Azərbaycanla İsrail arasında qarşılıqlı fəaliyyət uzun tarixə malikdir, onlar arasında sıx əlaqələr qurulub və həmçinin İsrailin ABŞ-dakı ciddi təsirini nəzərə alaraq, Bakının da iştirakı ilə bu əməkdaşlığın üçtərəfli formata çevrilməsinə cəhdlər edilir. Bunu Amerikanın Lehiq Universitetinin professoru, politoloq Arman Qriqoryan “Ermənistan xəbərləri” – NEWS.am-ın müxbiri ilə söhbətində deyib. Erməni politoloq bunu Ermənistan üçün son dərəcə arzuolunmaz ssenari adlandırıb, xüsusən də belə əməkdaşlıq regional sabitliyin bərqərar edilməsinə deyil, İrana təzyiq və ya bu ölkəyə zərbə endirilməsinə yönəlib. Qriqoryan bir daha bunun Ermənistanın maraqlarına cavab vermədiyini bildirib. Ekspert “The Jerusalem Post” qəzetində dərc olunan məqaləyə işarə edərək, onu vacib və maraqlı adlandırıb. O xatırladıb ki, orada Trampın müşavirinin Azərbaycana səfərinin ABŞ, İsrail və Azərbaycan arasında koalisiyanın yaradılmasında, eləcə də Bakının İbrahim sazişinə daxil edilməsində maraqlı olan İsrailin baş naziri və yəhudi dövlətinin dini qrupun liderləri tərəfindən təşəbbüs edildiyi bildirilir. Qriqoryan əlavə edib ki, İranda yaşayan azərbaycanlılarla bağlı məsələ də vaxtaşırı gündəmə gətirilərək orada Azərbaycan separatizmini qızışdırmağa cəhd edilir. “Və bu kontekstdə Azərbaycanla da danışıqlar aparıla bilər”, - deyə politoloq vurğulayıb. O, bunların indi real görünməyən uzaq planlar olduğunu da istisna etməyib.
Surxay Əliyev