ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem bu həftə Rusiyaya qarşı sanksiyalarla bağlı yeni qanun layihəsini təqdim edəcəyini açıqlayıb. "European Pravda"nın verdiyi xəbərə görə, senatorun bu bəyanatını "Amerikanın səsi" yayıb. Qremın sözlərinə görə, sanksiyalar Rusiyanın bank sektoruna və enerjisinə təsir edəcək. O əlavə edib ki, qanun layihəsi “onları yəni Rusiyanı danışıqlar masası arxasına keçməyə təşviq etmək” üçün nəzərdə tutulub. "Əgər onlar administrasiya ilə atəşkəs və sülh danışıqlarına razı olmasalar, biz onlara qarşı cəhənnəm sanksiyaları tətbiq etməliyik və mən gələn həftə bununla bağlı qanunvericilik aktı təqdim edəcəyəm" deyə Qrem qeyd edib. Xatırladaq ki, cümə günü ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiyanı sülh sazişi üzrə danışıqlara başlamağa məcbur etmək üçün Rusiyaya qarşı ABŞ-ın daha geniş sanksiyalarının tətbiqini gündəmə gətirib. Daha sonra Reuters xəbər verdi ki, ABŞ Moskvanın Ukraynadakı müharibəni dayandırmağa razılaşacağı təqdirdə bu Vaşinqtona məhdudiyyətləri tez bir zamanda aradan qaldırmağa imkan verəcək.Və ABŞ daha geniş planın bir hissəsi kimi Rusiyanın enerji sektoruna qarşı sanksiyaları yumşaltmağın yollarını araşdırır.
Surxay Əliyev