Türkiyə Suriyadakı vəziyyətin sülh yolu ilə həllinin tərəfdarıdır və ölkənin ərazi bölünməsi cəhdlərinə qarşıdır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasından sonra çıxışı zamanı deyib. Türkiyə liderinin sözlərinə görə, Suriya hökumət qüvvələrinin effektiv müdaxiləsi sayəsində yerlərdə vəziyyət gərgin olaraq qalsa da, əsasən nəzarət altındadır. Ankara vəziyyəti tez bir zamanda aradan qaldırmaq üçün Suriya hakimiyyətinə dəstək verir. “Biz İraqda, Suriyada, Livanda və ya regionun digər ölkələrində insanları mənşəyinə, dininə, məzhəbinə görə ayırmırıq”, - deyə Ərdoğan vurğulayıb. Bununla yanaşı Türkiyə prezidenti Suriya lideri Əhməd əl-Şaranın mötədil mövqeyini və qanunu pozanları məsuliyyətə cəlb etmək istəyini alqışlayıb. “Biz heç vaxt Suriyada kadastr mühəndisliyinə razılıq verməyəcəyik, necə ki, ölkəmizdə belə əməliyyatların aparılmasına icazə verməmişik”. Avropa İttifaqı ilə əlaqələrə toxunan Ərdoğan qeyd edib ki, Türkiyə tamhüquqlu üzvlük perspektivi ilə əməkdaşlığı inkişaf etdirməyə çalışır. “Biz istəyirik ki, avropalı dostlarımız dəyişmiş dünyada yeni Türkiyənin rolunu başa düşsünlər və öz strategiyalarını buna uyğun müəyyənləşdirsinlər. Xatırladırıq ki, Türkiyə körpüdən əvvəl son çıxışdır”, - deyə prezident bildirib.
Ərdoğan müasir beynəlxalq sistemi də tənqid edib: “Qaydalar və qanunlar üzərində qurulduğu deyilən qlobal sistem dağılma mərhələsinə qədəm qoyub. “Beynəlxalq nizama ən çox ziyan vuranlar isə bu sistemin qurucularıdır”. İqtisadi vəziyyətdən də danışan Ərdoğan inflyasiyanın bundan sonra da birrəqəmli səviyyəyə qədər azalacağına əminliyini ifadə edib. “Milli gəlirimiz 1,3 trilyon dolları ötüb, adambaşına düşən gəlirimiz isə 15 min dollardır.Düşünürəm ki, İnvestisiya və ixrac küləyi cəlb edərək daha güclü artım nümayiş etdirəcəyik”, - deyə Türkiyə lideri yekunlaşdırıb. Surxay Əiyev