Ukraynanın müttəfiqləri müharibəni bitirilmək üçün “Minsk razılaşması”na oxşar zəif razılaşma ilə kifayətlənə bilməzlər. The Times xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Kir Starmer deyib. Starmer Ukraynayla Rusiya arasında sülhü təmin etmək üçün bölgəyə qoşun və aviasiya yerləşdirəcəyinə əminliyini ifadə edib.Bununla yanaşı o, əvvəlki atəşkəs razılaşmalarının uğursuzluğuna da diqqət çəkib. Baş nazir xatırladıb ki, Ukraynada müharibə heç də üç il əvvəl başlamayıb, 2022-ci il sadəcə olaraq işğala zəmin yaradan ən qəddar eskalasiya idi. Rusiya diktatoru Vladimir Putinin 2022-ci ildə işğal qərarını verməsi onun "sözlərinin nə qədər ciddi olduğunu" nümayiş etdirdi.
Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Kir Starmer artıq bir neçə dəfə bəyan edib ki, o, Ukraynada sülhü təmin etmək üçün Britaniya əsgərlərini Ukraynaya göndərməyə hazırdır. Eyni zamanda Starmer Ukraynada sülhü təmin etməyə hazır olacaq ölkələrin koalisiyasının yaradıldığını bəyan edib. Xüsusilə, söhbət öz ordusunu göndərməyə hazır olan dövlətlərdən gedir. Öz növbəsində Ukrayna prezidenti Vladimir Zelenski tərəfdaşlarına Rusiya ilə atəşkəsə qədər ölkəsinə təhlükəsizlik zəmanəti vermələrində israr edir.Dövlət başçısı dəfələrlə vurğulayıb ki,indiyədək Rusiya davamlı olaraq atəşkəsi pozub və ona etibar etmək olmaz.
Surxay Əliyev