Amerika prezidenti Tramp Ukrayna prezidenti Zelenskidən əl çəkənə oxşamır.Belə ki,Amerika prezidentinin sözlərinə görə, Zelenski guya “sülh istəmir”. Donald Tramp növbəti dəfə Zelenskinin müharibənin bitməsi ilə bağlı sözlərini tənqid edib ABŞ prezidenti Ukrayna prezidentini müharibənin hələ “ çox uzaqda” olduğunu söyləməsinə görə tənqid edib. "Bu, Zelenskinin verdiyi ən pis bəyanatdır və Amerika buna uzun müddət dözməyəcək!" – deyə o, özünün Truth sosial şəbəkəsində yazıb. Amerika prezidentinin sözlərinə görə, bu, Zelenskinin guya “sülh istəmədiyinin” sübutudur: "Mən həmişə bunu deyirdim ki,bu oğlan nə qədər ki, Amerika onu dəstəkləyir, o,sülh istəmir. Lakin Avropa Zelenskiyə başa salıb ki, ABŞ olmadan bunu edə bilməz. Bəlkə də bu, Rusiyaya qarşı güc nümayiş etdirmək baxımından ən yaxşı bəyanat deyil" – deyə Tramp vurğulayıb.
Surxay Əliyev