Azərbaycan beynəlxalq öhdəliklərinə uyğun olaraq ədalətli məhkəmə hüququnu və erməni məhbusların normal saxlanma şəraitini təmin etməlidir. Bu barədə Armenpress-ə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Anita Hipper məlumat verib. “Biz bilirik ki, Ermənistan hökuməti və bir sıra insan haqları təşkilatları təqsirləndirilən şəxslərin pis rəftara məruz qalmasından narahat olduqlarını bildiriblər. Biz bu narahatlıqları çox ciddi qəbul edirik və hadisələri yaxından izləyirik. Azərbaycan hakimiyyəti pis rəftarla bağlı bütün iddiaları operativ və qərəzsiz araşdırmalı və bu təsdiqlənərsə, günahkarları məsuliyyətə cəlb etməlidir. Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesləri Ermənistanla Azərbaycan arasında sabit və davamlı sülhün bərqərar olması ilə bağlı daha geniş məsələyə aiddir. “Buna görə də biz Ermənistan və Azərbaycanı artıq əldə edilmiş uğurlara əsaslanmağa və münasibətlərin tam normallaşması istiqamətində irəliləməyə davam etməyə çağırmaqda davam edirik”, - deyən Anita Hipper əlavə edib ki, Avropa İttifaqı bu prosesi bütün alətləri ilə dəstəkləməyə davam edəcək.
Görünən budur ki,daim ağa-qara,qaraya-ağ deyən Aİ heç vaxt haq yoluna gəlməyəcək.
Surxay Əliyev