Suriya hökumət qüvvələrinin effektiv “müdaxiləsi” sayəsində hadisələr əsasən nəzarət altına alınıb, lakin bəzi yerlərdə vəziyyət həssas olaraq qalır. Yerli mətbuat xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Biz Suriya hakimiyyətinə kömək edirik ki, onlar gərgin atmosferi tez bir zamanda aradan qaldıra bilsinlər. Suriya prezidenti Əhməd Şaarın mötədill və əmin mesajları, habelə qanunu pozanların cəzalandırılacağına dair qətiyyəti xoş qarşılanır. Biz nə İraqda, nə Suriyada, nə Livanda, nə də regionun digər ölkələrində insanları mənşəyinə, dininə, məzhəbinə görə ayırmırıq, necə ki, öz ölkəmiz ərazisində belə əməliyyatların aparılmasına imkan verməmişik.
Surxay Əliyev