ŞOK DETALLAR...

26.07.2026 / 19:25
Rusiya Ukraynanın Sulina limanında Türkiyə gəmisini vurdu...

26.07.2026 / 19:12
Rusiya səfiri dron hücumlarına görə Rumıniya XİN-ə çağırıldı...

26.07.2026 / 18:55
Trampın çox təriflədiyi baş nazirdən məyusedici açıqlama – ABŞ-la üz-üzə gələ bilərik...

26.07.2026 / 18:32
Rusiya Ukrayna ordusunun baş komandanı Drapatini "qanuni hədəf" elan etdi...

26.07.2026 / 18:16
İran ABŞ-ı Yaxın Şərqdə müharibəni genişləndirməklə hədələdi...

26.07.2026 / 17:47
ABŞ Ukraynaya xəbərdarlıq etdi - Qara dənizdə Rusiyaya aid olmayan tankerləri vurmayın!..

26.07.2026 / 17:39
ABŞ Türkiyəyə F-35 verməkdən imtina edir... Dövlət Departamenti Konqresə məktub göndərdi - mümkün deyil...

26.07.2026 / 17:14
Berlində qanlı olay - naməlum şəxs avtomobillə LGBT paradına hücum etdi

26.07.2026 / 16:30
Yəmən husiləri Türkiyənin "Bayraktar Akıncı" PUA-sını vurdu...

26.07.2026 / 16:16
Hörmüz boğazında partlayış - neft tankeri minaya düşdü...

26.07.2026 / 15:12
ÖZÜNƏMƏXSUSLUQ

26.07.2026 / 15:00
Rumıniyanın hava məkanını pozan daha bir Rusiya PUA-sı vuruldu - üç gündə üç dron...

26.07.2026 / 14:29
ABŞ raket çatışmazlığı təhlükəsi ilə üzləşdi - İrana qarşı hücumlar dayandırılır...

26.07.2026 / 14:10
Ermənistanın pendir ixracı da təhlükə ilə üzləşdi - Rusiya idxalı dayandırsa ölkə gəlirlərin 80 fazini itirəcək...

26.07.2026 / 13:44
İran Hörmüzdən keçməyə çalışan altı gəmiyə atəş açdı...

26.07.2026 / 12:49
İran 200-dən çox Amerika əsgərinin öldürüldüyünü iddia etdi...

26.07.2026 / 12:24
Ukraynanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı...

26.07.2026 / 11:50
Ermənistan güləşçiləri dünya çempionatında iştirak etmək üçün Bakıya gəldi

Süni intellekt texnologiyaları təhsil proqramlarına necə inteqrasiya olunur...

XƏBƏR ARXİVİ