Bazar günü günü, 22 noyabr 2026
     

Paşinyan sülh üçün tələsmir, fürsət gözləyir...

Image


Mətləb Salahov: “Erməni baş nazir Sülh Müqaviləsi barədə danışıqları uzatmaqla Tramp - Putin tandemindən yeni “şans” gözləyir”

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan əleyhinə qeyri səmimiliyini bütün çılpaqlığı ilə ortaya qoymağa davam edir. Ənənəvi erməni hiyləgərliyi ilə “silahlanan” Nikol Vavayeviç növbəti dəfə regionda sülhün əldə edilməsinə maraqlı olmadığını nümayiş etdirib. Özü də birbaşa öz imzası ilə. Erməni baş nazir fevralın 10-da “Armenpress” xəbər agentliyində dərc olunmuş məqaləsində faktları və həqiqətləri təhrif etməklə əslində Ermənistan hakimiyyətinin əsl mahiyyətini də üzə çıxarıb. N.Paşinyan, bu məqalədə regional proseslərə və Qərbi Azərbaycan mövzusuna dair yanlış, əsassız və zərərli fikirlər yazmaqla ənənəvi erməni siyasətindən də əl çəkmədiyini nümayiş etdirib.
Jurnalist-ekspert Mətləb Salahov “Bakı-xəbər”ə açıqlamasında erməni baş nazirin ölkəsinin mətbuatında öz imzası ilə təxribat və təhrif dolu “faktlarla” çıxış etməsini 10 noyabr sənədindəki müddəalarla daban-dabana ziddiyət təşkil etdiyini deyib. M.Salahov qeyd edib ki, Ermənistan Azərbaycanla konstruktiv münasibətlər qurmaq və regional kommunikasiya və iqtisadi əlaqələr qurmaq üçün ilk növbədə ölkəmizə qarşı ərazi iddialarına son qoymalıdır.
“Çünki bu ölkənin konstitusiyasında və digər hüquqi sənədlərdə ölkəmizə qarşı ərazi iddiaları hələ də qüvvədə qalır. Azərbaycan rəsmi səviyyədə bununla bağlı dəfələrlə xəbərdarlıq edib. “Armenpress”dəki yazısında N.Paşinyan Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinə və 2022-ci il Praqa razılaşmasına istinad edir. Lakin məhz 1991-ci il Alma-Ata Bəyannaməsinin imzalanmasından sonra Ermənistan Azərbaycana qarşı genişmiqyaslı işğalçı siyasət həyata keçirib. Təkcə bu fakt rəsmi İrəvanın bu gün Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı qeyri-səmimi olduğunu təsdiqləyir. Əgər Ermənistan həqiqətən səmimidirsə, o zaman konstitusiyasından və digər qanunlardakı ölkəmizə qarşı ərazi iddialarını ehtiva edən müddəaları çıxarmalıdır. Bunun üçün şəxsən N.Paşinyan hansısa diqqət çəkən ciddi addımlar atırmı? Qəti olaraq yox! Axı bu necə ola bilər ki, özünü sülhsevər kimi göstərməyə çalışan bir hakimiyyət başçısı öz ölkəsinin konstitusiyasında beynəlxalq hüquqa zidd olaraq başq abir ölkənin ərazi bütövlüyünə iddia edən maddələriBelə sənədlərin qüvvədə qalması gələcəkdə Azərbaycana qarşı ərazi iddiası üçün istifadə oluna bilər. Ona görə də Azərbaycanın bu şərti mütləq yerinə yetirilməlidir.

Bundan başqa, bu gün baş verənlər açıqca göstərir ki, N.Paşinyan hakimiyyəti özünü "sülh göyərçini" kimi təqdim etməklə ikili siyasətini davam etdirir. Əgər hazırkı Ermənistan hakimiyyəti elan etdiyi kimi doğrudan da Azərbaycanla sülh əldə etmək istəyirsə, onda bunun üçün mütləq real addımlar atmalıdır. Həmin real addımlardan əsər əlamət varmı?qətiyyən! Onlar Azərbaycan əleyhinə təxribatları dayandırmalı, yüz cür cəfəng bəhanələr gətirmədən sülh müqaviləsini imzalamalı, Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə mane olmamalıdırlar. Bunlar baş verirmi? O da qətiyyən! Bütün bu sadaladıqlarımın əvəzinə erməni tərəfi müxtəlif beynəlxalq platformalarda manipulyativ çıxışlar edərək məsuliyyətdən yayınmağa çalışırlar.

Daha bir fakta diqqət edək. Qərbdəki dəstəkçilərinin fitvası ilə bir neçə il öncə Xankəndidən könüllü olaraq ayrılmış ermənilərin yenidən bu bölgəyə qayıdışı üçün dəridən-qabıqdan çıxan Ermənistan höküməti, niyə azərbaycanlıların da Ermənistan ərazisindəki doğma yurd-yuvalarına qayıtması üçün əməli addım atmır? Axı azərbaycanlıların doğma yurdlarına qayıtmaq haqqı beynəlxalq hüququn fundamental prinsipləri ilə təsbit olunmuş mütləq hüquqlardan biridir. İnsan Hüquqları Ümumi Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və digər mühüm sənədlərdə bu hüquq açıq şəkildə öz əksini tapır.

Bundan başqa qeyd ediləsi daha bir məqam var. Axı tarixi ədalətin bərpası təkcə qayıdışla yekunlaşmır, həmçinin mədəni irsin qorunmasını da əhatə etməlidir. Ermənistan ərazisində azərbaycanlılara məxsus yüzlərlə məscid, qəbiristanlıq, tarixi abidə və digər mədəni irs nümunələri məhv edilib və ya təhqir olunub. Halbuki, mədəni irsin qorunması təkcə beynəlxalq humanitar hüququn deyil, eyni zamanda, fundamental insan hüquqlarının bir hissəsidir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində mədəni hüquqların, yəni, insan yaradıcılığının müxtəlif formalarının qorunması və inkişaf etdirilməsi əsas prinsiplərdən biri kimi qəbul edilib. Ermənistan qayıdış prosesi baş verməzdən əvvəl, qayıdış zamanı və sonrakı dövrdə bu hüquqların təmin olunması üçün konkret addımlar atmalıdır. Bütün bu sadaladıqlarımın gerçəkləşməsi üçün bircə addım atılırmı Ermənistan hakimiyyəti tərəfindən? Qətiyyən!
İndi N.Paşinyan Ukrayna-ABŞ gərginliyi və Vladimir Putin - Donald Tramp yaxınlaşması fonunda yaranan yeni siyasi situasiyada özü üçün yeni şanslar gözləyir. Hazırkı Ermənistan hakimiyyəti üçün “xaç atası” kimi tanınan Emmanuel Makronun Ağ Ev-də heç adam yerinə qoyulmaması da erməni baş naziri ciddi narahat edir. Çox güman ki, Sülh Müqaviləsi barədə danışıqları uzatmağa çalışan erməni baş nazir D.Tramp - V.Putin tandemindən yeni “şans” gözləyir. Həmişə olduğu kimi, ənənəvi erməni hiyləgərliyi..”

Namiq Quliyev



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ