“Ermənistan İrana qarşı heç bir aksiyada iştirak etməyəcək. İranın sabitliyi və bu ölkənin inkişafı bizim üçün son dərəcə vacibdir” Bu fikiri Ermənistanın baş naziri Nikol Paşinyan İran İslam Respublikasının Dövlət Televiziya və Radio Yayımları Şirkətinə (IRİB) verdiyi müsahibədə səsləndirib.Növbəti sualında iranlı jurnalist Paşinyanı dilemma qarşısında qoyub. Sizin hökumətiniz qərbyönlüdür. Dedikləriniz apardığınız siyasətlə ziddiyyət təşkil etmirmi?.deyə soruşub.Paşinyan bir təhər vəziyyətdən çıxaraq iddia edib ki, bizim hökumətimiz balanslaşdırılmış xarici siyasət aparır və bu formalaşdırma özlüyündə xarici əlaqələr sahəsində heç bir “pro” siyasəti nəzərdə tutmur və bunu istisna edir. Ermənistan Respublikasının xarici siyasəti getdikcə daha çox ölkəmizin dövlət maraqlarına söykənir və bu belə də olmalıdır. İranlı jurnalistin bu yaxınlarda ABŞ-la Ermınistan arasında strateji əməkdaşlıq müqaviləsi imzalandı. Belə ölkələrlə bağlı acı təcrübəni nəzərə alsaq, bu sazişin həyata keçiriləcəyinə siz nə dərəcədə ümid edirsiniz sualını cavablandıran Paşinyan qeyd edib ki,dediyim kimi, bizim hökumət bütün tərəfdaşlarımızla əlaqələri balanslaşdırılmış və tarazlaşdırılmış xarici siyasət məntiqi ilə yürüdür.ABŞ-la bizim münasibətlərimiz isə yeni bir şey deyil. Son olaraq İranlı jurnalist Trampın hakimiyyətə gəlməsindən sonra Avropa ilə ABŞ arasında yaranmış münasibətlərə Paşinyanın mövqeyini bilmək istəyib. Lakin Ermınistanın Baş Naziri bu sualdan yayınaraq hadisələrin gedişini qabaqlamaq istəməyərək ehtiyatlı mövqe tutub.Vurğulayıb ki,ABŞ-ın yeni administrasiya cəmi bir ay əvvəl formalaşıb və indi bütün ölkələr yeni administrasiya ilə münasibətlərdə uyğunlaşma mərhələsindən keçir. Bu əlaqələri yalnız bu uyğunlaşma mərhələsi başa çatdıqdan sonra dəyərləndirmək olar.
Surxay Əliyev