Ukrayna ABŞ-ın bizimlə və avropalı tərəfdaşlarımızla birgə işləməyə hazır olduğunun aydın şəkildə nümayiş etdirdi. Bu barədə Prezident Aparatının rəhbəri Andrey Yermak Telegram kanalında məlumat verib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanında aparılan danışıqlar zamanı ABŞ Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün çalışmaq niyyətini nümayiş etdirdi. "Biz Prezident Donald Trampın, Konqresin və Amerika xalqının dəstəyini yüksək qiymətləndiririk. Məhz ABŞ Rusiyanı ədalətli şərtlərlə danışıqlar masası arxasına oturmağa məcbur etmək üçün bütün rıçaqlara malikdir. Biz onların avropalı tərəfdaşlarımızla birlikdə bizimlə birgə işləməyə hazır olduqlarına bird aha əmin olduq ", - deyə Yermak vurğulayıb.
Surxay Əliyev