Macarıstanın baş naziri Viktor Orban çərşənbə axşamı Fransa prezidenti Makronla Ukrayna məsələsini müzakirə etmək üçün görüşəcəyini bildirib. Macarıstanın baş naziri qeyd edib ki, o, cümə axşamı keçiriləcək sammitdə Ukrayna məsələsiylə müqayisədə Aİ-nin ümumi təhlükəsizliyilə bağlı əməkdaşlığı daha üstün tutur. Jurnalistin sualını cavablandıran Orban bazar günü ABŞ prezidenti Donald Trampla telefon danışığı apardığını təsdiqləyib. Məlum olduğu kimi, Macarıstan Aİ-nin Ukraynaya təhlükəsizlik zəmanəti verilməsi və bu ölkəyə hərbi yardım paketini bloklayıb. Slovakiyanın baş naziri Robert Fiko da öz növbəsində ölkəsinin Ukraynaya maliyyə və ya hərbi yardımının göstərilməsindən imtina edəcəyini bildirib. O, həmçinin “güc vasitəsilə sülh”ü də qeyri-real siyasət kimi rədd edib.
Surxay Əliyev