Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasının yekunlarına həsr olunmuş brifinqdə Prezident İlham Əliyevin Ankaraya səfərinin yekunlarını şərh edib. Türkiyə lideri bəyan edib ki, Prezident İlham Əliyevlə danışıqlar zamanı digər məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında sülh danışıqları mövzusunu da müzakirə edib.
SİTAT: “Prezident İlham Əliyevin martın 5-də səfəri zamanı biz muxtar respublikanı azı 30 il qazla tam təmin edəcək İğdır-Naxçıvan qaz kəmərinin açılışında iştirak etdik”, - deyə o, bəhs edib.
Onun sözlərinə görə, “qardaş İlham Əliyevlə bir çox mühüm mövzuları, xüsusən də Ermənistanla sülh danışıqları məsələsini müzakirə etmək” imkanı da olub.