Rəsmi məlumatlara görə, 172 hərbçinin və 19 mülki şəxsin harada olduğu hələlik məlum deyil. Ermənistanın İstintaq Komitəsi “Joxovurd” qəzetinin sorğusuna cavab olaraq bildirib ki, 44 günlük müharibə zamanı 3941 nəfər həlak olub. Nəşr qeyd edir ki, müharibənin bitməsindən bir neçə il keçsə də, qurbanların sayı artmaqda davam edir. Fevralın 20-nə olan məlumata görə, ölənlərin 1702-si çağırışçı, 860-ı könüllü, 864-ü ehtiyatda olan hərbçi, 143-ü digər qoşunların hərbçisi, 44-ü isə mülki şəxsdir. 172 hərbçinin və 19 mülki şəxsin harada olduğu hələ də məlum deyil. İstintaq Komitəsi həmçinin bildirib ki, 2024-cü ilin dekabrından 2025-ci il fevralın 16-dək 6 hərbçi rəsmi olaraq ölü kimi tanınıb, bundan sonra onların dəfn mərasimi keçirilib. Daha 82 hərbçinin yaxınları genetik müayinə nəticəsində müəyyən edilən qalıqları basdırmaqdan imtina edib. Bundan əvvəl, 2022-ci ilin aprelində baş nazir Nikol Paşinyan 44 günlük müharibədə 3825 nəfərin öldüyünü açıqlamışdı.
Surxay Əliyev