Şirvan stansiyasından 63 km cənub-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumatda vurğulanır ki, maqnitudası 4 bal olan zəlzələ yerli vaxtla saat 08:21-də qeydə alınıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 44 km olub.
Mətləb