Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi ictimai Birliyində yeniliklər baş verib. Belə ki, qurum Ədliyyə Nazirliyinin Qeyri Kommersiya Təşkilatlarının Reyestirində yenidən qeydiyyatdan keçib. Artıq təşkilatda yeni sədr, yeni idarə heyətinin üzvləri seçilib. Bundan öncə qurumun qanuni təmsilçisi yazıçı Çingiz Abdullayev idisə, artıq son dəyişikliklərdən sonra bu vəzifəyə Rasim Məmmədov təyin olunub. İndi qurumu o təmsil edir. Bundan başqa, İdarə heyətinin tərkibində və say həddində də dəyişiklik edilib. Bundan öncəki İdarə heyəti 15 nəfərdən ibarət idisə, yeni heyətdə 13 nəfər təmsil olunur.
Namiq