çərşənbə günü, 07 oktyabr 2026
     

“Penitensiar xidmətin modernləşdirilməsi: Cəzanın hüquqi və sosial anlayışı”

Image


Penitensiar xidmətdə cəzanın hüquqi və sosial anlayışı, yalnız cinayətkarların cəmiyyətdən təcrid olunmasından ibarət deyil, onların hüquqlarının qorunması, reabilitasiyası və cəmiyyətə yenidən inteqrasiyasına yönəlmiş bir prosesdir. Penitensiar xidmətin əsas məqsədi məhkumların cəzalarının çəkməsini təmin etməklə yanaşı, onların hüquq və azadlıqlarının qorunmasına nəzarət etməkdir. Penitensiar sistemlər insan hüquqları prinsiplərinə əsaslanaraq məhkumların ləyaqətini qorumaq, islah olunmalarına şərait yaratmaq və cəmiyyətə yenidən inteqrasiya etməyə kömək etmək məqsədini daşıyır. Müasir dövrdə humanist penitensiar siyasət və alternativ cəza tədbirləri cəzanın sosial funksiyasını daha effektiv və ədalətli həyata keçirməyə imkan yaradır. Cəzaçəkmə sistemləri, bir ölkənin hüquq-mühafizə orqanlarının, cəmiyyətdə ədalət və hüquq pozuntularının qarşısını almaq üçün həyata keçirdiyi əsas mexanizmlərdən biridir. Hüquqi yanaşma cəzanın tənzimlənməsi və icrasını müəyyən edir, sosial yanaşma isə cəzanın cəmiyyətdəki təsirlərini, əxlaqi və psixoloji aspektlərini nəzərə alır. Cəza qanunla müəyyən edilmiş qaydada törədilmiş cinayətə görə tətbiq olunan hüquqi tədbirdir. Bu, cinayətkarlığın qarşısını almaq, hüquq qaydalarını qorumaq və ictimai ədaləti təmin etmək məqsədilə tətbiq olunur. Cəza anlayışı həm hüquqi həm də sosial-psixoloji aspektləri ehtiva edir və cəmiyyətin hüquqi sisteminin vacib tərkib hissəsini müəyyən edir. Cəzanın hüquqi tərəfi bir çox hüquq sistemlərində oxşar olsa da, onun tətbiqi prinsipləri və məqsədləri müxtəlif ola bilir. Cəza siyasətində bu məqsədlər arasında balansın qorunması vacibdir. Həddindən artıq sərt və ya yumşaq yanaşmalar cəmiyyətin hüquq sisteminə etimadını zəiflədə bilər. Hüquqi baxımdan cəza, bir şəxsin hüquq pozuntusu nəticəsində qanunla müəyyən edilən və dövlət tərəfindən tətbiq olunan hüquqi sanksiyadır. Cəzanın məqsədi, ədaləti bərpa etmək, cəmiyyəti qorumaq, hüquq normalarına hörmət yaratmaq və məhkumları islah edərək yenidən cəmiyyətə qazandırmaq kimi çox şaxəli məqsədlərə xidmət edir. Cəza yalnız ədaləti bərpa etmək deyil, cəmiyyətin təhlükəsizliyini təmin etmək və cinayətkarları reabilitasiya etməklə cəmiyyətdə yeni bir həyat qurmağa dəstək olmaqdır. Cəzanın humanist fəlsəfəsi məhkumları cəmiyyətdən təcrid etmək deyil, onları yenidən sosial həyata hazırlamaqdır.

Beynəlxalq təcrübədə uğurlu cəza siyasəti

Cəza siyasəti müxtəlif ölkələrdə tarixi, mədəni və hüquqi kontekstlərə görə fərqli yanaşmalar əsasında qurulur. Müasir dövrdə cəzanın tətbiqi yalnız ədaləti təmin etmək deyil, cinayətkarın islah olunması və cəmiyyətə yenidən inteqrasiyasına kömək etməkdir. Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi “Nelson Mandela Qaydaları” penitensiar müəssisələrdə saxlanılan şəxslərin hüquqlarını qorumaq məqsədi daşıyır. Bu qaydaların əsas prinsipləri: İnsan ləyaqətinə hörmət, işgəncənin və qeyri-insani rəftarın qadağan olunması, müalicə və reabilitasiya, sağlamlıq xidməti və əlaqə hüququdur. Bu qaydalar məcburi olmasa da, beynəlxalq penitensiar siyasət üçün əsas bələdçi rolunu oynayır. Penitensiar xidmətin hüquqi tənzimlənməsi beynəlxalq və milli səviyyədə müxtəlif qanunvericilik aktları və prinsiplərlə müəyyən edilir. Bu çərçivə məhkumların hüquqlarını qorunmasını, penitensiar müəssisələrin idarə edilməsini və cəza icrasının humanist prinsiplər əsasında təşkilini təmin edir. Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı və Beynəlxalq İnsan Hüquq qurumları penitensiar sistemin inkişafı və məhkum hüquqlarının qorunması üçün bir sıra konvensiyalar və standartlar (Nelson mandela qaydaları, İşgəncəyə qarşı konvensiya, Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt) müəyyən etmişdir. Bu qaydalara əsasən sərt cəza tədbirləri ilə yanaşı, alternativ cəza üsullarının tətbiqi və məhkumların reabilitasiyası cəza siyasətinin əsas istiqamətlərindən biri olmuşdur. Müasir penitensiar siyasət cəzanın təkcə cəzalandrıcı deyil, həm də islahedici funksiyasını vurğulayır. Penitensiar sistemin humanistləşdirilməsi və islahedici mexanizmlərin gücləndirilməsi cinayətkarlığın azalmasına və sabit cəmiyyətin formalaşmasına töhfə verir.

Norveç penitensiar sistemi dünyada ən humanist həbsxana modeli kimi tanınır. Bu sistemin əsas məqsədi cəza verməkdən çox, məhkumları reabilitasiya etmək və cəmiyyətə yenidən inteqrasiya etməyə kömək etməkdir. Burda məhkumlar cəza müddətində yeni bacarıqlar qazanır və cəmiyyətə hazırlaşırlar. Həbsxanalar hotelə bənzəyən rahat otaqlardan, idman zalından və açıq sahələrdən ibarətdir, fiziki cəza və təcrid yoxdur, məhkumlarla nəzarətçilər arasında dost münasibətləri mövcudur. Norveçin Bosty Həbsxanası (Adada azadlıq) ölkənin ilk ekoloji həbsxanasıdır, burada məhkumlar kənd təsərrüfatı işləri ilə məşğul olur, onlar kiçik evlərdə yaşayır, işləyir və öz qidalarını istehsal edirlər.

Hollandiya penitensiar modeli dünyada ən uğurlu islah sistemlərindən biri hesab olunur. Ölkədə cinayərkarlıq səviyyəsinin azalması, alternativ cəza tədbirlərinin geniş tətbiqi və həbsxanaların bağlanması ilə tanınır. Hollandiya cəza sistemində həbsxana son seçim olaraq istifadə edilir. Xırda və orta ağır cinayətlərə görə azadlıqdan məhrumetmədə, elektron nəzarət (bilək və ya ayaq bilərziyi ilə ev dustaqlığı), ictimai işlər, maliyyə cərimələri və kompensasiya ödəmələri tətbiq edilir. Məhkumların cəmiyyətə uyğunlaşması üçün psixoloqlar, sosial işçilər və hüquqşünaslar cəlb edilir. Xüsusilə gənc məhkumlar üçün fərdi reabilitasıya proqramları həyata keçirilir. Alternativ cəza metodları tətbiq edildikcə dövlət həbsxana xərclərini azaldaraq, vəsaiti reabilitasiya proqramlarına yönəldir. Bu ölkələrdə reabilitasiya nəticəsində təkrar cinayət törətmə 20 faizdir, bu ABŞ və Avropanın digər ölkələrindən daha aşağıdır.

Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsi

Ölkəmizdə penitensiar sistemin modernləşdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində mühüm qanunvericilik islahatları həyata keçirmişdir. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə təsdiq etdiyi “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı”, Cənab İlham Əliyevin 2006-cı ildə qəbul etdiyi “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” və “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, və cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamı bu sahədə atılan əhəmiyyətli addımlardandır. Bu sənədlər insan hüquqlarının qorunması və penitensiar sistemin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətdə əsaslı islahatların həyata keçirilməsinə zəmin yaratmışdır. Cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilmiş, probasiya xidməti vasitəsilə məhkumların islahı və cəmiyyətə reinteqrasiyası istiqamətində tədbirlər gücləndirilmişdir. Bu islahatlar nəticəsində azadlıqdan məhrumetmə cəzasının tətbiqi azalmış, alternativ cəzalara üstünlük verilmiş və bir çox məhkum cəzadan tamamilə azad edilmişdir. Cəza siyasətinin humanistləşdirilməsi, alternativ cəza tədbirləri və məhkumların cəmiyyətə reinteqrasiyasının təmin edilməsi istiqamətində atılan əhəmiyyətli addımlar penitensiar müəssisələrin yüklənməsini azaltmışdır.

Məhkumların psixoloji və sosial reabilitasiyasına dəstək

Məhkumların cəza müddətində yaşadıqları stress, travmalar və emosional sıxıntılar azadlığa çıxarkən onların cəmiyyətə qayıtmasını çətinləşdirir. Bu səbəbdən, psixoloji dəstək, keçmiş həyatlarının təkrar etməməsi və cəmiyyətə yenidən uyğunlaşma prosesində onlara depressiya, travma və sosial qayğılarla mübarizə aparmaq üçün dəstək verilməlidir. Məhkumların cəmiyyətə yenidən inteqrasiyasının əsas hissəsi, cəmiyyətin onları qəbul etməsidir. Cəmiyyət, cəza çəkmiş şəxslərə qarşı mühakimə etməməli, onların keçmişini nəzərə alaraq yenidən ictimai həyatda iştirak etmələrinə şərait yaratmalıdır. Cəmiyyətin bu cür dəstəyi, cəmiyyətdəki kriminal davranışların azalmasına və sosial harmoniya yaratmağa kömək edir. Penitensiar xidmətin modernləşdirilməsi, yalnız cəzanın sərt şəkildə icra edilməsindən ibarət olmamalıdır. Bunun əvəzinə, hüquqi və sosial yanaşmaların birləşdirilməsi, həm cəmiyyətin təhlükəsizliyini, həm də məhkumların insan hüquqlarını qorumağa xidmət edər. Reabilitasiya, təhsil və sosial reinteqrasiya proqramlarının tətbiqi, yalnız məhkumların özünü inkişaf etdirməsinə deyil, onların cəmiyyətə faydalı bir üzv olaraq qayıtmasına imkan yaradır. Cəzanın hüquqi və sosial əhəmiyyətini anlamalı, hər bir məhkumun fərdi ehtiyaclarına uyğun, ədalətli və bərabər yanaşılmasını təmin etməliyik. Modern penitensiar xidmətlər, cəzaların hüquqi və sosial baxımdan düzgün icrasını təmin etmək üçün müasir yanaşmaları qəbul etməli, eyni zamanda insan hüquqlarına hörmətlə yanaşmalıdır. Bu yolla cəmiyyətdəki ədalət və bərabərlik prinsipinin güclənməsinə töhfə verilmiş olarıq.

Niyaməddin ƏLİYEV,
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ