CNN telekanalı öz mənbələrə istinadla yeni məlumat yayıb. Telekanalın iddiasına görə, Rusiya və ABŞ arasında danışıqların yeni mərhələsi bu həftə Səudiyyə Ərəbistanında baş tuta bilər. Məlumata görə, Amerika administrasiyasının nümayəndələri yaxın günlərdə həm Ukrayna, həm də Rusiya rəsmiləri ilə görüşlər keçirəcəklər. Danışıqlarda konkret kimin iştirak edəcəyi açıqlanmır.
Bir nüansı vurğulayaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Səudiyyə Ərəbistanında danışıqların aparılacağını və bunun nəticəsində Ukrayna münaqişəsinin həllində “böyük irəliləyiş”in gözlənildiyini elan etmişdi.
Mətləb Salahov