Rusiya ordusu heç bir beynəlxalq humanitar hüquqa məhəl qoymur. Belə ki,ruslar yenə bir qrup ukraynalı əsiri edam ediblər. Bir sözlə bu cür hallar davamlı xarakter alıb. Sosial şəbəkələrdə ruslar tərəfindən əsir götürülən silahsız ukraynalı hərbçilərin edamını əks etdirən daha bir video yayılıb. Bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Dmitri Lubineç məlumat verib. Ukraynalı deputat qeyd edib ki,yayımlanan videoda azı 5 hərbi əsirinin öldürüldüyü göstərilir. Biz hər dəfə Rusiya ordusunun beynəlxalq humanitar hüquqa həyasızcasına məhəl qoymamasının şahidi oluruq.
Surxay Əliyev