Azərbaycanla “sülh müqaviləsi” layihəsinin mətninin təsdiq edildiyini elan etməklə hakimiyyət sülh gətirdiyinə dair yalan təbliğat aparmağa cəhd edir, lakin hətta “Mülki müqavilə”nın üzvləri də etiraf edirlər ki, kabus hələ qarşıdadır. Bu barədə “Hraparak” qəzeti yazır. Qəzet qeyd edir ki,“Fakt budur ki,İlham Əliyev nə dəhliz məsələsindən, nə Konstitusiyanın dəyişdirilməsindən, nə azərbaycanlıların Ermənistana, nə də anklavlara köçürülməsindən əl çəkmir. “Mülki müqavilə”nın son qapalı iclaslarından birində Nikol Paşinyan komandasına bildirib ki, Əliyev Tiqranaşenə, eləcə də Tavuşda ona “məxsus” olan üç əraziyə, o cümlədən Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun bir hissəsinə iddia edir. Bu yerdə “Yerkrapah” təşkilatının sədri, KP İdarə Heyətinin üzvü Sasun Mikaelyan qapalı iclasda Paşinyana sual verib: “Tiqranaşeni Artsvaşenlə əvəz etmək olmazmı? Aydındır ki, Tiqranaşenin alınması ilə Syunik və Vayots Dzorla Ermənistanın qalan hissəsinin əlaqəsi kəsiləcək”. Paşinyan bu sualdan qəzəblənib: “Siz məni cinayətə sövq edirsiniz? Mən Ermənistan Respublikasına məxsus ərazi ilə bağlı birtərəfli qərar qəbul edib öz imzamla Artsvaşeni Azərbaycanın tərkibinə necə tərk edə bilərəm?
Qeyd edək ki,bu gün ermənilərin Tiqranaşen adlandırıb qaytarmaq istəmədikləri kənd - Kərki kəndi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidindəki kənd kimi,Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir. Hansı ki,bu kənd 19 yanvar 1990-cı ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.
Surxay Əliyev