Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici Azərbaycanla bağlı açıqlama yayıb. Partiya lideri bildirib ki, Ermənistan Türkiyə və Azərbaycana qarşı düşmənçilikdən əl çəkməlidir. "Ölkəmizə qarşı ərazi iddiaları ilə uydurma soyqırım tezisini səsləndirən ermənilər bu mövqedən imtina ermədikcə Türkiyə-Ermənistan əlaqələri normallaşa bilməz." Onun sözlərinə görə, əgər rəsmi İrəvan regionda münasibətlərin normallaşmasını və sərhədlərin açılmasını istəyirsə və Ankara ilə dialoqun inkişafında maraqlıdırsa, bunun yolu Azərbaycanla imzalayacağı sülh müqaviləsindən keçir.
Mətləb