Bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitiklərinin hesabatında deyilir. ABŞ və Ukrayna martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən görüşdə Rusiyanın razılığı əsasında Ukraynada 30 günlük atəşkəs barədə razılığa gəliblər. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Moskva bu təkliflə “mümkün qədər tez” razılaşmalıdır. Analitiklər Rusiyanın radikal qruplarının və bəzi rəsmilərin qəti şəkildə atəşkəs əleyhinə çıxış etdiklərini qeyd edirlər.Dövlətin nəzarətində olan KİV-lər isə “Rusiya ağıllı hərəkət etməlidir” fikrini bölüşür
Dövlət Duması bəyan edib ki, 30 günlük atəşkəs Ukraynanın yenidən silahlanmasına və qruplaşmasına imkan verəcək, ona görə də Rusiya bununla razılaşmamalıdır. “Kreml atəşkəs təklifinə rəsmi cavab verməyib və Rusiyanın dövlət mediası Rusiyanın ABŞ-Rusiya ikitərəfli danışıqları ilə bağlı ilkin rəsmi açıqlamalarını atəşkəs təklifinə cavab kimi qələmə verməyə cəhd edib”. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın martın 11-də günortadan sonra Moskvanın yaxın bir neçə gün ərzində ABŞ nümayəndələri ilə mümkün təmasları istisna etmədiyini bildirən bəyanatı yayımlanıb. Rusiya Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin üzvü Mixail Şeremet birgə bəyanat yayımlanmamışdan əvvəl Rusiyanın Ukraynada nizamlanmada maraqlı olduğunu, lakin aldadılmağa imkan verməyəcəklərini bildirib. Bundan əvvəl jurnalist Vitali Portnikov bildirib ki, Rusiya atəşkəslə razılaşmasa, ABŞ prezidenti Donald Tramp Ukraynanı silahlandırmalı olacaq.
Surxay Əliyev