Deyəsən Kanada və ABŞ arasındakı gərginlik yenə davam edəcək. Məsələ burasındadır ki, Kanadanın hakim Liberal Partiyasının yeni lideri və gələcək baş nazir Mark Karni ABŞ-la ticarət müharibəsində Kanadanın qalib gələcəyini əmin olduğunu deyib. O, ABŞ prezidenti Donald Trampla qarşıdurmanın fövqəladə səylər tələb edəcəyi barədə xəbərdarlıq etməklə yanaşı, Vaşinqtonun tələblərinə boyun əyməyəcəklərini də dilə gətirib.
Xarici medianın yazdığına görə, o, öz tərəfdarlarına müraciətində "Kanada heç vaxt, heç bir şəkildə Amerikanın bir hissəsi olmayacaq" deyib. Karni bildirib ki, o, Kanadanın Birləşmiş Ştatlara tətbiq etdiyi əks-tarifləri “amerikalılar bizə hörmət göstərənə və azad və ədalətli ticarətlə bağlı etibarlı öhdəliklər götürənə qədər” davam etdirəcək.
Mətləb Salahov