ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqlə bağlı da aktiv siyasi kurs həyata keçirir. Ukrayna böhranı ətrafında "ilişən" Ağ Ev sahibi, Qəzzadakı vəziyyəti də nəzarətdən kənarda qoymur. Ağ evin mətbuat katibi Karolin Levitt Vaşinqtonun Fələstinin HƏMAS hərəkatı ilə danışıqlar apardığını təsdiqləyib.
“Trampın xüsusi nümayəndəsi istənilən şəxslə danışmaq hüququna malikdir. Bu, İsraillə razılaşdırılıb. Danışıqlar və müzakirələr davam edir. Mən bu təmasların təfərrüatlarını açıqlamayacağam", - deyə Levitt brifinqdə vurğulayıb.
Mətləb Salahov