Türkiyə Prezident Rəcəb Rayyib Ərdoğan Ankarada diplomatların iştirakı ilə verilən iftar tədbirində mühüm açıqlamalarla çıxış edib. Türkiyə lideri diqqətə çatdırıb ki, Qlobal qərar qəbuletmə mexanizmlərinin dəyişən dünya şərtlərinə uyğunlaşdırılmasının vaxtı gəlib çatıb.
Türkiyə Prezidenti BMT Təhlükəsizlik Şurasının daimi üzvləri sırasına İslam dünyasının nümayəndələrinin daxil edilməsinə çağırıb. SİTAT: "Müsəlmanlar planetin dörddə birini təşkil edirlər, buna görə də ən azı bir İslam dövləti veto hüququna malik olmalıdır. Bu, zəruri bir ehtiyacdır", - sitatın sonu.
Mətləb Salahov