çərşənbə günü, 07 oktyabr 2026
     

“Onun yoxluğu ilə barışa bilmirəm”- Tanınmış aparıcı Jalə Əsgərova

Image


Onu hər kəs tanıyır. Hər gün efirlərimizi bəzəyir. Hər gün canlı efirdə olmaq onu yormur. Ulusal.az saytının budəfəki müsahibi daima üzündə gülüş olan, tanınmış teleaparıcı, jurnalist, bir sıra layihələrin müəllifi Jalə Əsgərovadır. Onu müsahibə verməyə razı salmaq o qədər asan deyil. Daima efirlərdə olsa da, Jalə xanım saytlara, televiziyalara müsahibədən qaçan tanınmışlardandır.

– Jalə xanım, illərdir ki, televiziya sahəsində çalışırsınız. İlk gəldiyinizdə nə gördünüz? Bu illərdə özünüzdə və çalışdığınız yerlərdə nələri dəyişmək istərdiniz və ya dəyişə bildiniz?

– ATV-də çalışdığım ilk illərdə böyük rəqabət gördüm. Amma sağlam rəqabət idi. Güclü jurnalist ordusu sıralarında qalmaq üçün təkcə çalışmaq az idi, həm də vuruşmalı idin. Çalışdım-vuruşdum. Əvvəlcə özümü dəyişdim. Bu işdə bir-birimizə dəstək olan çox mehriban ATV komandası var idi. Amma istər-istəməz televiziya fəaliyyəti dünyagörüşü çox dəyişir. Ölkənin və dünyanın informasiya mərkəzindəsən. Az qala günün 24 saatı informasiya alırsan, analiz edib tamaşaçıya ötürürsən. Hər oxuduğun xəbər də sənə təsir edir. Yorulmadan işləməkdən zövq almaq çox az peşə sahiblərində olur. Əksər vaxtlar insanlar yalnız maliyyə müqabilində işinə həvəslə yanaşırlar. Amma bizim fərqimiz isə odur ki, sevdiyimiz işdən pul qazanmışıq. “Nəyi dəyişə bildim?” sualına cavabım isə mücərrəddir. Çünki bir insan ki, özünü az da olsa dəyişə bilibsə, deməli, mütləq şəkildə nəyisə də dəyişib….

– Kifayət qədər tanınan aparıcılardan biri olsanız da, müsahibələrdən qaçırsınız…Jalə xanım niyə müsahibə verməkdən çəkinirsiniz?.
– Çətin sual oldu. Çünki özümü tanıtmaqdan hər zaman qaçmışam, gördüyüm işin şəxsi təqdimatında maraqlı olmamışam. Amma jurnalistlər sualdan qaçan müsahibləri sevmirlər. Ona görə də qeyd edim ki, Azərbaycan Dillər Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsini bitirmişəm. İlk əmək fəaliyyətimə “Azad Azərbaycan” (ATV) televiziyasının “Xəbərlər” proqramında müxbir kimi başladım və aparıcı, redaktor, analitik və araşdırmaçı jurnalist kimi davam etmişəm. Daha sonra Azərbaycan Televiziyasının (AZTV) “Xəbərlər” studiyasında şef-redaktor, hazırda isə “İctimai-siyasi proqramlar” studiyasında analitik verilişlərin aparıcısı kimi fəaliyyətim davam edir. İctimai həyatda dövlət televiziyasının aparıcı-jurnalisti kimi təqdimatın arxasında, əlbəttə ki, böyük məsuliyyət, yaradıcı fəaliyyət və keçdiyim bir yol dayanır. 20 il fasiləsiz televiziyanın müxtəlif sahələrində çalışmaq, çətinliklərinə rəğmən sözünü demiş aparıcı-jurnalistlərin sırasında olmaq, görkəmli həmkarlarla çiyin-çiyinə çalışmaq şərəfli və qürurludur. Çünki dediyin hər bir kəlmənin ictimai rəyə təsir göstərə biləcəyindən, müzakirə obyektinə çevriləcəyindən ehtiyatlanmalısan. Adi həyatda isə əslində sadəliyi və səmimiliyi çox sevirəm. Amma çox zaman səmimiyyətdən sui-istifadə ilə qarşılaşmağın əziyyətini də yaşayıram. Bəzən gördüyüm işləri reklam etməyi xoşlamıram. Ümumiyyətlə bu günə qədər müsahibələrdən də qaçıram. Bəlkə də bu mənim qüsurumdur. Amma nəzərə alın ki, mənim işlərim çoxluğu da soail platformalarda aktiv olmağımın qarşısını alır. Hər gün davamlı olaraq efirdə olmaq, yazıları yazmaq , onu redaktə etmək zaman alır. Məhz bu səbəbdən müsahibələrdən qaçağam.

image-2

– Özünüzdə qeyd etdiniz ki, 20 ildən artıqdır ki, bu sahədə çalışırsınız. Efir adamı hər zaman diqqət mərkəzində olur. Həm də efir adamı daima mütaliə etməlidir. Jalə xanım bu gün hansı yazıçıların əsərlərini oxuyur?
– Söz və yazı mənə görə həyat fəlsəfəsidir. İnsanın ruhunu alovlandıran, əhvalını dəyişən, hətta bəzi hallarda talelərə təsir dairəsidir. Şeir dinləməkdən zövq alıram, şeir səsləndirmək isə hobbimdir. Məktəb illərimdə Xalq şairi Nəbi Xəzrinin “Dəniz, Göy, Məhəbbət” şerini səsləndirməklə Respublika birinciləri sırasında olmuşam. Xoşbəxtəm ki, elə Nəbi Xəzri tərəfindən mükafatlandırılmışam… Mənə görə, klassika hər zaman dəbdədir. Bədii ədəbiyyata sevgim isə rəhmətlik babamın zəngin kitabxanasındakı “Xəmsə”dən başlayıb. Sonuncu oxuduğum kitab “Ovod”dur. Təkrar mütaliə etdim. Hazırda görkəmli yazıçı Mir Cəlal Paşayevin “İnsanlıq fəlsəfəsi”ni oxuyuram. Onu da etiraf edim ki, bir qədər xəbər və siyasi analiz yaradıcı ruhumun istiqamətini dəyişib. Hazırda stolüstü kitablarım geosiyasi çağırışları əks etdirən Zbiqnev Bjezinskinin “Böyük şahmat taxtası”, Henri Kissincerin “Dünya nizamı”dır. Xalq şairi Nəriman Həsənzadə ilə tez-tez görüşlərimiz olur. Gənc yazarlardan isə Ramil Əhməd dostumuzdur, dəst-xəttini bəyənirəm, fikir mübadiləsi aparırıq.

– ⁠Jalə xanım hər gün efirdə olursunuz. Sizi hər gün efirlərdə milyonlarla tamaşaçı izləyir. Həm yaşlı, həm orta nəslin nümayəndələri, həm də gənclərin sevimli aparıcılarından birisiniz. Bu gün illərin peşəkar aparıcısı olan Jalə xanım gənclərə hansı tövsiyyələr verə bilər?

– Mənim efirdə qonaqlarım içərisində mütamadi olaraq gənclər də olur. Bu gün bizim olduqca savadlı, intellektual gənclərimiz var. Bəzən mən də gənclərimizdən nəsə öyrənməyə çalışıram. Hesab edirəm ki, gənclərimiz hər zaman mütaliə etməlidir. Mən gənclərimizə tövsiyyə edərdim ki, beşinci sənaye dövrünün texnoloji trendlərinin yaratdığı və yarada biləcəyi müsbət və mənfi tendensiyalardan bəhs edən yəhudi yazar Yuval Noah Hararinin “21-ci əsr üçün 21 dərs” kimi bestsellerlərini oxusunlar… Bu kitab 2050-ci ilədək dünyanın necə dəyişəcəyini izah edir və gənc nəsillərə çağırışlara hazır olmağı öyrədir. Gənclərə ən böyük tövsiyəm yeniliklərə nə qədər açıq olsalar da, bir o qədər də dəyərlərimizə mühafizəkar olmalıdırlar. Beyinləri zəhərlənməməlidir. Gənclərimiz Uzaq Qərbdən, okeanın o tayından qlobalizasiya adı altında bizlərə sırımağa çalışılan siyasi texnologiyaların qurbanına da çevrilməməlidirlər. Əxlaqi və mənəvi dəyərlərin qorunub saxlanması üçün ailədən, məktəbdən gələn tərbiyə gənclərin gələcəyi üçün yol xəritəsi olmalıdır. Gənclər bilməlidirlər ki, bütün növ təhdidləri yalnız və yalnız güclü təhsillə, savadlılıqla dəf etmək olar. Elmi biliklərlə yanaşı, sosial fəlsəfənin vacib mövzuları ilə də maraqlansınlar. Nə qədər çox oxusalar, bir o qədər də mənəvi qidalanarlar.

– Jalə xanım maraqlıdır, sizin çoxsaylı qonaqlarınız olur. Uzun illərdir ki, aparıcısınız. Bu gün siyasi simalardan kimlərlə dostluq edirsiniz?
-Təbii ki, 20 ilə yaxın müddətdə çox sayda siyasi simalarla görüşlərim, müsahibələrim olub. Televiziya mənə yaxşı dostlar qazandırıb. Politoloq, deputat, diplomat dostlarım var. Adlarını qeyd etməyim düzgün olmaz. Yoxluğu ilə barışa bilmədiyimiz, unudulmaz dostumuz Qənirə Paşayeva mənim üçün hələ də yaşayır…

– ⁠Televiziya təqdimatçısı olmaq “Jalə” obrazına nə dərəcədə təsir edə bilib?

– Düşünürəm ki, əvvəlcə xarakterimizə uyğun peşəni seçirik. Daha sonra peşə və mühit də xarakterimizi formalaşdırır. Hər gün gördüyümüz iş, qarşılaşdığımız insanlar, qaynayan kollektivlə işləmək, daima cəmiyyətlə təmasda olmaq identikliyə də təsirsiz ötüşmür. Peşə sindromu da deyirlər buna. Hazırda dövlət televiziyasının siyasi verilişlərinin aparıcısı olmaq ciddi obraz tələb edir. Dediyin hər bir sözə inam yaratmalı, verdiyin hər bir sualın məsuliyyətini daşımalısan. Çünki qarşındakı müsahibin nə qədər güclü olsa belə, canlı efirin idarəçisi özünsən. Araşdırmaçı jurnalist fəaliyyətim də davranışlarıma çox təsir edib. Jurnalist ədalətli olmalı və həqiqəti üzə çıxarmalıdır. Yəni sadaladıqlarım obraz deməzdim, artıq həyat tərzimə çevrilib….
– Jalə xanım müsahibə üçün təşəkkür edirik. İşlərinizdən ugurlar arzulayırıq.

– Çox sağ olun. Mən də sizə təşəkkür edirəm.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ