İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Krausun vəzifəsinin icrasına başlayacağı tarix məlum olub. Bu barədə “Azerbaijani-Israeli Alliance Global News”a diplomatik mənbədən bildirilib. “İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Kraus iyulun 28-də rəsmi olaraq vəzifəsinin icrasına başlamaq üçün Bakıya gələcək”, – portalın sosial şəbəkə hesabında qeyd olunub.
Mətləb Salahov